Qorqud partiyasının İranla bağlı bəyanatı
Qorqud partiyasının İranla bağlı bəyanatı

Bu yaxınlardan İran İslam Respublikasının ölkəmizə qarşı növbəti xəyanəti üzə çıxdı. Belə ki, İran Azərbaycan sərhəddində, erməni qəsbkarları tərəfindən işğal olunmuş torpağımızda, bizim razılığımız olmadan su elektrik stansiyası, hidroqovşaq və körpü tikərək istifadəyə vermişdir. Bu tikilişlə bağlı məsələ hələ 1998-ci ildə müzakirəyə çıxarılmış, lakin o vaxtkı prezidentimiz mərhum Heydər Əliyev tərəfindən rədd edilmişdi. Buna baxmayaraq İran gizlində bu tikiliyə başlamış və 2010-cu ildə tikilişi başa çatdırmışdır. Bu tikilişin rəsmi müqaviləsi isə 2016-cı ildə yenidən gündəmə gətirilmiş və qeyri-müəyyən səbəbdən MM-də ratifikasiya olunmuşdur. Tikilmiş bu körpü vasitəsilə bu gün zəbt olunmuş Azərbaycan ərazilərinə İrandan gecə-gündüz naməlum yüklər daşınır ki, bu da düşmənlərimizin güclənməsinə xidmət edir.

Qarabağ müharibəsində İranın ermənilərə verdiyi ciddi dəstək sayəsində Azərbaycan torpaqları işğal olundu və bu xəyanətin bu günkü davamı nəticəsində də min üç yüz hektar torpağımız, qəbiristanlıq və s. müxtəlif mədəni abidələrimiz su altında qaldı. Şiə ölkəsi sayılan İranın, əhalisinin əksəriyyəti Azəri türkü olan xalqının şiə qardaşlarına yox, xristian ermənilərə verdiyi açıq dəstək onu göstərir ki, İran əslində elan etdiyi kimi İslam dövləti deyil. Bu dövlət terroru, qəsbkarları dəstəkləyən terror dövlətidir. Bunun da əsas səbəbi, hakimiyyətdə olan bu günkü mollaların - İranın əsl tarixindən xəbəri olmayan əsilsiz insanlar olmasıdır. Onlar İran ölkəsinin nə demək olduğunu anlamırlar və İranın min illik ənənələrini məhv etməklə məşğuldurlar.

Bu gün İran İslam Respublikası adlanan ölkə öz adını - qədim Albaniya şahları olan Gilar bəg-ərənlərinin "Ərən" (Aran/Eran) adından götürmüşdür. Giların (Cəlair) Ərənşahlar nəsli 5500 illik İran tarixinin 5400 ilini İrana şahlıq etmişlər və İran bu Qacar şahlarının Allah tərəfindən qorunan mülkü olmuşdur. Yalnız son yüz ildə adi insanlar, Allahın Özünə qulluq üçün seçdiyi Cəlair-Qacarların hakimiyyətinə son qoymuş və Allahın Mülkündə İran İslam Respublikası yaratmışlar. İslam dahilərinin əsərlərinin birinin də əsl mənasını anlamayan bugünkü İran ayətullaları və mollaları - Allahın pak dini olan şiəliyi terror alətinə çevrmişlər. Bunun nəticəsidir ki, bu gün İran dünyada terrorizmə dəstək verən ölkə kimi də tanınır.

Azərbaycanın Qorqud partiyası - qədim Albaniyanın Ərənşahlar nəsli törəmələrinin partiyasıdır. Bu partiya eyni zamanda Qor yolu gedənlərin, yəni Quranın batini mənalarını bilənlərin partiyasıdır və biz tariximizi, fəlsəfəmizi "Batini-Quran" kitabında yazmışıq. Biz, bu gün İran adlanan qədim Albaniyanın Ərən şahlarının törəmələri və varisləri haqqı ilə, Qorqud partiyası adından bəyan edirik.

1. Bu gün İran adlanan ölkə - ən qədim Assur şahlığının varisi olan Azərbaycan səltənətinin bir hissəsidir. Assur-Azərbaycan səltənətini isə Gilar Atabəgləri 5500 il əvvəl yaratmışlar. Bizim əcdadımız pir/firon Əman Xelat göylərində Kəyan taxtı qurmuş və Ərşə yüksələrək, bu taxtda Günəş Allahı Ra-Əman (Rəhman) adi ilə qərar tutmuşdur. Bununla da cəddimiz şahənşah Əman dünyanın dörd tərəfinin sahibinə və Allahına cevrilmişdir.

2. Cəddimiz və Ağamız Əman Allah iki növ insan yaratmışdı ki, bu da İlahi nurdan yaratdığı Göy insanı və torpaqdan yaratdığı yer insanıdır. Göy insanının nütfünə qızıl qatan pir Əman, adi insanlardan fərqləndirmək üçün onlara ekstatik dil mənasında "Quş dili" vermiş və onları kral-filosoflar adlandırmışdı. Rəhman Allah, Özünə qulluq üçün yaratdığı bu kral-filosoflar nəslini Qızılbaşlar, onların "Quş dili"ni isə Batin elmi adlandıraraq kamil İsna-Aşəriyə dinini yaratmışdır. Bütün bəşəriyyət düşünən insan kimi yaşadığına görə bizlərə - Azərbaycanın Gilar-Cəlair nəslinə mənəvi borcludur.

3. Azəri Türk seyid-bəglərinin əcdadları olan Assurlar, Şərqdən gələrək Gelat/Xelatda Babil qülləsi tikmiş və onun göylərində Xüld cənnəti var etmişlər. Məhz bu cənnəti yaratdıqdan sonra Rəhman Allah, padişahlar və peyğəmbərlər nəslimizi dünyaya hökmranlıq üçün səpələmişdi. Bu gün artıq o da məlumdur ki, dünyanın bütün şahları, kralları və s. sahibləri - Avropada "Quş dili bilən Gelardlar" kimi tanınan nəslin törəmələridir və dünyanın bütün mədəniyyətini, ədəbiyyatını, qədim abidələrini, masonluğu və s. bütün hər şeyi bu Gel oğulları yaratmışlar. İranda da 5400 il, mənbələrdə Gilan şahları kimi keçən bu Gilar-Cəlair ərənləri şahlıq etmişlər və Firdovsinin "Şahnamə"si onların tərcümeyi-halıdır.

4. Bu gün şiəlik, ələvilik kimi məlum olan İsna-Aşəriyə dinini də bizim əcdadlarımız - Gelati-Şiə ismaili-batiniləri 5500 il əvvəl yaratmışlar və bu şiəliyin, İranın hazırki molla rejiminin təbliğ etdiyi şiəliyə heç bir aidiyyəti yoxdur. Dünyanın bütün dinlərinin mahiyyəti birdir və bizim İsna-Aşəriyə dinimizin hissələridir. Bütün dinlərin batini mənaları - bizim əcdadlarımızın Gelat/Xelat göylərində yaratdığı cənnətə düşmək üçün möminin getməli olduğu yol və onun qoyulan qanuna tabe olmasıdır. "Ürəklərinə Quran verilmiş" ismaili-nizari imamlarımızın Sufi-Batin elmi də Adəmin, cənnətin və s. yaradılışı ilə bağlı ən kamil fəlsəfədir.

5. İran - Rəhman Allahın yerdəki Mülküdür və bu Mülkün göylərində Azərbaycan Atabəglərinin əcdadları Mələküt aləmi, yəni cənnət yaratmışlar. Allahımız bu Mülkü və Mələküt aləmini, Özünə qulluq üçün seçdiyi bizlərə - Azər/Xəzər Türk bəglərinə əbədi vermişdir. Bu gün İranda hakimiyyətdə olan molla rejimi, Allahın Mülkünə sahib çıxmış, Mülkün qanunlarını pozmuş və onun sahiblərinə qarşı düşmən mövqeyindən çıxış etməyə başlamışdır. Allahın Əzəl yazısına görə, Onun Mülkü və Mələküt Vilayəti axirətdə yenidən əsl sahiblərinə çatacaq və ora yalnız Allah yolunda cihad etmişlər daxil ola biləcəklər.

6. Biz, Allahın Cəlair-Qacarlara əbədi verdiyi Mülkün qanuni sahibi kimi İran xalqına müraciət edərək bildiririk ki, bu gün İrandakı molla rejiminin Allahın Mülkündə hakimiyyətə haqqı yoxdur. Qacar Mülkündə yalnız Allahın Özünə qulluq üçün seçdikləri, yəni Batin elmini bilən kral-filosoflar nəsli hakimiyyətdə ola bilər. İslamda bu krallar ailəsi - “Beyt əl-elm vəl-marifət vəl-hikmət” adlanır ki, bu da həqiqi əhli-Beytin elə İlahi Batin elmi verilən müdriklərin evi olması deməkdir. Gelatın ismaili imamlarına məxsus olan Batin elminin Məhəmməd peyğəmbər və imam Əliyə də verilməsi, onların kral-filosoflar nəslinə aid olmasi deməkdir. Batin elmində İmam Əli - Albaniya və Midiya əmirlərinin axirətdə gələcək El Allahıdır.

7. Hazırki İran hakimiyyəti pak dinimizin zahiri mənalarını əsas götürərək bütpərəst bir şiəlik yaratmışdır ki, bu da Allaha və Onun seçdiyi şahlar nəslinə, onların pak dininə üsyandır. Bu gün Cəlair-Qacar Mülkünün əsl sahibləri didərgin salınmış və hakimiyyət təsadüfi insanların əlinə keçmişdir. Onlar əsilzadələrin İsna-Aşəriyə dinini yanlış məntiqlə terror alətinə çevirmişlər. Nəticədə ölkə iqtisadi cəhətdən ağır duruma düşmüş və xalq müflisləşmişdir. İslamda Allahın dininə və bu dinin biliciləri olan Allah Mülkünün sahiblərinə qarşı üsyanla mübarizə cihad adlanır. Biz, Allah Mülkünun qanini varisləri - İranda yaşayan bütün ələviləri, sufiləri, əhli-haqları, batini-seyidləri və ümümiyyətlə bütün əsl şiələri, Allahın pak dini olan İsna-Aşəriyə yolunda, indiki molla rejiminə qarşı cihada çağırırıq. Axirət dövrünün cihadı batini-ismaililərin Xüld cənnətində ölümsüzlük qazanmağın tək yoludur.

Qorqud partiyasının sədri, “Batini-Quran”

kitabının müəllifi, Sufi-Batin alimi: Firudin Gilar Bəg

Bölmənin digər xəbərləri

26 May 2020 “PUTİN AVRASİYA İTTİFAQINI DAĞITMAQ İSTƏYİR” –Rusiyanın pulsuzlaşdığını görən ermənilər ondan üz çevirməyə başlayıblar
25 May 2020 ABŞ G7 sammitinin vaxtını dəyişdi
24 May 2020 "“Füzuli kartı” gerçəkləşmədiyi üçün "Kəlbəcər "kartı işə salındı" - Partiya sədri
23 May 2020 Astana sükutu: Ankara yenə təklənir - Politoloq
23 May 2020 NATO Rusiyanın qarşısında şərt qoydu
21 May 2020 Prezidentin bir ili: Zelenski oliqarxlardan və reytinqini itirməkdən qorxur
21 May 2020 Kremlin antiçin kampaniyasına qoşulma cəhdi "Asiya əjdahası"nı qəzəbləndirib - TƏHLİL/VİDEO
20 May 2020 Yaxın Şərqdə yeni gərginlik - Fələstin bütün anlaşmalardan çıxdı
18 May 2020 TÜRKİYƏNİN ŞƏRQİ AĞ DƏNİZDƏ YENİ STRATEGİYASI: "Trablusa hərbi qüvvə yerinə, Qahirə və Təl-Əvivə diplomat göndərilməlidir" - TƏHLİL
18 May 2020 Qərbi Azərbaycan-İrəvan Muhacir Hökumətinin yaranaması ilə bağlı Turan partiyasının bəyanatı
16 May 2020 GƏLƏCƏK 100 İL ÜÇÜN QURULAN TƏMƏL:“Dərin Amerika" "Main Street”-lə “Wall Street”-i birləşdirmək planı hazırlayır - ARAŞDIRMA
14 May 2020 GÜCLÜ VƏ QORXULU RƏQİB…- Belarus üçün "Silikon vadisi" quran, ölkəyə milyardlar qazandıran keçmiş məmur Lukaşenkonu yola salır?
14 May 2020 Co Bayden seçki yarışında Trampı qabaqlayıb
09 May 2020 Conson Putinə: "İki ölkə arasındakı münasibətlərdə problemlər qalmaqdadır"
09 May 2020 “Avropanı bir dövlətdə birləşdirmək istəyirlər” – Macar Baş nazirdən şok
07 May 2020 Putinin reytinqi 22 ildə ən aşağı həddə düşüb - “Levada“ sorğu mərkəzi
06 May 2020 TÜRKİYƏNİN “QIRMIZI CİZGİLƏRİ”ni SOLDURACAQ MƏKTUB:Ankara ABŞ-la münasibətləri niyə yumşaldır? - TƏHLİL
06 May 2020 Avropa İttifaqı qarışdı: Almaniyadan gələn şok qərarla fövqəladə toplaşırlar
03 May 2020 Azərbaycan Dağlıq Qarabağda hərbi əməliiyata başlasa, qarşısında İranı görəcək – ŞOK İDDİA
02 May 2020 BMT TŞ pandemiya zamanı ölkələrə yardım tədbirləri barədə qətnaməni müzakirə edir

Dünyapress TV

Xəbər lenti