15837418653036110092_1000x669.jpg?1583778937803
ABŞ-ın Aydaho Ştat Senatının plenar iclasında Azərbaycanın təqdimatı keçirilib. Təqdimatda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.

 

Qeyd edək ki, Aydaho Ştat Senatının tərkibi əksəriyyəti respublikaçı olmaqla, 35 senatordan ibarətdir.

Ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Aydaho Ştat Senatının sədri Brent Hill senatorlara Azərbaycan haqda məlumat verib. O, ölkəmizin coğrafi mövqeyi, iqlimi, zəngin təbii müxtəlifliyi haqqında danışıb. Azərbaycanda neft sənayesinin inkişafından danışan senator dünyada ilk neft quyusunun 1848-ci ildə məhz Azərbaycanda qazıldığını, ölkəmizin qədim neft sənayesinə malik olduğunu diqqətə çatdırıb. Senator Hill, həmçinin Azərbaycanda iqtisadiyyatın şaxələndirildiyini qeyd edib. Daha sonra B.Hill baş konsul N.Ağayevi senatorlara təqdim edib.

Bundan başqa, N.Ağayev həmin gün Aydaho Ştat Senatının nüfuzlu Nəqliyyat Komitəsinin iclasında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Baş konsul Azərbaycanın coğrafi mövqeyi, qədim tarixi, zəngin mədəni irsi, eləcə də müstəqil dövlət kimi davamlı inkişafı haqqında ətraflı məlumat verib.

Azərbaycan-ABŞ münasibətləri haqqında məlumat verən N.Ağayev Azərbaycanın ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğunu deyib. O, Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan trans-regional enerji və nəqliyyat layihələrindən bəhs edib.

N.Ağayev daha sonra Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, ölkəmizdə müsəlman, yəhudi, xristian və digər dinlərin nümayəndələrinin əsrlər boyu bir-biriləri ilə mehriban şəraitdə yaşadıqlarını və azad şəkildə öz dini ibadətlərini həyata keçirdiklərini diqqətə çatdırıb.

Səfər müddətində baş konsul N.Ağayev Aydaho Nümayəndələr Palatasının demokratlar fraksiyasının dəvəti ilə həmin fraksiyanın iclasında da çıxış edib.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 NATO baş katibi: “Gürcüstanla tərəfdaşlığı dərinləşdirəcəyik”
02 Aprel 2020 Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlığı müzakirə ediblər
01 Aprel 2020 NATO:"Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir"
01 Aprel 2020 Putin və Tramp koronavirus barədə nə danışıb? – Detallar açıqlandı
22 Mart 2020 Türkiyə və Fələstin prezidentləri arasında telefon danışığı oldu
18 Mart 2020 Trampın rəqibi bəlli olur – Sandersi gözləyirdilər, Bayden çıxdı
17 Mart 2020 Qardaş ölkə prezidentindən gözlənilməz: Çinə getdi
17 Mart 2020 Çin ABŞ-dan tələb etdi: Dərhal İrana sanksiyaları ləğv et!
13 Mart 2020 Rusiya və Türkiyə razılığa gəldilər – Qara buludlar çəkilir
09 Mart 2020 ABŞ KƏŞFİYYATININ İKİNCİ ADAMI RUS KƏŞFİYYATININ RƏHBƏRİ İLƏ NİYƏ GÖRÜŞÜB?- Ərdoğan-Putin təmaslarından öncə Moskvada keçirilən məxfi görüş...
09 Mart 2020 Ərdoğan miqrant böhranına görə Brüsselə dəvət edildi - VİDEO
08 Mart 2020 Azərbaycan Hökuməti İrana maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib
07 Mart 2020 Soros indi niyə Türkiyəni dəstəkləyir?..
06 Mart 2020 Türkiyə ilə əməkdaşlığın yolunu axtarın! - Stoltenberq
05 Mart 2020 Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı - YENİLƏNİB
05 Mart 2020 Türkiyə: Parlament seçkilərini tanımırıq
05 Mart 2020 Almaniya Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR - Müdafiə naziri AÇIQLADI
04 Mart 2020 Putindən ŞOK: Toplantıya qatılmağı RƏDD ETDİ
03 Mart 2020 Şahmat taxtasında nərd oyunu: NİYƏ PUTİN, NƏHAYƏT, ƏRDOĞANLA GÖRÜŞMƏYƏ RAZI OLDU?
03 Mart 2020 Türkiyə Xarici İşlər naziri ilə NATO Baş katibi arasında telefon danışığı olub

Dünyapress TV

Xəbər lenti