ABŞ KƏŞFİYYATININ İKİNCİ ADAMI RUS KƏŞFİYYATININ RƏHBƏRİ İLƏ NİYƏ GÖRÜŞÜB?-
Ərgün Dilər

“Takvim”, Türkiyə, 07 mart 2020-ci il



Ərdoğan və Putin Moskvada atəşkəsi gətirən addımlar atdı. İndi hər kəsin ağlında bu suallar vardır: “Silahlar susacaqmı?”, “Suriyada məsələ həll olunacaqmı?”, “Ölkə bölünəcəkmi, neçə parça olacaq və kim haraya hökm edəcək?”

Əlbəttə, ağıllarda başqa suallar da vardır.

Moskvada keçirilən zirvə görüşü haqqında hər kəs yazdı, yazmaqda davam edir. Mən başqa yolla gedib, buralarda məlum olmayan başqa bir zirvə görüşü haqqında yazmaq istəyirəm. Çünki ABŞ-da yazanlar vardır.

MKİ 2019-cu ilin aprel ayında ilk dəfə “İnstagram”dan paylaşım etdi. Dağınıq və predmetlərlə dolu bir masa idi. Kadrda olan masa üzərində 10-dan çox predmet vardı. Hamısını bir-bir açıqlamağa ehtiyac yoxdur. Lakin o masaya baxarkən həmən gözə çarpan şeylər var idi. Masa üzərində olan bitki MKİ-nin xarici kəşfiyyat təşkilatları daxilindəki “kökləri”ni anladan iddialı bir bənzətmə, eyham idi. Masadakı klassik saat isə əqrəbləri və saniyəölçəni vasitəsilə mesaj verirdi. Həmin saat 8.46-nı, yəni “Əkiz qüllələr”ə edilən hücumun vaxtını göstərirdi. Divarda, masanın həmən üzərində bir xəritə də var idi. Oradakı Asiya xəritəsi də ilk rəqibin Çin olduğunu ifadə edirdi.

Mövzu masa və ya predmetlər deyil, çatdırmaq istədiyim başqa şeydir. “İnstagram”dan bu paylaşımı edən çox tanınmasa da, çox önəmli bir şəxs – MKİ direktorunun müavini Endryu Makridis idi.

İndi keçək Moskvaya… İdlib, əslində, Rusiyanın böyük Aralıq dənizi planı üçün çox önəmlidir. ABŞ, Türkiyə ilə Rusiyanın İdlib məsələsi ilə bağlı anlaşmazlıq içində bir yolda irəliləməsini istəyir. Bunu çox yazdım. 05 martdakı Ərdoğan-Putin görüşü, əlbəttə, çox önəmli idi. Ancaq bu toplantıdan bir neçə gün öncə Moskvada çox önəmli daha bir görüş də oldu. MKİ direktorunun müavini Endryu Makridis (yəni, “İnstagram”dan ilk paylaşımı edən MKİ-nin 2 nömrəli adamı) ilə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov çox önəmli bir görüş keçirdi. Görüşün mövzusu, əlbəttə, Ərdoğanla Putinin Moskvada keçirəcəyi zirvə görüşü idi. Markidisin ABŞ-ın NATO vasitəsilə Türkiyəyə dəstək verməyəcəyini əl altından Moskvaya çatdırması həyəcanın dozasını artırdı. Təbii, rusları da sevindirdi.

Makridis, Bortnikova yeni dövrdə Suriyada xaosun bitməyəcəyini söylədi. Bu səbəblə, Rusiyanın da öz planlarını buna görə qurmalı olduğu fikrini paylaşdı. Regional sülhün gəlməsini tezləşdirməyin romantizm olacağını vurğuladı. MKİ direktorunun müavini Endryu Makridis Bortnikova “Bir nüsayri dövləti qurma planınız var. Buna qarşı deyilik. Ancaq İdlibi bu hesaba qatmayın” dedi. Sonra Türkiyənin etmək istədiklərini sıraladı…

Doğrusu, bu görüşdə məqsəd Türkiyənin həyata keçirmək istədiklərini masada dəyərləndirmək idi. Pərdə arxasında görüşürdülər. Olan bu idi.

Makridis “İdlibdən ayrılacaq kütlələr, yəni 3 milyondan artıq insan Türkiyənin yönləndirməsiylə YPG-nin olduğu bölgələrə axacaq. Bu, əslində, Türkiyənin “B” planıdır. Türkiyə sərhədinin həmən dibində yeni bir Suriya dövləti qurulmasına bu şərtlə izin verəcək. Bu durumda bizim bütün planlarımız bitər…” deyərək, gündəliyini açıqladı.

Bu səbəblə, Rusiya İdlibdə geri addım atmağa məcbur oldu. Çünki Türkiyənin planı əhalinin hərəkətiylə, sünni əhali kütlələriylə və öz hərbi gücüylə YPG-ni durdurmağı nəzərdə tutur.

ABŞ-ın beynindəki fikir bu idi. Hadisələrə belə baxırdı. Ona görə də kütləvi hərəkətlərin qarşısını almaq üçün Moskvaya atəşkəs tələbiylə getdilər. MKİ bunu istədi, Putin də atəşkəs tələbindən kənara çıxmadı. Və bu, qəbul edildi.

Endryu Makridis “dərin Amerika”nın ən önəmli adamlarından biridir. Ortaya çox çıxmaz. Əfqanıstan məsələsinin, yəni Talibanla əldə edilən razılaşmanın mərkəzində də Endryu Makridis dururdu. O, MKİ-nin naməlum DNT-sini ən yaxşı bilən şəxsdir.

İndi gələk Makridisi Moskvaya göndərən şəxslərə… 01 martda silah lobbisinin bossları Vaşinqtonda görüşdülər. Onlar III Dünya Müharibəsi istəyirlər. Ancaq bunun zamanı var. Bu görüşün sonunda Makridisin Moskvaya göndərilməsi və İdlibdə atəşkəsin əldə edilməsi üçün addımların atılması qərarlaşdırıldı.

İdlibdə anlaşma olmasına baxmayaraq, bölgədə gərginlik davam edəcək. Suriya məsələsi 3 dövlətli həllə qovuşanadək, bu gərginlik artaraq davam edəcək. 3 dövlətli struktur da, əlbəttə, yeni böhranları özü ilə bərabər gətirəcək. Bunu Türkiyə də, Rusiya da, ABŞ da bilir.

ABŞ üçün öncəlikli olaraq həll edilməli olan məsələ Aralıq dənizi və neftdir. Ona görə də neftin qiymətində koronavirusla başlayan düşmə davam edəcək. ABŞ neftlə yaşayan ölkələri özündən asılı vəziyyətə gətirəcək. Bu, Səudiyyə Ərəbistanı üçün də, BƏƏ üçün də keçərlidir. Əlbəttə, Rusiya və İran da bu məsələdə zərər görəcəkdir.

Neftin qiyməti aşağı səviyyədə qaldığı müddətcə, ABŞ-ın əlindəki kozırlar daha da güclənəcək. Amerikan şirkətləri “dərin Amerika” ilə qarşı-qarşıya gəlsələr də, əsla bu qarşıdurmanın tərəfi halına gəlmək istəməzlər. Çünki dövlətlə müharibə etmək olmaz.

Dünyada heç bir şirkət dövlətə qarşı uğur əldə edə bilmədi. Dövlətlərin arxasında “dərin dövlət” olduğu anda heç bir şirkət buna cəsarət edə bilməz. Bu gün Vaşinqtonun, yəni Ağ Evin arxasında “dərin dövlət” var. Tramp “dərin dövlət”ə savaş elan etdi. Sonra isə güzəştə gedərək, sülh sazişi imzaladı. Bu səbəblə, koronavirusla başlayan sıxıntılar amerikan şirkətlərinin “dərin dövlət”ə biət etməsini təmin etdi. ABŞ-ın 20 böyük şirkətinin sahibləri baş icraçı direktorlarını “dərin Amerika”nın önəmli şəxslərinin yanına göndərdilər. Onlar yeni dünya nizamında vəzifəyə hazır olduqlarını söylədilər.

Şirkətlərin bunu öncədən anlamamaları maraqlıdır. Əlbəttə, bu durumun yeganə səbəbi koronavirus deyildir. 3 il idi ki, “dərin Amerika” şirkətləri özünə bağlamaq üçün incə-incə addımlar atırdı. Koronavirus finaldan öncəki addımdır.

Bəs final nə olacaq? Deyəsən, böyük bir müharibə… Yəqin ki, Orta Şərq mərkəzli müharibə olacaq. Neftin ana vətənini xaosla baş-başa buraxaraq, postneft dövrünə keçid üçün bir müharibə olacaq.

Tərcümə Strateq.az-ındır

Bölmənin digər xəbərləri

05 Aprel 2020 Trampdan İrana çağırış: Mənə zəng edin!
04 Aprel 2020 Türkiyə XİN: “Yunanıstanın qaçqınlarla bağlı təklifi son dərəcə yanlış addımdır”
03 Aprel 2020 NATO baş katibi: “Gürcüstanla tərəfdaşlığı dərinləşdirəcəyik”
02 Aprel 2020 Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlığı müzakirə ediblər
01 Aprel 2020 NATO:"Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir"
01 Aprel 2020 Putin və Tramp koronavirus barədə nə danışıb? – Detallar açıqlandı
22 Mart 2020 Türkiyə və Fələstin prezidentləri arasında telefon danışığı oldu
18 Mart 2020 Trampın rəqibi bəlli olur – Sandersi gözləyirdilər, Bayden çıxdı
17 Mart 2020 Qardaş ölkə prezidentindən gözlənilməz: Çinə getdi
17 Mart 2020 Çin ABŞ-dan tələb etdi: Dərhal İrana sanksiyaları ləğv et!
13 Mart 2020 Rusiya və Türkiyə razılığa gəldilər – Qara buludlar çəkilir
09 Mart 2020 ABŞ-ın Aydaho Ştat Senatında Azərbaycanın təqdimatı keçirilib
09 Mart 2020 Ərdoğan miqrant böhranına görə Brüsselə dəvət edildi - VİDEO
08 Mart 2020 Azərbaycan Hökuməti İrana maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib
07 Mart 2020 Soros indi niyə Türkiyəni dəstəkləyir?..
06 Mart 2020 Türkiyə ilə əməkdaşlığın yolunu axtarın! - Stoltenberq
05 Mart 2020 Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı - YENİLƏNİB
05 Mart 2020 Türkiyə: Parlament seçkilərini tanımırıq
05 Mart 2020 Almaniya Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR - Müdafiə naziri AÇIQLADI
04 Mart 2020 Putindən ŞOK: Toplantıya qatılmağı RƏDD ETDİ

Dünyapress TV

Xəbər lenti