Ərdoğan miqrant böhranına görə Brüsselə dəvət edildi - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidentiUrsula fon der Leyenlə Brüsseldə bir araya gələcək.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının prezidentinin mətbuat xidməti özünün “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, görüş bazar ertəsi ( 9 mart – Red) baş tutacaq. Tərəflər Avropa Birliyi və Türkiyə arasında mövcud əlaqələr, o cümlədən miqrasiya, təhlükəsizlik, bölgədəki vəziyyət və Suriyadakı böhranı müzakirə edəcəklər.

1583690990_2.jpg

Suriyanın İdlib bölgəsindəki vəziyyətin gərginləşməsindən sonra Türkiyə artıq miqrant və qaçqın axınını dayandıra bilməyəcəyini bəyan edərək Avropa ilə sərhədlərini açıb.


1583691073_3.jpg
Bundan sonra minlərlə miqrant Yunanıstana axın etməyə başlayıb. Miqrant axınının qarşısını almaq üçün Yunanıstan hökuməti sərhədə yüzlərlə polis və hərbçi cəlb edib.
1583691005_4.jpg


Nəticədə suriyalı miqrantlar Yunanıstan sərhədində sərt müdaxilə ilə rastlaşıblar. Belə ki, sonuncu dəfə yunan polisi Türkiyə ilə sərhəddə suriyalı hamilə qadını güllələyib. Qadına ətrafdakı insanlar tərəfindən ilkin tibbi yardım göstərilib. Həmin hadisə zamanı daha bir neçə suriyalının da yaralandığı bildirilib.


Buna baxmayaraq Almaniyada “Seebrücke” beynəlxalq hərəkatının təşkilatçıları Türkiyə-Yunanıstan sərhədi boyunca Avropaya daxil olmağa çalışan qaçqınları qəbul etmək istədiklərini bəyan ediblər. Hərəkat nümayəndələri bildirib ki, bu məqsədlər üçün boş mənzillərdən istifadə etmək olar. Bundan əlavə, onlar Yunan adalarındakı qaçqın düşərgələrinin sakinlərini təxliyə etməyə çağırıblar.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 NATO baş katibi: “Gürcüstanla tərəfdaşlığı dərinləşdirəcəyik”
02 Aprel 2020 Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlığı müzakirə ediblər
01 Aprel 2020 NATO:"Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir"
01 Aprel 2020 Putin və Tramp koronavirus barədə nə danışıb? – Detallar açıqlandı
22 Mart 2020 Türkiyə və Fələstin prezidentləri arasında telefon danışığı oldu
18 Mart 2020 Trampın rəqibi bəlli olur – Sandersi gözləyirdilər, Bayden çıxdı
17 Mart 2020 Qardaş ölkə prezidentindən gözlənilməz: Çinə getdi
17 Mart 2020 Çin ABŞ-dan tələb etdi: Dərhal İrana sanksiyaları ləğv et!
13 Mart 2020 Rusiya və Türkiyə razılığa gəldilər – Qara buludlar çəkilir
09 Mart 2020 ABŞ-ın Aydaho Ştat Senatında Azərbaycanın təqdimatı keçirilib
09 Mart 2020 ABŞ KƏŞFİYYATININ İKİNCİ ADAMI RUS KƏŞFİYYATININ RƏHBƏRİ İLƏ NİYƏ GÖRÜŞÜB?- Ərdoğan-Putin təmaslarından öncə Moskvada keçirilən məxfi görüş...
08 Mart 2020 Azərbaycan Hökuməti İrana maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib
07 Mart 2020 Soros indi niyə Türkiyəni dəstəkləyir?..
06 Mart 2020 Türkiyə ilə əməkdaşlığın yolunu axtarın! - Stoltenberq
05 Mart 2020 Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı - YENİLƏNİB
05 Mart 2020 Türkiyə: Parlament seçkilərini tanımırıq
05 Mart 2020 Almaniya Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR - Müdafiə naziri AÇIQLADI
04 Mart 2020 Putindən ŞOK: Toplantıya qatılmağı RƏDD ETDİ
03 Mart 2020 Şahmat taxtasında nərd oyunu: NİYƏ PUTİN, NƏHAYƏT, ƏRDOĞANLA GÖRÜŞMƏYƏ RAZI OLDU?
03 Mart 2020 Türkiyə Xarici İşlər naziri ilə NATO Baş katibi arasında telefon danışığı olub

Dünyapress TV

Xəbər lenti