Soros indi niyə Türkiyəni dəstəkləyir?..
“Avropa Putinin döyüş cinayətlərinə qarşı Türkiyənin yanında dayanmalıdır”...

Arslan Bulut

“Yeniçağ” qəzeti, Türkiyə, 6 mart 2020-ci il

Tayyib Ərdoğan Putinlə görüşmək üçün Moskvaya yola düşəndə, yəni saat 10.35-də İngiltərədə hələ səhər yeni açılmışdı. “Financial Times” qəzeti narıncı inqilabların maliyyəçisi və əslən macar yəhudisi olan amerikalı milyarder Corc Sorosun bir məqaləsini dərc etmişdi.

Soros: “Avropa Putinin döyüş cinayətlərinə qarşı Türkiyənin yanında dayanmalıdır”, deyirdi.

Soros 2015-ci ilin sentyabrında Rusiyanın başlatdığı Suriya əməliyyatı ilə təkcə “ən sadiq ərəb müttəfiqi” olaraq tanıdığı Bəşər Əsədi qorumaq istədiyini deyil, eyni zamanda, Sovet İttifaqı dağılandan bəri itirdiyi regional və qlobal gücü yenidən bərpa etməyə çalışdığını da qeyd edirdi.

BBC Türkiyənin də yayımladığı məqalədə Soros aşağıdakı fikirləri müdafiə edib:

“6 milyon suriyalının qaçqına çevrilməsi Rusiya liderinin Suriya ilə bağlı strategiyasının əlavə bir ünsürü deyil, əsas məqsədlərindən biridir. Əsəd İosif Stalindən sonra dünyanın gördüğü ən barbar liderdir. Suriya hökuməti Rusiyanın verdiyi hava dəstəyi ilə müharibə cinayətləri törədir.

Əsəd və onun rus müttəfiqləri tərəfindən İdlibdə sıxışdırılan vətəndaşları müdafiə etmək üçün hərbi gücündən istifadə edən tək ölkə Türkiyədir. 3,5 milyon qaçqına ev sahibliyi edən Türkiyə Əsəd və Putinin sərhədlərə göndərdiyi 1 milyon adamı qəbul edə bilməz.

Türkiyənin də kürdlərə, yəni öz xalqına güc göstərməsinin şahidi olduq, amma ən azından Suriya mövzusunda Türkiyə Avropadan dəstək almağa layiqdir. Bu səbəbdən, Avropa suriyalı qaçqınlara İdlibdə “təhlükəsiz bölgə” təklif edən atəşkəs razılaşması əldə etmək üçün Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Putinlə apardığı danışıqları dəstəkləməlidir. Ümid edirəm ki, bu həm də Putinin müharibə cinayətlərini Avropadakı dialoqun mərkəzinə yerləşdirər”.

Türkiyəyə dəstək məsələsində NATO-nun baş katibi Cens Stoltenberq də öz fikrini bildirib. Stoltenberq İttifaqın İdlib böhranı mövzusunda Türkiyəyə necə dəstək verə biləcəyinə dair bir sualı cavablandırarkən: “İspaniyadan Türkiyənin cənubuna Patriot batareyası yerləşdirmişdik. “AWACS” təyyarələri havada patrul gəzirlər və baza ziyarətlərini də artırmışıq. Türkiyəyə xüsusi zəmanət verən tədbirlərimiz də var . Bu səbəbdən, NATO-nun Türkiyədəki varlığı da gedərək artır”, deyib.



Stoltenberq Suriyada etibarlı bir bölgə yaratmaq ehtimalı ilə bağlı bir suala cavab verərkən NATO-nun Suriyada olmadığını vurğulayıb. Türkiyənin İraq və Suriyaya qonşu olduğuna işarə edərək, heç bir NATO üzvü ölkənin Türkiyə qədər cənubdan gələn şiddət və hücumlardan təsirlənmədiyini yazan Stoltenberq: “Vəziyyəti davamlı olaraq qiymətləndiririk və Türkiyəyə dəstək veririk”, deyə qeyd edib.

Soros onsuz da 2003-ci ilin may ayında Sabancı Universitetində çıxış edərkən: “Türkiyənin Argentinadan tək fərqi strateji mövqeyidir. Bu strateji mövqeyinə bağlı olaraq, Türkiyənin ən yaxşı ixracat məhsulu da məhz ordusudur”, demişdi. Elə həmin il Nyu Yorkda olan, o dövrün dövrün Xarici İşlər naziri Abdullah Güllə görüşdükdən sonra mətbuata açıqlama verən Soros: “Türk ordusunun nüfuzu ictimaiyyətə bəllidir, ancaq mən bu mövzuda zarafat edirdim”, demişdi. Abdullah Gül isə o görüşdə Sorosu Türkiyədə sərmayə qoymağa dəvət etmiş və Soros Fondunun da Türkiyədə fəaliyyət göstərməsini istəmişdi. Soros Açıq Cəmiyyət İnstitutunun Türkiyə şöbəsini 2001-ci ildə fəaliyyətə başlatmışdı.

Soros və Stoltenberqin şərhlərindən bəlli olur ki, ABŞ və Avropa Türkiyənin Suriya rejiminin üstünə getməsindən çox məmnundur. Türkiyə onsuz da qeyd edildiyi kimi Suriya rejimini yıxmağa çalışır. Əgər rejim Suriyada yıxılsa, ölkə, şübhəsiz, parçalanacaq. Beləcə İsrail, Türkiyə rəhbərliyindən istifadə edərək ən yaxın düşmənini aradan qaldırmış olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Bölmənin digər xəbərləri

05 Aprel 2020 Trampdan İrana çağırış: Mənə zəng edin!
04 Aprel 2020 Türkiyə XİN: “Yunanıstanın qaçqınlarla bağlı təklifi son dərəcə yanlış addımdır”
03 Aprel 2020 NATO baş katibi: “Gürcüstanla tərəfdaşlığı dərinləşdirəcəyik”
02 Aprel 2020 Ərdoğan və Zelenski koronavirusla mübarizədə əməkdaşlığı müzakirə ediblər
01 Aprel 2020 NATO:"Qarabağdakı "ümumi seçkilər"in nəticələri onun hüquqi statusuna təsir kimi qəbul edilmir"
01 Aprel 2020 Putin və Tramp koronavirus barədə nə danışıb? – Detallar açıqlandı
22 Mart 2020 Türkiyə və Fələstin prezidentləri arasında telefon danışığı oldu
18 Mart 2020 Trampın rəqibi bəlli olur – Sandersi gözləyirdilər, Bayden çıxdı
17 Mart 2020 Qardaş ölkə prezidentindən gözlənilməz: Çinə getdi
17 Mart 2020 Çin ABŞ-dan tələb etdi: Dərhal İrana sanksiyaları ləğv et!
13 Mart 2020 Rusiya və Türkiyə razılığa gəldilər – Qara buludlar çəkilir
09 Mart 2020 ABŞ-ın Aydaho Ştat Senatında Azərbaycanın təqdimatı keçirilib
09 Mart 2020 ABŞ KƏŞFİYYATININ İKİNCİ ADAMI RUS KƏŞFİYYATININ RƏHBƏRİ İLƏ NİYƏ GÖRÜŞÜB?- Ərdoğan-Putin təmaslarından öncə Moskvada keçirilən məxfi görüş...
09 Mart 2020 Ərdoğan miqrant böhranına görə Brüsselə dəvət edildi - VİDEO
08 Mart 2020 Azərbaycan Hökuməti İrana maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edib
06 Mart 2020 Türkiyə ilə əməkdaşlığın yolunu axtarın! - Stoltenberq
05 Mart 2020 Rusiya və Türkiyə prezidentlərinin görüşü başladı - YENİLƏNİB
05 Mart 2020 Türkiyə: Parlament seçkilərini tanımırıq
05 Mart 2020 Almaniya Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR - Müdafiə naziri AÇIQLADI
04 Mart 2020 Putindən ŞOK: Toplantıya qatılmağı RƏDD ETDİ

Dünyapress TV

Xəbər lenti