pens erdoganAnkarada Türkiyə və ABŞ rəsmi nümayəndə heyəti arasında 6 saata yaxın davam edən danışıqlardan sonra tərəflər arasında qəbul edilən razılıqla bağlı ortaq açıqlama yayılıb.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə istinadla verdiyi xəbərə görə, Suriyada Fəratın şərqində Türkiyənin başladığı “Barış bulağı” hərbi əməliyyatlarını dayandırmaq, Suriya və Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək və suriyalıların öz torpaqlarına qayıdışına şərait yaratmaq üçün aparılan danışıqlardan əldə olunan nəticə 13 bənddən ibarətdir.

Bildirişdə qeyd olunub ki, ABŞ Türkiyənin cənub sərhədindəki təhlükəsizlik təminatına anlayışla yanaşır. Türkiyə və ABŞ ərazidə ortaq mənafelərini qorumaqla əməkdaşlığını, eləcə də NATO torpaqları və xalqlarını bütün təhdidlərdən qoruma öhdəliklərini, insan haqlarını, dini, etnik toplumların hüquq bərabərliyini qəbul edir. Açıqlamada qeyd edilib ki, Türkiyə və ABŞ İŞİD-lə birgə mübarizədə qərarlıdır, terrorçulara aid sığınacaq, mövqe, silah-sursat, digər hərbi vasitələri hədəf alması üzrə anlaşır. Hər iki tərəf Türkiyənin YPG-dən ağır silahları toplamasının (YPG-nin yararsız hala gələn bütün hərbi vasitələri daxil), təhlükəsiz bölgənin yaradılmasının təminatına razıdır.

Hər iki ölkə Suriyanın siyasi birliyi və ərazi bütövlüyü üçün BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə qəbul edir. Təhlükəsiz bölgə öncə Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq, sonra hər iki tərəf təhlükəsiz bölgənin koordinasiyasını artıracaq.

Türkiyə 120 saat içində “Barış bulağı” əməliyyatını dayandıracaq, YPG ərazidən çəkiləcək. YPG tamamilə çəkildikdən sonra Türkiyə atəşkəs elan edəcək. Bundan sonra ABŞ müvafiq sanksiyalarını aradan qaldıracaq.

Bölmənin digər xəbərləri

31 May 2020 Lukaşenko sözündən dönmür: “İnsanları axmaq yerinə qoyublar, koronavirus siyasətdir”
28 May 2020 Ərdoğan və Bahçeli bir araya gəldi - FOTO
26 May 2020 TRAMP “DƏRİN DÖVLƏT”in LİDERİYLƏ GÖRÜŞƏ BİLMİR: o, yenidən seçilmək üçün Pentaqonun bütün istəklərini yerinə yetirməyə başlayıb - ARAŞDIRMA
26 May 2020 “PUTİN AVRASİYA İTTİFAQINI DAĞITMAQ İSTƏYİR” –Rusiyanın pulsuzlaşdığını görən ermənilər ondan üz çevirməyə başlayıblar
25 May 2020 ABŞ G7 sammitinin vaxtını dəyişdi
24 May 2020 "“Füzuli kartı” gerçəkləşmədiyi üçün "Kəlbəcər "kartı işə salındı" - Partiya sədri
23 May 2020 Astana sükutu: Ankara yenə təklənir - Politoloq
23 May 2020 NATO Rusiyanın qarşısında şərt qoydu
21 May 2020 Prezidentin bir ili: Zelenski oliqarxlardan və reytinqini itirməkdən qorxur
21 May 2020 Kremlin antiçin kampaniyasına qoşulma cəhdi "Asiya əjdahası"nı qəzəbləndirib - TƏHLİL/VİDEO
20 May 2020 Yaxın Şərqdə yeni gərginlik - Fələstin bütün anlaşmalardan çıxdı
20 May 2020 Qorqud partiyasının İranla bağlı bəyanatı
18 May 2020 TÜRKİYƏNİN ŞƏRQİ AĞ DƏNİZDƏ YENİ STRATEGİYASI: "Trablusa hərbi qüvvə yerinə, Qahirə və Təl-Əvivə diplomat göndərilməlidir" - TƏHLİL
18 May 2020 Qərbi Azərbaycan-İrəvan Muhacir Hökumətinin yaranaması ilə bağlı Turan partiyasının bəyanatı
16 May 2020 GƏLƏCƏK 100 İL ÜÇÜN QURULAN TƏMƏL:“Dərin Amerika" "Main Street”-lə “Wall Street”-i birləşdirmək planı hazırlayır - ARAŞDIRMA
14 May 2020 GÜCLÜ VƏ QORXULU RƏQİB…- Belarus üçün "Silikon vadisi" quran, ölkəyə milyardlar qazandıran keçmiş məmur Lukaşenkonu yola salır?
14 May 2020 Co Bayden seçki yarışında Trampı qabaqlayıb
09 May 2020 Conson Putinə: "İki ölkə arasındakı münasibətlərdə problemlər qalmaqdadır"
09 May 2020 “Avropanı bir dövlətdə birləşdirmək istəyirlər” – Macar Baş nazirdən şok
07 May 2020 Putinin reytinqi 22 ildə ən aşağı həddə düşüb - “Levada“ sorğu mərkəzi

Dünyapress TV

Xəbər lenti