Səudiyyə Ərəbistanı İranla barışır? - ABŞ-ın məyus etdiyi vəliəhd Pakistan və İraqa minnətçi düşüb
Rəsmi Tehran: “Danışıqlara hazırıq”
Ötən ay Səudiyyə Ərəbistanının neft obyektləri İran silahları ilə vuruldu. Hücum Yəməndəki husi-şiə üsyançıları tərəfindən həyata keçirildi. Onlar isə İranın təsiri altında fəaliyyət göstərir. Heç şübhəsiz ki, bu hücum İranın sifarişi idi. Və bu hücum neft bazarında ciddi çaxnaşma yaratdı.

Sirr deyil ki, Səudiyyə Ərəbistanı ilə İran arasında on illər ərzində artan düşmənçilik və nüfuz uğrunda rəqabət Yaxın Şərqi müharibə həddinə gətirib çıxarıb. Gərginliyi azaltmaq üçün səy göstərmək lazım idi və belə bir addım atıldı.

ABŞ-ın ən nüfuzlu qəzetlərindən olan “The New York Times” bu məsələ ilə bağlı geniş təhlil yazısı hazırlayıb. Həmin məqalənin diqqətçəkən hissələrini təqdim edirik.

Səudiyyə Ərəbistanı ilə İran arasındakı hər hansı bir barışığın əldə olunması bölgədəki qarşıdurmanın azalmasına gətirib çıxara bilər.

Prezident Tramp Səudiyyə və digər varlı körfəz ölkələrinin təkidi ilə İrana qarşı qisas əməliyyatı keçirməkdən imtina etdi. Üstəlik, anti-İran mövqeyi ilə tanınan milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərdi. Analitiklərin fikrincə, bu amil Səudiyyə Ərəbistanını münaqişənin həlli üçün yeni variant tapmağa sövq etdi. Bu isə cənab Trampın İranı təcrid etmək üçün bir Ərəb İttifaqı qurmaq səyinin iflası deməkdir.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-10_1570383649_2.jpg

Son həftələrdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman İraq və Pakistan rəhbərlərinə üz tutdu. Hər iki ölkənin liderindən iranlı həmkarları ilə bu mövzusunda danışıqlara başlamaq üçün rica edildi.

İran isə daha öncə Səudiyyə Ərəbistanı ilə danışıqlara hazır olduğunu açıq şəkildə ifadə etmişdi.

Cümə günü “The New York Times” qəzetinə verdiyi açıqlamada Səudiyyə hökuməti yetkilisi İraq və Pakistana iki ölkə arasında vasitəçilik etmək təklifində bulunduqlarını etiraf etsə də vəliəhd Məhəmməd Salmanın bu təşəbbüsdə iştirakını təkzib etdi.

İrana qarşı “maksimum təzyiq” kampaniyası aparan Səudiyyə rəsmi Tehranın nüvə proqramını məhdudlaşdırmağa və Yaxın Şərqdə dəstək verdiyi bəlli mərkəzlərlə İranın əlaqələrini zəiflətməyə çalışırdı.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-10_1570383606_3.jpg

Pakistanın Baş naziri İmran Xan keçən ay Ciddə şəhərində Səudiyyə Ərəbistanının de-fakto hökmdarı Şahzadə Məhəmməd ilə görüşdü. Günlər sonra BMT Baş Məclisində iştirak edən baş nazir jurnalistlərə şahzadə Məhəmmədin İranla danışıqlar aparmaq üçün ondan xahiş etdiyini söylədi.

"Müharibədən çəkinmək istəyirəm", vəliəhd baş nazirə belə deyib. Baş nazir isə BMT Baş Məclisində İran prezidenti Həsən Ruhani ilə görüşüb və vəliəhdin mesajını ona çatdırıb.

İraqın baş naziri Adil Əbdül Mehdi Səudiyyə Ərəbistanına səfərdə olarkən ona da eyni məsələ ilə bağlı vasitəçilik etmək üçün müraciət olunub. İraq baş naziri Bağdada döndükdən sonra jurnalistlərə bildirib ki, vəliəhd İraq paytaxtını Səudiyyə-İran danışıqları üçün uyğun bir məkan hesab edir. Cənab Adil Mehdi bu prosesin müsbət sonluqla yekunlaşacağına inamını da ifadə etmişdi.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-10_1570383672_4.jpg

İran parlamentinin rəhbəri Əli Laricani isə “Al-Jazeera”yə bugünlərdə belə demişdi: “İran Səudiyyə Ərəbistanı və bölgənin digər ölkələri ilə danışıqlara açıqdır. İran-Səudiyyə danışıqları bölgədə mövcud olan siyasi və təhlükəsizliklə bağlı problemlərin bir çoxunu həll edə bilər”.

“The New York Times” xatırladır ki, vəliəhd bir vaxtlar İranı Yaxın Şərqdə mövcud olan bütün problemlərin səbəbkar kimi təqdim edirdi. O, İranın ali dini liderini Hitlerlə müqayisə etməkdən belə çəkinməmişdi: “Biz İran rejiminin əsas hədəfiyik”, 2017-ci ildə vəliəhd belə demişdi. “Biz gözləməli deyilik ki, İran Səudiyyə Ərəbistanına hücum etsin. Əksinə, biz çalışacağıq ki, bu müharibə İran ərazisində olsun”.

Tehranı təmsil edən siyasi analitik Səid Şəriəti deyir ki, Səudiyyə və İran gərginliyin son həddinə çatıb. Hər iki tərəf bu gərginliyin ölkə maraqlarına zidd olduğunun fərqindədir.

Prezident Həsən Ruhani isə BMT-də etdiyi çıxışında ərəb ölkələrinə müraciət edərək dedi ki, İran İslam Respublikası sizin qonşunuzdur, Amerika yox. Biz həmişə bir yerdə olacağıq.

Elbəyi Həsənli, Sürix

Bölmənin digər xəbərləri

07 Avqust 2020 Beyrut partlayışı – “dağıntının” altından kimlər çıxacaq? – TƏHLİL
07 Avqust 2020 Baş nazir ASALA-nı himayə edirmiş – Məxfi sənədlər üzə çıxdı
06 Avqust 2020 “Bu dörd ölkə dünyanı təhdid edir” – ABŞ kəşfiyyat məlumatını açıqladı
06 Avqust 2020 Medvedev Belarusu hədələdi
06 Avqust 2020 Bayden seçkiöncəsi təşviqata 280 milyon dollar xərcləməyi planlaşdırır
05 Avqust 2020 Rəsmi Moskvadan “Vaqner” döyüşçüləri ilə bağlı Belarus təhdid: "Onları incitməyə imkan verə bilmərik"
04 Avqust 2020 Türkiyə ilə Rusiya arasında üçüncü qarşıdurma – bu dəfə Qarabağda - TƏHLİL
03 Avqust 2020 QAFQAZDA RUS-TÜRK RƏQABƏTİ VƏ GÜC NÜMAYİŞİ – Bölgədəki son gərginliyin alman mediasında əks-sədası
03 Avqust 2020 Erməni lobbisinin təhdidinə İsraildən möhtəşəm centlmen cavabı: "..hazırkı münasibətlər ən yaxşı səviyyədədir”
02 Avqust 2020 İranşünas erməni: Ermənistan Türkiyənin daxili proseslərinə müdaxilə etməlidir
01 Avqust 2020 ABŞ "Maqnitski aktı" üzrə Çinə qarşı sanksiya tətbiq edib
31 İyul 2020 “Rusiya bizimlə birbaşa üzləşmək istəmir, Ermənistanı alət kimi istifadə edir...” - TÜRKİYƏLİ EKSPERT TOVUZ HADİSƏLƏRİ HAQDA
31 İyul 2020 “DSNews”: “Tovuz toqquşmasında itirən Moskva, qazanan isə Türkiyə, Azərbaycan və qismən Ermənistan oldu”
31 İyul 2020 Putinin həll edə bilmədiyi varis planı – Prezidentin keçmiş müşavirindən maraqlı açıqlamalar
31 İyul 2020 Rusiya və Belarus arasında ciddi gərginlik - Kremldən “Vaqner” qrupu ilə bağlı açıqlama
31 İyul 2020 Tramp seçkiləri təxirə salmağı tələb etdi: “Bunu etməsəniz...”
31 İyul 2020 “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”
30 İyul 2020 Güney Azərbaycan Milli Azadlıq Cəbhəsindən Azərbaycana dəstək - Bəyanat
30 İyul 2020 Aralıq dənizi ilə bağlı gözlənilməz qərar - Ankara hərəkətə keçdi
29 İyul 2020 Qafqazda gərginliyin artması fonunda regional güclər əlverişli mövqe qazanmağa çalışır

Dünyapress TV

Xəbər lenti