«Biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq» – Belorus XİN
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizdik məsələləri üzrə köməkçisi Con Boltonla görüşün yekunları barədə danışan Belorus Respublikasının xarici işlər naziri Vladimir Makey maraqlı açıqlamalar verib. O, bəyan edib ki, Belorus əl açb ABŞ-n qabağına qaçmır və nə isə verməyi və ya masa üzərinə qoymağı xahiş etmir. Bu barədə XİN-nin «Feysbuk» səhifəsində xəbər verilir.

Xarici işlər naziri qeyd edib ki, Con Boltonun Minskə səfəri faktının arxasında heç bir gizli məqsəd axtarmaq lazım deyil. Onun sözlərinə görə, müşavir Con Bolton bir neçə ölkəyə turnesi çərçivəsində Belorusa da səfərə gəlib. Səfərin məsədi isə «bölgədə situasmiya ilə tanışlıq» və perspektivə nəzər salmaq olub. Nəzərə almaq lazımdır ki, bölgədə «hər şey heç də sakit deyil».

«Ona görə də bu səfərin həyata keçirilməsi barədə bizə sorğu daxil olarkən, biz ABŞ-la normal munasibətlər qurmağa çalışdığımız mövqedən çıxış edərək, bu görüşə razılıq verdik. Etiraf etmək lazımdır ki, bu gün ABŞ obyektiv olaraq, dünyada aparıcı gücdür. Deməliyəm ki, səfər çox-çox faydalı oldu» - deyə, Makey qeyd edib.

Budan başqa, Belorus XİN başçısı bəyan edib ki, danışıqlar zamanı «heç kim nəyə isə birləşməyə və ya kimin yanındansa, nədən isə aralanmağa çağırış etməyib».

«Bölgədəki vəziyyətlə, dünyadakı situasiya ilə bağlı səmimi diskusiya olub – təhlükəsizlik, ticarət-iqtisadi əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişafı istiqamətlərində diskusiya» – deyə, nazir əlavə edib.

Bununla yanaşı, Belorusun xarici işlər naziri onu da nəzərə çatdırıb ki, ölkəsi Trampın müşaviri ilə ikitərəfli münasibətlərin inkişafı sahəsində dialoqun davam etdirilməsi və üzdə olan bəzi məsələlərin həllinin tapılması barədə razılığa gəlib.

«Belorus prezidenti dəqiq ifadə etdi ki, biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq,ə ondan nəyi isə bizə verməsini istəmirik və ya hansısa tikəni ağzımıza tullamağı xahiş etmirik. Yox! Biz, sadəcə, bərabər hüquqlu ticarət-iqtisadi, siyasi, humanitar və digər istiqamətlərdə əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyirik. Biz, buna hazırıq…» – deyə, nazir bəyan edib.

Onun fikrincə, Boltonun indiki səfəri həm də ona görə, əhəmiyyətlidir ki, tərəflər bir-birini yaxıqdan başa düşmək cəhdi göstərdilər.

«Və mən hesab edirəm ki, bu səfərin başlıca nəticəsi ondan ibarətdir ki, tərəflər bir-birini eşitməyə cəhd göstərdilər və razılığa gəldilər ki, belə dialoq perspektivdə də davam etdirilməlidir» – Makey bəyan edib.

AzPolitika.info

Bölmənin digər xəbərləri

19 Fevral 2020 Avropa İttifaqının Komissarı Azərbaycana gələcək - FOTO
19 Fevral 2020 Trampdan Ərdoğan barədə DİQQƏTÇƏKƏN SÖZLƏR
16 Fevral 2020 Azərbaycan Prezidenti: ATƏT-in Minsk qrupu həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!
15 Fevral 2020 Lukaşenko Rusiyanı sanksiyalarla hədələdi
15 Fevral 2020 İDLİB: MOSKVA-ANKARA MÜNASİBƏTLƏRİNİN QIRILMA XƏTTİ - Ərdoğanla Putin anlaşmasa, nə baş verəcək?
15 Fevral 2020 İlham Əliyev Avropa İttifaqının komissarı ilə görüşdü - FOTO/YENİLƏNDİ
14 Fevral 2020 Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
12 Fevral 2020 Azərbaycan Ermənistanın bəyanatına cavab verdi
24 Yanvar 2020 Netanyahu ABŞ-a gedir
23 Yanvar 2020 Zelenski: "Ukrayna Aİ-də Böyük Britaniyanın yerini tuta bilər"
22 Yanvar 2020 Küveyt KİV-lərində Azərbaycan haqqında məqalələr dərc olunub
21 Yanvar 2020 Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 2020 Prezident İlham Əliyevin İsveçrəyə işgüzar səfəri başlayıb
21 Yanvar 2020 “Risklidir, təcili dayandır” – Makrondan Ərdoğana
21 Yanvar 2020 Bu türk dövlətində hökumət tam tərkibdə istefa verdi
20 Yanvar 2020 Putin Berlində Boris Consonla şəxsi görüş keçirib –İlk dəfə olaraq
20 Yanvar 2020 Merkel: "Liviya ilə bağlı konfransda silah embarqosu məsələsi razılaşdırılıb"
19 Yanvar 2020 İlham Əliyevdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - Video
16 Yanvar 2020 Trampla Ərdoğan Liviyadaki son vəziyyəti müzakirə etdi
14 Yanvar 2020 Yeni gəmiyə onun adı veriləcək - Prezidentdən göstəriş

Dünyapress TV

Xəbər lenti