İran deputatı: “Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik”
İran İslam İnqilabının əsas ideoloqlarından biri Ayətulla Murtəza Mütəhhərinin oğlu, İran parlamentinin üzvü Əli Mütəhhəri ölkəsinin Qarabağ, uyğurlar və Kəşmir məsələsi ilə bağlı mövqeyini tənqid edib.

Turkustan.info-nun məlumatına görə, Ə.Mütəhhəri Cammu və Kəşmirdə gedən son proseslərlə bağlı yazılı açıqlamasında İranın xarici siyasəti ilə razılaşmadığını bildirib.

“Hindistan hökumətinin Cammu və Kəşmirin muxtariyyətini ləğv etməsi məzlum xalqın haqlarının olmaması deməkdir və Hindistan burada zalım mövqeyindədir. İranın Pakistan və Hindistanı sabitliyə dəvət etməsi kifayət deyil. Biz digər müsəlmanların düşdüyü vəziyyətə laqeyd qala bilmərik”,-deyə deputat vurğulayıb.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəsinin Ermənistanın tərəfini tutduğunu da etiraf edib: “Azərbaycan və Ermənistan arasındakı Qarabağ problemində Azərbaycanın haqlı olmasına rəğmən, biz etnik narahatlığa görə Ermənistanın tərəfini tutduq. Biz Çinin Uyğur vilayətindəki müsəlmanlara qarşı işgəncə və təzyiqlərinə görə lazımi mövqe nümayiş etdirmədik. Biz Kəşmirdə yaşayan xalqın haqqının təmin edilməsinə kömək etməliyik”. /Virtualaz.org/

Bölmənin digər xəbərləri

23 Sentyabr 2019 Elmar Məmmədyarov Nyu-Yorkda Minsk Qrupu həmsədrləri ilə görüşüb
20 Sentyabr 2019 Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb
16 Sentyabr 2019 Trampın müşaviri ABŞ və İran prezidentlərinin görüşü imkanından danışıb
12 Sentyabr 2019 Putin Netanyahu ilə Soçidə görüşəcək
02 Sentyabr 2019 ABŞ-ın vitse-prezidenti Varşavada Zelenski ilə görüşüb- "AMERIKA UKRAYNANI DƏSTƏKLƏYİR"
31 Avqust 2019 «Biz, əl açıb ABŞ-ın qabağına qaçmırıq» – Belorus XİN
31 Avqust 2019 Tramp Merkelin dəvəti ilə Almaniyaya səfərə hazırlaşır
30 Avqust 2019 Belorus prezidenti ABŞ-la münasibətlərə yenidən baxmağı təklif edib
26 Avqust 2019 “”G7″ iştirakçıları İranla münaqişə istəmir” – Makron
26 Avqust 2019 Biarissdə Fransa və İranın XİN rəhbərlərinin görüşü başlayıb
24 Avqust 2019 “GEC-TEZ TÜRKİYƏ FÖVQƏLDÖVLƏT KİMİ ÖZ YERİNİ TUTACAQ” - Tofiq Zülfüqarov
23 Avqust 2019 Tramp Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək
13 Avqust 2019 Peskov: Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü təxirə salındı
13 Avqust 2019 Peskov: Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü təxirə salındı
12 Avqust 2019 İran Prezidenti Həsən Ruhani ilə Ərdoğan arasında telefon danışığı oldu
28 İyul 2019 Azərbaycanın Türkiyə vətəndaşları üçün viza tələbini ləğv etməsi qardaşlıq münasibətlərimizin daha bir göstəricisidir
26 İyul 2019 Zelenski ilə Tramp arasında telefon danışığı olub
15 İyul 2019 Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
09 İyul 2019 Avropa Şurasının prezidenti Azərbaycana gəlib
08 İyul 2019 İran uranın limitsiz zənginləşdirilməsinə başlayır - XİN bəyan etdi

Dünyapress TV

Xəbər lenti