Hacı Şahin: "Bu əməl ziyarətgahı təhqir etmək deməkdir"
Bu gün koronavirusun ən çox can aldığı ölkələr siyahısında İranın adı yer alıb. Sosial şəbəkələrdə koronavirusdan qorunmaq üçün müqəddəs məkanlara gedib, ziyarətgahda dəmir məhəccərləri, daşı divarları öpən şəxslər videogörüntülər yayırlar. Bu da öz növbəsində birmənalı qarşılanmır. Bir çoxları bunu xürafat, bir çoxları isə virus yoxdur, olsa da imam bizi sağaldar tipli şərhlərlə qarşılayırlar.

Daşı bütə çevirib ətrafına dolanmağın özü təkallahlığı əsas prinsip hesab edən İslama da uyğun deyil. Amma təəssüf ki, ifrata varanların sayı az deyil. Karantin günlərində dini ziyarətgahlarda bu kimi ayinlər qadağan edilibmi, ümumiyyətlə pir və məscidlərə axın dayandırılıbmı?

Bizimyol.info-nun sualını Hacı Şahin Həsənli cavablandırır:

"Virusun İrandan, ziyarətgahlardan yayılmasını düşünmək yanlış olardı. Çində pir var idimi bəyəm? Məşhəd, Qum ziyarətgahları isə hazırda bağlıdır. Azərbaycanda da məscid və ziyarətgahlara giriş məhdudlaşdırılıb. Kütləvi olaraq dini ayinlər edilmir. Ona görə, əsas görmürəm, kimsə desin ki, dini ayinlər zamanı zəvvarlar daşı, divarı yalamaqla xəstəliyi yayırlar. Bir çoxları sifarişli şəkildə daşı divarı öpərək, İslamı gözdən salırlar. Bu məqsədli addımdır. Məqsədli şəkildə daşı divarı yalamaq ziyarətgahı gözdən salır, hörmətsizlik edir. Bu kimi ayinlərdə ifrata varmaq kökündən yalnışdır. Ümumiyyətlə İslamda belə bir hökm, dini ayin yoxdur. Virus oldu olmadı, bu kimi əməllər, yəni kiminsə əlini, dilini daşa sürtməsi xürafatdır, ziyarətgaha qarşı hörmətsizlikdir”.

Koronavirus olmadan da dünyamızda QİÇS, Hepatit, adını unutduğumuz, amma elə bu vasitələrlə yayılan yüzlərlə xəstəlik var. Dini ziyarətgahlarda müxtəlif ölkələrdən gələn yüzlərlə, minlərlə insanın vətəninə döndükdən sonra yoxlanılması yaxşı olardı. Koronavirus yoxa çıxdıqdan sonra da biz bunu unutmamalıyıq. Bizdəki dini ziyarətgahlarda da adamlar sıraya düzülüb daşı-divarı öpürlər. Bunu birdəfəlik qadağan eləmək lazımdır. Bəs Ruhani İdarəsi, Dini Komitə nə işə yarayır?! Hər şeyin ən doğrusunu,ən düzgününü etməsək, İslamda da xürafatdan başqa bir şey qalmayacaq.

Bölmənin digər xəbərləri

18 Mart 2020 Azərbaycanda məscidlərə giriş-çıxış qadağan olundu
16 Mart 2020 Rusiyanın ən qədim məscidinin qapısı muzey işçilərinin badına getdi
13 Mart 2020 Koronavirusa görə bağlanan KƏBƏDƏ İNANILMAZ GÖRÜNTÜLƏR - VİDEO
06 Mart 2020 Ziyarətlər qadağan edildikdən sonra Kəbənin – Fotoları
01 Mart 2020 ÜST dindarlara xəbərdarlıq etdi: Koronavirusu yayırsız!
08 Fevral 2020 Sistanidən iddialarımızı təsdiqləyən açıqlama – Ayətullah Nəcəf qalmaqalını pislədi
26 Yanvar 2020 İraqda şiə çatı: Müqtəda əs-Sədr – Sistani gərginliyində İranın rolu
15 Yanvar 2020 "Əbu Bəkr" məscidi fəaliyyətini nə vaxt bərpa edəcək? - AÇIQLAMA
09 Yanvar 2020 Qanunsuz olaraq saxlanılan ov tüfəngi götürülüb
26 Dekabr 2019 “Pənah Hüseyn verilişə niyə çıxmışdı, nə demək istəyirdi, anlamadım” VİDEO
17 Dekabr 2019 Ayətullah Sistani və siyasət: FƏQİH, YA SULTAN? –Din və dövlət əlaqəsinin İraq təcrübəsi
19 Noyabr 2019 Bakıdakı Heydər məscidinin az bilinən xüsusiyyəti – Türk mediası yazır...
19 Noyabr 2019 Vilayətinin Bakıya gəlməməsinin səbəbi aydın oldu: İran Allahşükür Paşazadəni Allahdan uzaq düşmüş banda başçısı sayırmış
15 Noyabr 2019 Patriarx Kirill xristianlara qarşı soyqırım baş verən ölkədən danışdı
10 Sentyabr 2019 Bu gün Aşuradır
06 Sentyabr 2019 GÜRCÜSTANIN İSLAMLAŞMAQ QORXUSU:Türkiyə bu ölkədə fəaliyyətini gücləndirib; əhalinin 10 faizindən çoxu isə müsəlmanlardır... - ARAŞDIRMA
30 Avqust 2019 DQİDK İsmayıllıda seminar-müşavirə keçirib.
12 Avqust 2019 Əsrlərin sualı müxtəlif rəvayətlərdə…
08 Avqust 2019 Dini Komitədən Qurban bayramı ilə bağlı tövsiyələr: Cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik
31 İyul 2019 Qurban bayramının vacib əməlləri - İslamın ən böyük bayramının tarixi və qaydaları

Dünyapress TV

Xəbər lenti