1613942484_bdcd046c-feb5-44a7-a7f9-c1082407cfb7.jpg

“Cənab prezidentimiz  torpaqları almaqla biz sənət adamlarının, Azərbaycan xalqının şəxsi qürurunu, mənliyini özünə qaytardı. Biz bu haqda bu gün qürur hissi ilə danışırıq. Düzdü, müharibə şəhidsiz, itkisiz olmur. Qələbə qazanmaq istəyirsənsə buna hazır olmalısan. Şəhidlik zirvəsinə qalxmaq da hər insana nəsib olmur. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bir çox dövlət başçıları uzun illər vəzifədə olublar, gediblər amma adları tarixə yazılmayıb. Ali Baş Komandan İlham Əliyevin adı qızıl hərflərlə tarixə yazıldı. Biz sənətçilər də onun dövründə yaşadığımız üçün özümüzü xoşbəxt sayırıq. Hərdən umuram, uman yerdən küsərlər deyirlər. Bizdə 50 siyasi partiya var, 30 ildə 50 siyasi partiyanın görə bilmədiyi işi 44 gün ərzində cənab prezident etdi”

1613942516_1cb8ffeb-0d00-4ef2-8817-c423b0018f21.jpg

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev deyib. Xalq artisti işğaldan azad olunmuş torpaqlara getmək üçün səbirsizləndiyini bildirib.

“Demək olar ki, Azərbaycanın bütün bölgələrində konsertlər vermişik. Ələxsus da işğaldan azad edilmiş torpaqlarda. Ulu öndər Heydər Əliyev Üzeyir Hacıbəylinin doğulduğu günü musiqi günü elan etmişdi. Biz hər il musiqi günündə o bölgələrdə səfərlərdə olurduq. Onun əsərlərindən ibarət konsert proqramları keçirirdik. İndi bizə qismət olsun ki, biz o torpaqlarda  konsertlər verək. Özümə söz vermişəm, bütün torpaqları qarış-qarış gəzəcəm. Başda Şuşa, Ağdam, Laçın, Kəlbəcər olmaq şərtilə. Bir musiqiçi kimi, sənət adamı kimi bu mənim arzumdur. “Vaqif poeziya günləri” yenidən keçiriləcək. İnşallah ki, biz də öz kollektivimizlə o konsertlərin hər birincə canla-başla iştirak edəcəyik” deyə Ağaverdi Paşayev deyib.

 

Xalq artisti xarici ölkələrə səfərləri zaman ermənilərlə üz-üzə gəldiyini də bildirib.

1613942507_6ed410c7-c72e-4c87-a424-6297b562f480.jpg

“Ermənilərin çox mundar niyyəti, mənfur xisləti var. Bu xislət onlarla ömürlərin axırına kimi onlarla gedəcək. Son 20 il mənim rəhbərlik etdiyim kollektiv bütün dünya ölkələrində olub. Konsertlərdə də o məxluqlarla üz-üzə gəlmişik. İstəyiblər ki, mahnılarımızı, musiqi alətlərimizi öz adlarına çıxarsınlar. Üzümüzə heç nə deyə bilməyiblər, ancaq arxamızca danışıblar. Çünki qorxaq millətdirlər. Bu müharibənin ən gözəl özəlliyi onda oldu ki, bütün dünya bizim haqlı olduğumuzu gördü” deyə Xalq artisti bildirib.

Dünyapress TV

Xəbər lenti