Tarantino bütün dövrlər üçün ən yaxşı 11 filmin adını çəkdi
Məşhur amerikalı kinorejissor Kventin Tarantino ən çox sevdiyi filmlərin siyahısı açıqlayıb. O, bütün dövrlər üçün xüsusi fərqləndirdiyi 11 kino nümunəsinin adını çəkib.

Bizimyol.info xəbər verir ki, Tarantinonun siyahısına Sercio Leonenin “Yaxşı, pis, qəddar” filmi başçılıq edir. O, ümumiyyətlə, bu rejissor haqda yüksək fikirdə olduğunu gizlətməyib: “Leone müasir kino sənayesinə yolu göstərən adamdır. Siz Leonenin yanından keçmirsiniz, siz Leonedən başlayırsınız”.

Tarantinonun siyahısına daxil olan qalan 10 film bunlardır: “Çənələr”, “Qahirə yolu üzərində beş məzar”, “Yalnız sizin”, “Kerri”, “Pandora qutusu”, “Ölümün beş barmağı”, “Onun sevgilisi Cümə”, “Taksi sürücüsü”, “Dəlik”, “Rio Bravo”.

Tarantino mayda “Sosial şəbəkə”ni son onilliyin ən yaxşı filmi adlandırmışdı. Amerikalı rejissor “İrlandiyalı”nın, “Tələ”nin, “Doktor Yuxu”nun keçən ilin ən yaxşı filmləri olduğunu da söyləmişdi.

Dünyapress TV

Xəbər lenti