Aktrisanın canlandırdığı obraz gerçək oldu: 80 yaşlı kişiyə ərə getdi - FOTO
Türkiyədə yaşayan ailəsinin bu evlilikdən xəbərdar olmadığı deyilir

Türkiyəli tanınmış aktrisa Məltəm Miraloğlu ikinci dəfə ailə həyatı qurub.

AzNews.az xəbər verir ki, 32 yaşlı aktrisa 80 yaşlı ABŞ vətəndaşı ilə gizlin evlənib.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-10_1570537852_2.jpg
Patrickle adlı zəngin iş adamı ilə evlənən aktrisanın ingilis dili təhsilini davam etdirdiyi və həyat yoldaşının onu hər gün son model maşını ilə apardığı bildirilir.

Xatırladaq ki, Məltəm Miraloğlu 2016-cı ildə həmkarı ilə evlənib, 2017-ci ildə boşanmışdı.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-10_1570537853_3.jpg

Türkiyədə yaşayan ailəsinin və yaxınlarının bu evlilikdən xəbərdar olmadığı deyilir.

Qeyd edək ki, "Həyat davam edir" (Hayat Devam Ediyor) serialında 15 yaşlı Həyatı canlandıran aktrisa elə həmin ekran işində də 70 yaşlı adamla zorla evləndirilir. Aktrisanın yaxınları onun 8 il əvvəl oynadığı rolu real həyatda yaşadığını deyib.

Dünyapress TV

Xəbər lenti