“Dedilər yaşamaq istəyirsənsə...” – Zəlzələdən şoka düşən xalq artisti
Xalq artisti Naibə Allahverdiyeva Türkiyədəki müalicəsi başa çatdıqdan sonra vətənə qayıdıb.
"Yeni Sabah" xəbər verir ki, aktrisa ARB telekanalının "Elgizlə İzlə" verilişinin qonağı olub.

O, İstanbulda müalicə zamanı baş verən zəlzələdən danışarkən şoka düşdüyünü deyib: "Zəlzələ baş verəndə klinikadan təzə gəlmişdim. Çay içdim, üzümü yudum. Yoldaşım da mətbəxdə idi. Bir də gördüm ki, yer ayağımın altından sağa-sola getdi. Sonra çılçıraq da tərpəndi. Şoka düşdüm yerimdən tərpənə bilmədim. Yoldaşım gəldi dedi ki, qorxma gəl. Ayağa durandan sonra gördüm ki, millət çöldədir. 6 ay sonra yenə həkimə getməliyəm. Həkimim deyir ki, damarlarım daralıb. Nə olursa olsun, mənə əsəbiləşmək olmaz. Hər şeyin mənbəyi stressdir. Yaşamaq istəyirsənsə əsəbiləşməməlisən".

Dünyapress TV

Xəbər lenti