Ardını oxu...
Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu dəyişə bilmir.. Təhsilimizin səviyyəsi ilə bağlı uzun-uzadı yazmaq üçün təhsil sahəsində ekspert olmağa ehtiyac yoxdur. Hətta sıravi vətəndaşlar da təhsil sahəsində baş verən problemlərdən xəbərdardır. Heç uzağa getməyək, bir neçə gün öncə məktəblərdən birinin qadın müəllimi az qala üsyan elədi. Belə ki, sən demə, məktəbin tualeti yoxdur. Şagirdlər, müəllimlər öz təbii tələbatlarını ödəmək üçün getməyə məkan tapmırlar. Xanım müəllimə, haqlı olaraq uşaqlara müraciət etdi ki, məktəbdə tualet olanadək dərsə gəlməyin. Və bu müraciəti sosial şəbəkədə paylaşdı. Bəlkə də son illər Azərbaycanda bu qədər izlənən xəbər olmamışdı. Və yazılan rəylər də dəhşətli idi. Doğrudan da, vəziyyət gör hara gəlib çatıb ki, məktəbin adi sanitar qovşağı, tualeti, el dilində desək subaşısı yoxdur. Bu etirazdan sonra nə baş verdi..? Müəlliməyə töhmət verdilər. Və sonra Elm və Təhsil Nazirliyinin rəhbərliyi həmin rayondakı məktəbə gedərək söz verdilər ki, yaxın zamanda məktəbdə tualet tikiləcək.
Görəsən, yaxın zaman deyəndə Təhsil Nazilriyi hansı vaxtı nəzərdə tuturdu..? Yaxşı, o vaxtadək bu uşaqlar və müəllim heyyəti özlərini rahatlamaq üçün hara getsin, bəs yazıq müəllimlər neyləsin..? Kişi müəllimlər harasa, divarın dibinə-zadına nəsə…bəs qadın müəllimlər..?
Bunu yazmaqda məqsədimiz odur ki, Azərbaycan təhsili, ölkə məktəbləri bərbad, biabırçı durumdadır..? Onda sual olunur ki, bəs dövlətin məktəblərə ayırdığı milyonlar kimlərin cibinə gedir..? Bir tualet tikdirmək bu qədərmi bahadır..? Nə isə, əsas və konkret mövzumuzdan yayınmayaq.
Söhbət Füzuli təhsilindən, daha doğrusu, Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovadan gedir. Yeri gəlmişkən, Ramella Məmmədovadan öncə Füzuli Təhsil Şöbəsində 400 min manatlıq yeyinti olmuşdu, ona görə sabiq müdir vəzifəsindən uzaqlaşdırıldı və onu Ramella Məmmədova əvəz elədi. Hamı düşünürdü ki, yəqin ki, Füzuli təhsilində müsbət dəyişikliklər olacaq. Amma atalar demiş, sən saydığını say, gör, Ramella nə sayır… Ramella hər şeydən öncə məktəblərin həyətyanı sahəsində otlayan qoyunları, quzuları, inəkləri, danaları və s sayır. Oxucular düşünə bilər ki, biz zarafat edirik, məgər məktəb örüş yeridir..?
Bəli, biz əbəs yerə yazmadıq. Ramella Məmmədova üçün məktəb təkcə örüş sahəsi deyil, həm də, rüşvət və korrupsiya bostanıdır. Belə ki, Ramella Məmmədovanın tabeçiliyində olan məktəb sahələrində qoyun-quzu, inək-buzov sürüsü otlayır. Və Ramella da bunun əvəzində hər ay məktəb direktorlarından pul alır. Həə, az qala onu unutmuşduq. Ki, Ramella müdir olan kimi açıq şəkildə deyib ki, qohumum 200 min manat verib məni bu vəzifəyə gətirib, mən pulumu tez bir zamanda çıxartmalıyam. Bəli, Ramellanın tabeçiliyində olan bəzi məktəblərdə tualet yoxdur. Ramella məktəb direktorlarına deyib ki, məktəbdə pullu tualet tikdirin, gündə bir dəfə getmək pulsuz, iknci dəfə pullu olsun, yəni limit qoyun.
İndi gördünüzmü, Ramella Məmmədova qohumunun verdiyi 200 min manatı necə çıxartmaq istəyir..? Ramellanın tabeçiliyində olan 82 məktəbdən uzun-uzadı bəhs etmək istəmirik. Çünki çox vaxt aparar. Bizdən əvvəl Azərbaycan mediasında yuxarıda qeyd olunanları və indiki fikirləri, yəni Ramella Məmmədovanın məktəb direktorlarından hər ay yığdığı pul, satdığı idman avadanlıqları, keçirdiyi saxta tenderlər, aldığı “otkat” barədə yazılıb. Keçək konkret olaraq Ramella Məmmədovanın diplom məsələsinə.
Bəli, barəsində bu qədər yazılmasına baxmayaraq Ramella Məmmədova bu günədək nə üçün diplomunu çıxardıb ortaya qoymur ki, bilək ki, onun diplomunun rəngi necədir..? Biz hətta Füzuli Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Alı müəllimə də deyirik ki, Ramellanı çağırın diplomunu bircə dəfə göstərsin və məsələ bitsin. Ramella Məmədovanın ən həssas yerlərindən biri də atasının adıdır. Media qurumları nə qədər təkid eləsə də Ramella Məmmədova atasının həqiqi adını demək istəmir. Biz hətta Ramella xanıma Şaumyanı gordan-gora təzsin, Şaumyanın goruna mıx çalaq, Şaumyanın goruna and vermişdik ki, bəlkə atasının adını açıqlaya…
Oxucular düşünə bilər ki, erməni Şaumyanın Ramellaya nə dəxli ola bilər..? Ağlınıza qara-qura fikirlər gəlməsin. Sadəcə, Ramella Məmmədova cavan çağlarında Şaumyan sevdalısı olub. İndi nə qədər qocalsa da, hər gecə yuxuda Şaumyanı görür. Yuxunun yozması sizdən, hörmətli oxucular. //gundelik-baku.com//
Ardını oxu...
TEREF.AZ yazır ki, 7 fevral 1940-cı ildə Hatti MakDaniel Oskar qazanan ilk qaradərili aktrisa oldu. Hatti heykəlciyi "Küləklərin apardığı" filmində ikinci planda qadın roluna (Mammy) görə layiq görülüb. Heç kim belə bir zəfər gözləmirdi, çünki iki ay əvvəl aktrisanı "Küləklərin apardığı" filminin premyerasına belə buraxmadılar: o və digər qaradərili aktyorlar dəvətlilər siyahısından silindi. Clark Geyble McDaniel-ə qarşı olan bu haqsızlığa qarşı mübarizə apardı və premyeranı boykot etməklə hədələdi, lakin aktrisa onu qalmaqal etməməyə inandırdı.
Hatti 1895-ci ildə keçmiş qul ailəsində anadan olub. Uşaqlıqdan səhnədədir: atası uşaqları ilə birlikdə çıxış etdiyi bir şou təşkil etdi.1920-ci illərin əvvəllərində Hatti qaradərili musiqiçilər ansamblında oxumağa başladı və sonra onu Denver radiosunda mahnılarını ifa etməyə dəvət etdilər. O, Amerika radiosunda mahnılarını ifa edən ilk qaradərili müğənni idi. 1930-cu illərin əvvəllərində MakDaniel 30 filmdə çəkilib. “Küləklərin apardığı" filminin çəkilişləri başlayanda Hatti artıq Hollivudda kifayət qədər tanınmış və axtarılan aktrisa idi. O, Clark Gable ilə dost idi və onun tövsiyəsi ilə Mammy rolunu aldı, baxmayaraq ki, rəqiblərinin sayı Scarlett roluna iddiaçılardan az deyildi.
Deyilənə görə, hətta Eleanor Ruzvelt də bu rolda qulluqçusununin çəkilmək istəyi ilə rejissora müraciət etdi, lakin MakDaniel buna baxmayaraq Mammy oldu.
Şəkildə əfsanəvi filmdən kadr və kubokla Hatti göstərilir. Yeri gəlmişkən, MakDaniel 300-dən çox filmdə rol alıb, lakin onların əksəriyyətində onun adı hətta kreditlərdə göstərilməyib.
Ardını oxu...
Teref.az
 
Ardını oxu...
İqlimşünaslar belə nəticəyə gəliblər ki, ilk vahid Şumer dövləti olan Akkad İmperiyası 4200 il əvvəl şəhərləri su ehtiyatlarından tamamilə məhrum edən güclü quraqlıq və qum fırtınaları səbəbindən qəfil dağılıb.
İngiltərənin Oksford Universitetindən Stacy Carolin və komanda; ABŞ Milli Elmlər Akademiyasının nəşr etdiyi PNAS jurnalında dostlarının dərc etdiyi məqalədə aşağıdakı ifadələr yer alıb:
“O zaman biz çoxdan şübhələnirdik ki, iqlim fəlakəti eyni vaxtda təkcə şumerləri deyil, həm də qədim Hindistan və Misir sivilizasiyalarını məhv edib. Ancaq Qırmızı dəniz sahillərində və Oman körfəzində tapdığımız bəzi ziddiyyətli qalıqlardan başqa, buna dair başqa sübutumuz yox idi”.
Ardını oxu...
Kral Sarqonun Mesopotamiyada Şumer şəhərlərini birləşdirərək qurduğu güclü məmur mexanizmi ilə idarə olunan Akkad İmperiyası, dövrünün ən güclü 'super dövlətlərindən' biri sayılsa da, qurulduqdan cəmi 200 il sonra dağıldı. . Paytaxt Akkad şəhəri izsiz yoxa çıxıb.
Bu parçalanmanın səbəbləri uzun müddətdir tarixçilər arasında mübahisə mövzusudur.
Bəzi tədqiqatçılar Mesopotamiyadakı köhnə nizamın tərəfdarlarının mərkəzi hökumətdən kifayətlənmədiyini düşünərək Sarqon və onun övladlarına qarşı müharibə elan etdikləri halda,
başqa bir hissəsi bu qüdrətli dövlətin süqutunu köçəri qutiların basqınları ilə əlaqələndirir.

İqlim Dəyişikliklərinin Səbəb Olduğu Quraqlıq Akkad İmperiyasının Sonunu Hazırladı
Ancaq bir müddət əvvəl bəzi tarixçilər, iqlimşünaslar və geoloqlar Şumer sivilizasiyasının fəlakətinin insanın əlində olmadığını iddia edirdilər. Bunun iqlim şəraiti ilə bağlı olduğunu dilə gətirməyə başladı. Çünki həmin bölgənin qonşusu olan Suriyada aparılan qazıntılar eramızdan əvvəl 2200-cü illərdə Yaxın Şərqdə güclü quraqlıq dalğasının başladığına və faktiki olaraq bütün böyük şəhərləri yerlə yeksan etdiyinə dair güclü ipuçları verdi.

İranın şimalındakı Dəmavend şəhəri yaxınlığındakı mağarada son 5000 il ərzində əmələ gələn stalaktitləri araşdıran Kerolin və onun komandası quraqlığın həqiqətən də imperiyanın məhvinə səbəb olduğuna dair birbaşa dəlillər tapdılar.
Ardını oxu...
Çünki mağara Akkad İmperiyasının şimal bölgələrinin yaxınlığında yerləşirdi, tədqiqatçılar
O, səltənətinin dağılması ilə üst-üstə düşən iqlim şəraitini aydın şəkildə bərpa etdi. Məlum olub ki, Mesopotamiyanın ilk “super dövlətini” məhv edən faktor həqiqətən də iqlim olub.

Çünki tədqiqatçılar; O, 4,26 min il əvvəl stalaktitlərin böyüməsinin kəskin şəkildə yavaşladığını və yağıntıların səviyyəsinin kəskin şəkildə azaldığını aşkar etdi.

Araşdırmalara görə, böyük quraqlıq 300 ildən çox davam edib və onun sonu Mesopotamiyanın yenidən doğulması və Babilin yaranması ilə eyni vaxta təsadüf edib.
Beyinsiz Çocuq
Teref.az
 
Ardını oxu...
Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov 77 yaşında vəfat edib.
Bu barədə tanınmış teleaparıcı Hacı Nuran məlumat verib.

O, sənətkarın ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil alıb. İlk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamıq məktəbində alıb. Sonra o Stroqanov Rəssamlıq məktəbində və 1969-1975-ci illərdə Moskva poliqrafiya institutunda öz təhsilini davam etdirdi. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri – Nardaran, Buzovna, Zağulba, Maştağa, Mardakan və başqaları buna misal ola bilər.

1987-ci ildə Fərhad Xəlilov Azərbaycanın rəssamlarının İttifaqının sədri seçilmiş, bu yaradıcılıq birliyinə rəhbərlik edir. Rəssamın əsərləri dəfələrlə qoyulurdu necə keçmiş SSRİ ölkələrində, Avropada, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilib. 2006-cı ildə Azərbaycanın xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə "Şöhrət" və "Şərəf" ordeniylə mükafatlandırılıb.

Aııah rəhmət eləsin!
 
 
 
Посмотреть эту публикацию в Instagram

Публикация от Haci Nuran official (@hacinuran)

 
 
Ardını oxu...
XIII əsr Azərbaycan şairi İzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb.

Teref.az xəbər verir ki, bu barədə folklorşünas alim, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil özünün sosial şəbəkə hesabında məlumat verib.

“Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər”, – o qeyd edib.

Qeyd edək ki, İzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir./apa
Ardını oxu...
 
Ardını oxu...
Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa Moiseyevna Koremanın ailəsində dünyaya gəlib.

Lütfi Zadə riyaziyyatçı, kompüter alimi, elektrik mühəndisi, süni zəka araşdırmaçısı və Kaliforniyadakı Berkeley Universitetində kompüter elmi üzrə əməkdar professor idi.

O, elm aləmində ən çox qeyri-səlis riyaziyyatın, qeyri-səlis əlaqəli məfhumlardan ibarət olmasını irəli sürməsi ilə tanınıb.

Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb, sonradan o, ailəsi ilə birgə Tehrana köçüb.

1942-ci ildə Tehran Universitetindən məzun olub və bir il sonra ABŞ-a gedib. 1944-cü ildə MİT-ə daxil olub və adını Lütfi Əsgər Zadə kimi dəyişib.

1946-cı ildə isə o, Columbia Universitetinə doktorluq dərəcəsi üzrə tələbə kimi daxil olub. Bu vaxt onun ailəsi artıq New York şəhərinə yerləşmişdi.

O, 1949-cu ildə həmin universitetdə elektrik mühəndisliyi üzrə doktorluq dərəcəsi alır və bir il sonra professor yardımçısı kimi çalışır.

Zadə Columbia Universitetində 10 il dərs deyib. 1957-ci ildə professor kimi fəaliyyətə başlayıb, 1959-cu ildən ömrünün sonunadək California-dakı Berkeley Universitetində dərs deyib.

Onun məhşurlaşdıran qeyri-səlis məntiq nəzəriyyəsini isə 1973-cü ildə irəli sürüb.

Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.

Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib. Lütfi Zadə həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub.

Alim sentyabrın 6-da 96 yaşında California-da vəfat edib, vəsiyyətinə uyğun olaraq nəşi Azərbaycana gətirilərək birinci Fəxri xiyabanda dəfn edilib.
Teref.az
 
Ardını oxu...
“Biz 25 il əvvəl “Titanik”i çəkdik. Filmi mümkün qədər inandırıcı etmək səylərimizə baxmayaraq, pərəstişkarlar Cekin ölümünü qəbul edə bilmədi. Təkid edirlər ki, Cek Rose ilə birlikdə üzən sala çıxsaydı, sağ qala bilərdi.

Publika.az xəbər verir ki, bu sözləri filmin rejissoru Ceyms Kemeron 5 fevralda "NatGeo" kanalında yayımlanacaq sənədli filmin anonsunda deyib.

Bu məsələni birdəfəlik bağlamaq üçün rejissor dəri rəngi Di Kaprio və Keyt Uinsletin qəhrəmanları ilə üst-üstə düşən iki kaskadyordan kömək istəyib. Onlar soyuğun insan orqanizminə təsirini tədqiq edən doktor Cim Kotterin Yeni Zelandiyadakı laboratoriyasında aparılıb. Bədənləri 35 dərəcəyə qədər soyudulan iştirakçılar batan gəminin surəti ilə birlikdə hovuza yerləşdirilib. Kemeron həmçinin kaskadyorları Rouzun sal üzərinə çıxmazdan əvvəl etdiyi bütün hərəkətlərini təkrarlamağa məcbur edib.

Nəhayət, hər iki kaskadyor üzən dağıntılara qalxa bilib və yalnız ayaqları qismən suya batırılmış vəziyyətdə sabit mövqe tapa bilib. Bundan sonra Kemeron etiraf edib ki, Cek və Rouz xilasedicilər gələnə qədər hələ də bu mövqedə bir neçə saat dayana bilərdilər - bir şərtlə ki, Rouz xilasedici jileti Cekə versin. Eyni zamanda, Kemeron vurğulayıb ki, belə bir nəticənin əldə olunması çox aşağı ehtimaldır və Cek Rouzun həyatını riskə atmazdı.

“Bu gün bildiklərimə əsaslanaraq, heç bir şübhə olmasın deyə, salı daha kiçik edərdim” , - direktor qeyd edib.
 
Ardını oxu...
Çingiz Özgür

“Qasım əmi çubuğunu çıxarıb doldurur. Qasım kişi çaxmağı daşa vurub, qovu basır çubuğa. Uçitel (Qasım kişiyə). Qasım kişi, klas otağında çubuq çəkmək olmaz; heç olmaz. Qasım kişi bir söz demir və çubuğu əlində saxlayıb çəkmir”.

Yazını dahi Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi” pyesindən kiçik bir hissə ilə başlamağımın səbəbini biləcəksiniz. Amma gəlin bir daha xatırlayaq ki, sözügedən əsərdə hadisələr 19-cu əsr Azərbaycanının ucqar bir kəndində baş verir. Danabaş kəndində məktəb açılıb, müəllim gəlib. Ağsaqqallar yığışıb dərsin necə keçirildiyini görməkçün “uşqola” gediblər. Məktəb qaydalarını bilməyən yaşlı Qasım kişini məsələnin hansı tərəfindən baxsan başa düşmək olar. Ələlxüsus da, o yaşda kişi, “uçitel”in bir kəlməsindən sonra qaydaya əməl edir və çubuq çəkmirsə, demək ki, Qasım kişini qınamağa dəyməz.

“Əli Həsənov oğlu Şamxalı “Xəzər TV”yə rəhbər təyin etmişdi. “Xəzər Tv”nin kafesi də Bakının ən bərkgedən restoranları səviyyəsində lüks təmirli, super məkandır. Şamxal işçilərin gözü önündə “Xəzər Tv”nin kafesində qəlyan çəkirdi. Pul verib qəlyandüzəldən tutmuşdu, hər gün işçilərin önündə fıshafıs çəkirdi”.

Hadisə vaqe olur 21-ci əsrdə. Danabaş kəndində “uşqol” açılandan təqribən 3 əsr sonra. Və ucqar dağ kəndində də yox, müasir bir ölkənin paytaxtında, sevimli Bakımızda. Ata ölkənin ən yüksək vəzifələrindən birini tutur, oğluna TV rəhbəri vəzifəsini verib ki, get otur orda, qəlyanını çək. Müasir “Qasım kişinin” (iraq Qasım kişidən) bu hərəkəti barədə keçən gün sosial şəbəkədə həmin kanalın keçmiş əməkdaşı, dəyərli jurnalist Ceyhun Rzayev status yazıb. Qasım kişiyə çubuq çəkdiyi üçün əsəbləşən “uçitel”in müasiri, Ceyhun bəy də eynən “uçitel” kimi əsəbləşib, amma dillənə bilməyib. Çünki dəyişən dövranın fonunda ayaqlar baş olmuşdu. İndi artıq “Qasım kişi” “uçitel”in rəhbəri idi. Və Ceyhun bəy dillənə bilməməsinin səbəbini də səmimi şəkildə yazıb: “O vaxt bunu yazsam, Şamxal məni “moyka”ya sürgün edib, maşınını yuduzdurardı”.

Buradan həm də aydın olur ki, TV rəhbərinin “moykası” da elə TV binasında imiş. Yəqin ki, içəridə müasir saunası, istirahət otaqları filan da olub. Yenə də sağ olsun ki, işçilərin gözü önündə çimmirmiş, nə deyək...

“Media üzərindəki buludlar” söhbətlərini xatırlayırsınız yəqin ki, Əli Həsənov işdən çıxarıldıqdan sonra, kişinin “votsap qrupundan” başını götürüb qaçanların ən çox sevdiyi ifadələrdən biri idi. Dünən bu statusu oxuyandan sonra mən həmin o buludların konkret “Xəzər TV”yə aid olan hissəsininin nədən ibarət olduğun tapmışam. Qəlyanın tüstüsü imiş! Bütün günü “fıshafıs” çəkilən qəlyandan qalxan tüstü, dumana dönüb o boyda televiziyanı ağuşuna alıbmış. Bu qədər sadə.

İndi gələk məsələnin əsas tərəfinə. Amma etiraf edim ki, çox çətin və məsuliyyətli tərəfinə. Elə dediyimiz statusun altında da, dostlardan sual edənlər var idi ki, indi nə dəyişib? Bax bunu deyə bilmək üçün, söhbət konkret bir tv-dən gedirsə, həm yaxşıca araşdırma etmək lazımdır. Yerli tv-ləri az izləməyimizi desək də, hansı kanalda nə baş verirsə, hamısından xəbərdarıq. Dərin araşdırmaya gərək yoxdur, eləcə bir iki adamdan fikir soruşub, internetdə gəzişmək bəs edir. Əgər müsbətə doğru nəsə varsa, mütləq ki, xəbərdar olacaqsan. Di gəl bu yerdə, sübut etməlisən ki, sənin sözügedən televiziyanın rəhbərliyi və işçiləri ilə heç bir yaxınlığın yoxdur. Əks halda deyəcəklər ya qərəz var, ya sifariş. Çox istəyərdim ki, “Xəzər TV”nin hazırkı rəhbəri Murad Dadaşovu televiziya ekranından başqa heç yerdə görmədiyimə and içim, sonra müqayisə aparım, amma ki, yox, mən Murad müəllimi bir dəfə “28 may” tərəfdəki telefon dükanlarından birində yaxından görmüşəm, hətta salamlaşmışam da. Odur ki, geniş araşdırma aparmağa filana da vaxt sərf edən deyiləm, inanan onsuz da inanacaq. Əlqərəz, kim nə deyər, özü bilər, mətləbdən uzaqlaşmayaq.

Mənə bir tanış, bir yaddaşımda qalan hadisə, bircə dənə də internet sorğusu kifayət elədi ki, fikirlərimi yazım. Əvvəlcə “Xəzər”yə tez-tez yolu düşən bir tanışdan soruşdum ki, statusda bəhs edilən kafe indi də dururmu? Durursa, indi necədi vəziyyət? Tanış deyəsən statusdan xəbərsiz idi, heç bilmədi niyə soruşuram. Kafenin yerində olduğunu, istifadə edildiyini söylədi. Və maraqlı bir cümlə işlətdi ki, “İndi o kafedə şəhidlərimizn anım günləri və digər hüzn günləri ilə bağlı ehsan süfrələri açılır”. Mənə əslində qəlyan çəkilməməsi bəs edirdi, əgər vəziyyət belədirsə, lap yaxşı.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə müxtəlif kollektivlərin öz aralarında keçirdiyi şənliklərdən bəzi fraqmentlər sosial mediada yayılmışdı. Bunlardan ən çox bəyəniləni Murad Dadaşovun yerimə əngəlli bir işçisi ilə rəqsi idi. Videodan da görünürdü ki, hər şey çox səmimidir. Hətta bəzi dostlar belə kadrları nəzərə alıb təklif edirdilər ki, “TV-lər süni “yeni il” verilişlərini hazırlamğa vaxt sərf etməkdənsə, öz kollektiv qonaqlıqlarını efirə versələr daha maraqlı olar.” Təbii ki, bu zarafatla deyilmiş bir ifadə idi, amma hər zarafatın içində də doğruluq payı olduğu mütləqdir.

Demək ki, əslində işçilərin gözü qarşısında ediləcək xeyli gözəl hərəkətlər varmış. Örnək olacaq davranışlar var. Bunları etmək əvəzinə, adam niyə ciyərlərinə zülm edib qəlyan çəksin ki? Üstəlik bu merətin tüstüsü illərlə adamı narahat edirmiş, anlaşılan.

Yenə də qayıdaq indiki vəziyyətə. Doğrudan da, “Görəsən o duman təmizlənibmi?” sualına yuxarıda dediklərimə rəğmən, tam cavab tapa bilmədiyimçün, dedim görüm başqa nə xəbər var. “Xəzər Media Mərkəzi” yazıb axtarış verməyimlə, elə dünən mətbuatda gedən bir xəbər çıxdı qarşıma. Mədəniyyət və İncəsənət Universiteti ilə imzalanan memorandumdan bəhs edən xəbərdən belə anladım ki, universitetin tələbələri mərkəzdə işlə təmin olunacaq, o biri tərəfdən də, universitetin mütəxəssisləri ilə mərkəz “media mərkəzinin işçilərinin ixtisas və biliklərinin daha da artırılması üçün” əməkdaşlıq edəcəklər. Nə yalan deyim vallah, xoşuma gəldi. Gənclərə iş, işçilərə isə akademik biliklər veriləcək, çox gözəl. Sevindirici haldır.

İndi deyəcəksiz ki, dünya dağılır, aləm qarışıb bir- birinə. Qonşularımızdakı terror təhlükəsi və müharibə haqda xəbərlər bir başa bizi də təhdid edir. Vəziyyət çox pisdir, doğrudan da dünyada durumlar çox qarışıqdır. Dünya toz-duman içində olduğu bir vaxtda, bir TV kanalından nə vaxtsa qalxan qəlyan dumanı adamı niyə belə narahat etsin ki?

Pafoslu çıxacaxsa, üzr istəyirəm. Amma məncə hərə öz sahəsindəki dumanı yox etsə, bəs edər. Demirikmi ki, hər şey zərrəciklərdən təşkil edilib, demək ki, zərrə-zərrə də düzələ bilər. Bir də ki, yaxşı işlər üçün təşəkkür etmək lazımdır. Bir şirkətdə qəlyandan- ehsana, “nanəli, şit, bayağı” ekrandan, elm ocaqları ilə əməkdaşlığa, “ailə biznesindən” - ailə kanalına qədər yol gedilibsə, bu işdə əməyi olan hər kəsə niyə təşəkkür etməyək ki?

Sözümün canı odur ki, elə təkcə “fıshafısla” qəlyan çəkməmək, nəyə desən dəyər. İşçilərin “moyka” qorxusu da götürülübsə, lap əla!\\Bakupost.az
Ardını oxu...
Həmin qazıda (Şəkil 1) söhbət "Naxçıvan-Van ərazisində vaxtilə mövcud olmuş ƏRMƏN dövlətinin hökmdar" (fərziyyə mənimdir) SƏRDARIN (Naxçıvanın sahibi olduğuna şübhə yoxdur) ona qonşu olmuş Lidia hökmdarı tarixdə ən zəngin kral kimi tanınan KARUNUN (eradan əvvəl 585 – 546) (Şəkil 2) arasında imzalanmış "uzma"dan - sazişdən (kontrakt) gedir. Və bu yazı sübut edir ki, 2600 il bundan qabaq Naxçıvandan taa Van gölünə qədər uzanan ərazi (İribunye-İrəvan, Ani də daxil olmaqla-türkdilli mixi yazıları çoxdur) bizim və Anadolu türklərinin ulu nəsillərinin məskəni olub
İlandağdakı 5 sətrlik uzunxəttli mətnin sonu belə bitir:
"4. Mayanu terhuni Haldiyə ey pulu; uyadi niyə terhuni?
5. Ərdi səbahsı gün Haldiyə, ur (ver) puluni savab Haldiyə,
Sil aya puluni."
Açması:
Bütün mayanı girov qoydu Haldiyə beh pulu kimi,
Axı niyə bütün əlindəki mayanı beh vermişdi* [Sərdar]?
Ərdi (gəlib çatdı) sabahsı gün Haldiyə (Sərdar),
İndi geri aldığın beh pulundan Haldiyə [allah yolunda] savab
pulu sal və sil müqəddəs yer qarşısındakı borcunu.
________________
*Yazının əvvəlindən aydın olur ki, sazişə görə Sərdar Karunnan yəqin ərazi almaq istəmiş, ona beh kimi min "qızıl" vermiş. Karun sazişi pozur, lakin behi Haldi qalasında qaytarır.
***
Ədəbiyyat Haldinini gah Urartu ilahəsi, gah da müqəddəs yer kimi təqdim edir. İlandağ - Culfa - Naxçıvan yazısı sübut edir ki, indiki Türkiyənin Bitlis ilçesində Sübhan dağının ətəklərində var olmuş Haldini (azman xarabalıqları durur) qala-şəhərciyi doğrudan da müqəddəs yer olub. Ancaq Urartu xalqının yox, vaxtilə u ərazidə yaşamış Türkün səcdəyə durduğu məkan imiş. Və u azman məkan ƏRMƏNİN tərkibindəymiş. Coğrafi adı indi "Amenian Plato" adlanan ərazi, əslində, "Armani Plato - Ərmən (Arman) yüksəkliyi)" adlandırılmalıdır! Qədim "Türküstan" adını "Orta Asiya"ya çevirmiş bizə əsəbi dünya, ƏRMƏNİ də Armenia edib bizə qapını bağlayır.
Dediklərimiz tarixi yazılara əsaslanır. Və Bisutin dağındakı abidədə də Daranın öz ağzı ilə təsdiqini tapir.
Həmin Yazıda, bacarıqlı, lakin müstəbid şahın 3 il ərzində işğal etdiyi 22 ölkə siyahısında "ARMİNA" adlı ölkənin də adı keçir.
Onu "Armenia" kimi yozurlar. Amma o demək deyil. Qətiyyən!
Bu, türkcə dediyimiz Ərmən, qədim farscada (Bisutində) Armina kimi gedir.
Ərmən barədə və onun türk torpağı olduğunu Böyük Nizami də (12-ci əsr) "Xosrov və Şirin" (Bakı, Lider nəşriyyatı, 2004) poemasında xüsusi yazır:
"Dərbənd dənizinin* bir sahmanında --*Şübhəsiz Xəzər dənizinin
Bir gözəl ölkə var dağlar yanında.
Şahzadə qadınlar orda hökmran,
Yayılmış qoşunu İsfahancan*. *Deyirsiz Bayatı İsfahan farsındır.
ARRANDAN başlamış ƏRMƏNƏ qədər -
Onun fərmanına boyun əyirlər.
...
ŞƏMİRA* adlanır o göyçək qadın, *Təmiz türk adı-Səmaya yol
Böyükdür mənası bu gözəl adın.
Cürətdə kişidən heç geri qalmır,
Böyük olduğundan Mahin Banudur*. *Epitet Türk qadınınkıdır
...
Gül fəsli yamyaşıl Muğan - yatağı
Yay zamanı yeri ƏRMƏN** torpağı. *Naxçvan-Van torpaqları
...
Bərdənin* havası çox mötədildir, *Aranın mərkəzi
Hər il qış zamanı o bura gəlir.
...
Bu zindana bənzər dünyda ancaq
Qardaşı qızıdır gözünə çıraq.
...
Üzü nəsrin kimi, qoxusu nəsrin,
Dodağı şirindir, adı da ŞİRİN!* (səh. 63-66) *Adı ilə türkdür
İndi Nizamini rus dilinə tərcümə edəndə heç şübhəsiz ƏRMƏNİ Armenia kimi tərcümə edirlər. Mütəxəssislər desin. Ona görə də poemanı rusca oxuyan hər şeyin hazırına nazir hay Bibisinin yanında Dərbənddə, Muğanda, Bərdədə, Aranda, ƏRMƏNDƏ böyüyən ŞİRİNİ erməni kimi qələmə verir.
Halbuki Sasani hökmdarı Pərvizdən (eranın 580-628-ci illəri) və Türk sərkərdəsi Əfrasiyabın qızı Fərəngizdən törəmiş Xosrovun Türk qızına evlənməsini yəqin ki, anası vadar edirdi. Yoxsa u boyda imperiyada gənc Çubin (Qəsbkar) hökmdara qızmı qəhət idi?
Təcavüzkar şah Daranın qeyd etdiyi, `Mən filankəsi (sərkərdəsinin adın çəkir) göndərdim və Armina`anı zəbt etdim` sözlərindəki ölkənin “Armenia” kimi tərcümə edilməsi də tarixin türkə vurduğu digər ağır zərbədir.
İlandağ yazısına görə, Lidiya hökmdarı Qarunla "Haldini uzması (sazişi)" bağlamış Naxçıvan-Ani ərazisinin hökmdarı Sərdar yox idisə və Haldiniyə səcdə etmirdisə, niyə geri aldığı min qızıl pulun hər halda on hissəsini (100-nü!) Haldiyə allah yolunda nəzir verməliydi?
Daradan 200-300 il əvvəl qazılmış İlandağ yazısı ondan elə 200 il də qabaq Ərmənin Türkə məxsus olduğunu açıq deyir. Dara bunu təsdiq edir.
İlandağ yazısındakı qabaqkı 3-cü xətt ANİ-dən danışır, ancaq onu erməni şəhəri kimi təqdim etmir. Əksinə, deyir ki, Karunun sazişi pozması nəticəsində Sərdarın ona endirəcəyi zərbədən Karunun arşını (taleyi) əyiləcək. Və bu Ani əyanlarını coşub daşdıracaq-sevindirəcək. Bu o demək deyilmi ki, Ani Sərdarın tabeliyində olan şəhrədir?
Niyə idari malikanəsi yəqin SƏRDƏRABADDA olmuş türkəsilli SƏRDARIN rəqibi Karunun taleyinin əyilməsinə - yəni Sərdarın qələbəsinə Ani əhalisi sevinməliydi? O əgər haylardan ibarət idisə?
Deməli, 2550-60 il bundan qabaq ƏRMƏN ərazisində onlar yox idilər. Çünki hesab edirlər ki, Ani onların ən ilkin paytaxtı olub:
3. Arşini əyəsü, gör nə əyani ANİ kurnia (çöşar, daşar)!
Hinidistandan Frikiyaya (Balkan), oradan da lap sonralar Ərmənə köçüb gələn hayın aborigen əhalinin ərazi adını mənimsəməsi, müasir Azərbaycanda və indiki Ermənistanda var olan yüzə yaxın Kıpçak Türk-Alban kilsəsinin dədə malı kimi mənimsəməsi - iki uzaq, lakin tamamilə eyni hadisənin ekvivalent təkrarıdır və tarixin və Türkün çox böyük ağlagəlməz səhvdir.
____________________
*"Yay zamanı yeri ƏRMƏN torpağı" (Nizami).
Onu qeyd edim ki, Ərmən torpağı insanın ön sivil dövründən hökmdarların diqqətini çəkib. Van gölü sahilində ilk yurd salıb yayda dincələn ilk şah Babilin birnici hökmdarı NİMRUD olub. Təqribən 12 min il qabaq.
_________________________
Şəkildə - 1. İlandağ türkcə qaysəthi mixi yazısı;
2. Eradan əvvəlin 585-də (6-cı əsr) Əhəməni Kir (Sirus) tərəfindən taxtdan salınmış Lidia imperatoru KARUN. Var-dövlətinin müəyyən hissəsi Türkiyə dövlətinə miras qalıb. Uşak şəhərində muzeydə saxlanılır və nümayiş etdirilir.
3. Əhəməni imperiyasında u yer "Armenia" deyil, Bisutində deyildii kimi, ARMİNA (ƏRMƏN) adlanırdı. O zaman hələ heç haylar Balkandan (əgər orda var idilərsə) şərqə sürüşməmişdilər. Xristian dünyası dizini torpağa bax beləcə bərkidir.
Tariyel Azerturk
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Mərhum türkiyəli müğənni Barış Mançonun həyat yoldaşı Lalə Manço sənətçinin illər əvvəl dediyi vəsiyyətini açıqlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, mərhum müğənninin istəyi “2023” əsərini ifa etməklə bağlı olub.

Həyat yoldaşı onun vəsiyyəti haqqında məlumat verib:

“Barış vəsiyyət edib ki, 2023-cü ildə 80 yaşı olan zaman “2023” bəstəsini simfonik orkestrin müşaiyət ilə ifa etsin. Bu əsər Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunub. Biz bu il ərzində müxtəlif texniki vasitələrlə onu səhnəyə çıxararaq arzusunu reallaşdırmağa çalışacayıq”.

Qeyd edək ki, Barış Manço 2 fevral 1999-cu ildə vəfat edib.
 

Dünyapress TV

Xəbər lenti