Ardını oxu...
"Nahidə Orucovanı məhkəməyə verəcəm"
Jurnalist Şəfəq Ağacan Nahidə Orucovanın iddialarına cavab verib.

O, redaksiyamızla əlaqə saxlayaraq bildirib ki, əməkdar artistin dedikləri şər-böhtandır:

"Nahidə Orucova yalan informasiya yaydığına görə məsuliyyət daşıyır. Onu məhkəməyə verəcəm".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, Nahidə Orucovanın televiziyada səsləndirdiyi müraciəti ilə bağlı araşdırma aparılır.

***

Əməkdar artist Nahidə Orucovanın evindən oğurluq edilib.

"Unikal" xəbər verir ki, bu barədə aktrisa "Təsir dairəsi" verilişində danışıb. Sənətçi gül qabının içinə yığdığı 1650 manatdan çox məbləğin oğurlandığını bildirib:

"On beş gün evdə olmadım, evimə etibar etdiyim bir xanımı buraxmışdım. Ona demişdim ki, yataq otağıma girmə və yad adamı evimə gətirmə".

O, şübhələndiyi şəxsin jurnalist Şəfəq Ağacan olduğunu deyib.

Qeyd edək ki, Şəfəq Ağacan 2019-cu ildə narkotik satarkən həbs olunmuşdu. O, 2021-ci ildə azadlığa buraxılmışdı.

Ardını oxu...
 
 

Azərbaycanın Xalq artisti Ramiz Novruz vəfat edib.

 

Bu barədə mərhumun sənət dostları sosial şəbəkələrdə paylaşım edib. 

Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.

 

XalqXeber.Az
Ardını oxu...
Bu gün Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

APA-nın məlumatına görə, bu çərşənbə ilə Novruz bayramına hazırlıqlar başlanır. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti ifadə olunur.

Bu çərşənbəni "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirilir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır. Xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Su təmizlik və saflıq rəmzi, həyatın başlanğıcı sayılır. Bu çərşənbə süfrəyə təmiz su qoymaq və ailə üzvlərinin ondan içməsi məsləhət görülür.

Qeyd edək ki, Od çərşənbəsi 28 fevral, Yel çərşənbəsi 7 mart, torpaq çərşənbəsi 14 martda qeyd olunacaq.

Azərbaycana yaz fəsli 21 martda Bakı vaxtı ilə saat 01:24-də daxil olacaq.
 
Ardını oxu...
Türkiyənin Hatay vilayətinin Antakya rayonunda dağıntılar altındakı binalardan gələn piano səsləri izləyənlərə “Pianoçu” filmini xatırladıb.

Bu görüntülər sosial şəbəkədə gündəm olub.

Hatayda dağıntılar arasından yüksələn piano sədaları izləyənləri duyğulandırıb. Müəllim olan Ozan Can Alkaya dağılan məktəbdə piano arxasına keçib. O, Erik Satyenin “Gnossienne 1 notes” əsərini ifa edib.

 
 
 
Ardını oxu...
Nə qədər ki, ölkədə haqsızlıq, qanunsuzluq, rüşvət, korrupsiya meydan sulayacaq , o qədər də bədbəxt olacağıq, səmimiyyət olmayacaq, milli-mənəvi böhran dərinləşəcək, yalan, yaltaqlıq və riyakarlıq ətrafı bürüyəcək, xırda və ya yekə oğurluqları sığortalamaq üçün süni vətənşüvənlik, dilşüvənlik, millətşüvənlik təmayülləri baş alıb gedəcək...
Nəşriyyat direktoru Şahbaz Xuduoğlunun yanlış fikri haqlı narazılıqlara səbəb olsa da, əslində, təhqirsiz-filansız bir neçə sanballı arqumentlərlə narazılığın bildirilməsi kifayət idi, çünki onun hisslərə qapılıb irəli sürdüyü təklif qətiyyən ağlabatan deyildi və düzü, bunu çox adam heç təklif də saymadı, kitab alveri getməyən naşirin çarəsiz vurnuxmaları kimi səciyyələndirdilər. Bütün hallarda anlaşılmazlığa görə xalqdan üzür istəyəcəyi halda onu başa düşmək olar. Bununla yanaşı nəşriyyat direktorunun söylədiyi fikrə təhqirlərlə cavab verilməsi qəbuledilməzdir.
Təhqirin, hiddətin tək səbəbinin Xuduoğlunun fikri ilə əlaqəlndirilməsi də sadəlövhlük olardı. Onun həyata keçmək şansı sıfır olan təklifi bəlkə də çoxunu maraqlandırmır. Adam əlində yüksək səlahiyyəti olan nazir deyil, deputat deyil, yüksək səlahiyyətli bir administrasiya rəhbəri deyil. Olsa-olsa, ictimai fikrə təsir edə bilərdi, o da alınmadı.
Digər tərəfdən, eşitdiyim qədər şəxsin elə bir ikrahdoğurucu xarakteri, ya fizionomiyası da yoxdur ki, işini-peşəni buraxıb gecə-gündüz ona ikrah edəsən. Adam kitab çap edir, satışından az, ya çox gəlir götürür ki, bu da onun doğal haqqıdır. Yəqin inanır ki, dövlət dilini Anadolu türkcəsi etsək, kitabları yaxşı satılacaq və yaxşı qazanacaq. Buna hətta nəşriyyat direktorunun qazanc sərgüzəştləri, yaxud "bir naşirin nakam arzusu" da demək olar.
Bəs münşirə qarşı bu qədər qəzəb və hiddət nədəndir? Əslində, bu, hiddət üçün səbəb yox, bir bəhanə ola bilər. Sosial zülmdən, haqsızlıqdan cana-boğaza yığılmış insanlar dərdlərini çırpmağa, qəzəblərini ifadə etməyə yer axtarırlar.
Gözlərinin qabağında baş verən haqsızlıqlara etiraz etməkdən qorxub çəkinən zavallılar təhlükəsiz, sadə və ucuz başa gələn bir fürsət axtarırlar ki, özlərini ifadə edib azacıq yüngülləşsinlər. Bu mənada Şahbaz müəllim işə yaradı
Ardını oxu...
Dilimizin bugünkü vəziyyəti eynən eramızdan əvvəl I əsrdəki latın dilinin vəziyyətidir. Eramızdan əvvəl I əsrdə latın dili şimaldan qall, etrusk, cənubdan yunan dilinin mühasirəsində can verdiyi kimi bu gün Azərbaycan dili də şimaldan rus, qərbdən Anadolu türkcəsinin və ingilis dilinin təhdidi altındadır.
Latın dili mühasirəyə təxminən 200 il dözə bildi və bir gün tab gətirməyib hiss olunmadan canını tapşırdı. Görək bizimki nə qədər dözəcək.
Meyxana dilində siyasət!
Meyxana dilində media! (Dünən dövlət qəzetlərinin birində belə bir başlıq oxudum: "Ağcəbədi çörəkli rayondur". Bu, küçə səviyyəli bir meyxana qafiyəsidir).
Dükanlarda ən çox satılan ədəbiyyat meyxana dilində!
Kino meyxana dilində!
Hətta hamının təriflədiyi o serial da, sadəcə, meyxananın dilini və mövzularını seriala gətirdiyi üçün uğur qazandı.
Azərbaycan dilinin rəsmi statusu var: "Dövlət dili". Dilimizin bu acınacaqlı vəziyyətindən vətəndaşlardan daha çox dövlət narahat olmalıdır, çünki ölüm ayağında olan bu dil onun rəsmi dilidir.
Bir şeyi də unutmayaq ki, dillərin xilaskarı da, qatili də uşaqlardı.
Məsələn, etrusk dilini romalılara sevdirən də balaca romalılar idi, unutduran da onlar oldu.

Aqşin YENİSEY - DİA.AZ

Ardını oxu...
İlbər Ortaylının "Azərbaycan türkcəsi dilimizin (Anadolu türkcəsinin) gəncliyidir" fikrini çoxları Azərbaycan türkcəsinə verilən dəyər kimi paylaşır. Bir dilə "gənc" deyirlərsə, o dilin mənsubları bundan qürur deyil, utanc duymalıdırlar. "Gənc dil" nə deməkdir? Yəni o dildə hələ kamilləşmə prosesi getməyib, "həyatı" səhvlərlə doludur. "gənc dil" fikri dolğun ifadə edə bilməyən dil deməkdir. "Gənc dillə" böyük mətləbləri izah etmək olmaz və s.
Dilçilik elminin "atası" sayılan Sössür nitq fəaliyyətini iki yerə ayırır: Dil “langue” və Nitq “parole”. Nitq danışma aktıdır, fərdidir, xəttidir, mexanikidir. Dil nitqin daxili aləmidir, anlayışlar və işarələr sistemidir. Yəni nitq şifahi olandır, dil yazılı olan. Danışa bildiyin nitqindir, yaza bildiyin dilin.
Bir dilin "gəncliyi" onun şifahi mərhələsdir. Azərbaycan türkcəsi məhz bu mərhələdə ilişib qalıb. Nitq (söz) mərhələsindən, dil (anlayış) mərhələsinə keçə bilməyib. Çünki sovet ideoloqları Azərbaycan elmini deyil, ədəbiyyatını cəmiyyətin aparıcı xəttinə çevirdilər. Savadsız fəhlə-kəndli balaları da qalın-qalın poemalar, romanlar yazaraq elitarlaşıb folkloru diriltdilər. Yazılı ədəbiyyatımız belə şifahi nitqin hesabına yaradıldı. Necə ki, həmin işi bu gün meyxanaçılar davam etdirir. Bu gün hər evə soxulmaq imkanı olan Azərbaycan efirinin dili 200-300 sözdən ibarət nitqdir. Azərbaycan tamaşaçısı, oxucusu ona görə rus, Anadolu türkcəsinə şığıyır ki, orada nitq yox, dillə ünsiyyətə girir, sözlərlə deyil, anlayışlarla tanış olur.
Çağın ölüçüləri ilə yanaşsaq, əslində, biz bu gün ölü bir dillə sahibik. Dünyada elə bir xalq yoxdur ki, şifahi nitqi olmasın, amma yazılı dili olan cəmi 78 xalq var.
Beynəlxaq ədəbi mühitdə artıq belə bir fikir hakimdir ki, əgər bir roman ingiliscə yazılmırsa, o bəri başdan roman deyil, ona vaxt ayırmaq olmaz. Çünki çağı ifadə edən əsas dil ingilis dilidir. Dilimiz "gənc" olduğu üçün çağı ifadə etmək imkanlarından məhrumdur.
İnkişaf etmiş dünya çoxdan ideologiyalar dövrünü başa vurub, texnologiyalar çağına qədəm qoyub. Texnologiyalar çağında isə dili ədəbiyyatçılar deyil, mühəndislər, proqramistlər, nə bilim, kiber uzmanlar yaradır.
Siz əgər otuz il ərzində öz uşaqlarınıza öz dilinizdə bircə dənən "Maşa və Medved" kimi cizgi filmi çəkməyibsinizsə, inciməyin, öz vətəninizdə başqa millətlər üçün uşaq böyütmüsünüz.

Aqşin YENİSEY - DİA.AZ
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, ötən axşam Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən bir sıra televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı yardım kampaniyası çərçivəsində ortaq yayım ediblər.

Teref.Az bizim media-ya istinadən xəbər verir ki, qardaş ölkənin bir sıra məşhur simalarının yer aldığı canlı efirə aktyor Kıvanç Tatlıtuğun studiyaya gəlməsi gündəm olub.

Aktyor studiyada əyləşmək üçün bir neçə dəqiqə ayaq üstə qalmalı olub. O, bu müddətdən istifadə edərək önündə əyləşən həmkarları ilə söhbət edib.

Daha sonra özünə yer tapan Kıvança canlı efirdə söz verilib. Tatlıtuğ ölkəsində baş verən təbii fəlakəti bu sözlərlə ifadə edib:

"Başınız sağ olsun. Bu bir fəlakətdir. Həyatım boyunca ürəyim fiziki olaraq bu qədər heç zaman ağrımayıb".

Sənətçinin bu sözlərinə isə aparıcı "Canlı bağlantımız kəsiləcək, lütfən rəqəmi açıqlayın" kəlməsini dilə gətirib.

Həmin anlar isə sosial şəbəkələrdə paylaşılaraq "trend" olub.

Qeyd edək ki, K.Tatlıtuğ birinci dəfə 200 min lirə, ikinci dəfə isə 950 min lirə "AHBAP" dərnəyinə pul köçürüb.

 
 
 
Ardını oxu...
Xəbər verdyimiz kimi, AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən, Folklor İnstitutunun Musiqi folkloru şöbəsi ləğv edilib və bu səbəbdən institutun Elmi Şurasının qərarı ilə “Qorqud” ansamblının da fəaliyyətinə xitam verilib.

DİA.AZ bildirir ki, “Qorqud” ansamblının rəhbəri, Əməkdar artist Nuriyyə Hüseynova Pravda.az-a müsahibəsində AMEA-nın qərarı ilə bağlı etirazını bildirib.

O deyib ki, təkcə Musiqi şöbəsini yox, AMEA-da bir çox qurumları ləğv edirlər: “Niyə ləğv etdiklərinin səbəbini bilmirəm. Bizə, sadəcə deyiblər ki, gəlin hamınız ərizə yazın. Çox üzülürəm. Mən sənət insanıyam, səhnədəyəm, səfərlərim, səhnə, televiziya fəaliyyətim, ictimai insan kimi fəaliyyətim dayanmır. Ansamblda oldum-olmadım, bu, həmişə davam edəcək. Sadəcə, işləmək istəyirdim. Biz yaradıcı insanlarıq, bizim üçün hər yerdə iş də var. Fəaliyyətimiz təkcə ansambldan ibarət deyil ki, deyəm “bağlandı, qaldıq havada”. Xeyr. Məsələ bu deyil. Söhbət ansamblın üzvlərindən gedir, özümü kənara qoyuram. Ansamblın elə üzvləri var ki, gözlərini ordan aldıqları maaşa dikiblər. Birtəhər, zülmlə dolanırlar, toya, şou proqrama getmir, sırf ciddi musiqiyə xidmət edirlər. Onsuz da maaşlar azdır, ansambldan elə yüksək maaş da almırdıq… Bəziləri sənətə yaxşı yaşamaq, maddiyyat üçün gəlir. Gündəlik insanları əyləndirəcək musiqilərlə üzə çıxırlar, insanlar da onlara daha çox meyil edir. Onların qazanc yeri, toyları, tədbirləri həmişə olur. Amma ciddi sənətə xidmət edən insanlar yalnız maaşla dolanırlar. Ansamblın ləğv edildiməsi ilə bağlı qərar veriləndə deməyə söz tapmadım. Dedim ki, artıq sözün bitdiyi yerdir. Bundan sonra necə olacaq, deyə bilmərəm. Xatırlayıram ki, cənab Prezident İlham Əliyev folklor ansambllarının inkişafı ilə bağlı çıxış etmişdi. Həmin çıxışdan sonra bizi V Xarıbülbül Beynəlxalq Folklor Festivalına dəvət etdilər. Bölgələrimizdə fəaliyyət göstərən bir çox folklor ansamblları ilə birgə festivalda çıxış etdik. Möhtəşəm tədbir idi. Xalqın milli-mənəvi sərvəti onun folkloru, milli ənənələri, keçmişidir. Biz bununla varıq. Düşündük ki, bundan sonra fəaliyyətimiz daha gözəl olacaq, irəli gedəcəyik, inkişaf edəcəyik. Amma qışın bu oğlan çağında, insanların dolanışığının çətin vaxtında, bu bahalıqda, iş yeri tapmamış deyirlər ki, ansambl ləğv edildi. Musiqi folkloru şöbəsi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun nəzdinə verildi. Şöbənin işçilərini də ora göndərdilər. Düşündüm ki, yəqin, bizi də göndərərlər. Amma olmadı. Birbaşa dedilər ki, hamı gedib özünə iş tapsın. İşi olmayan da gedib evdə otursun...”

O, ansamblın üzvlərinin AMEA-nın qərarı ilə bağlı müraciət edib-etmədikləri sualına isə belə cavab verib: “Mən demokratik bir insanam. Demokratiyanı anarxiya hesab edən adamları tənqid edirəm. Demokratiya “anarxiya” demək deyil. İnsan kimi demokratiyanı sevirəm. Kiməsə basqı etməyi, kimisə nəyəsə məcbur etməyi sevmirəm. Ayrı-ayrılıqda hər kəsi danışdırsanız, görərsiniz. Hətta İnstitut mənə ayrıca bir otaq da vermişdi, öz otağım idi. Amma mən o otağa bir dəfə olsun, girmirdim ki, özümü rəhbər kimi aparım. Uşaqlara deyirdim ki, biz yaradıcı insanlarıq, sənət adamlarıyıq. Bizim işimiz səhnədir, ortaya gözəl işlər qoymaqdır. Nə rəhbər? Hamımız sənət dostlarıyıq. Həmişə də belə olub. Buna görə də ansamblın heç bir üzvünə deyə bilmərəm ki, etiraz et. Bilmirəm bunun kökündə nə durur. Ola bilsin, AMEA maaş verə bilmir, ona görə ansambl bağlanır”.

N.Hüseynova bildirib ki, “Qorqud” ansamblının öz dəsti-xətti var olub: “Mən işləməyi çox sevirəm. Sənətimi o qədər çox sevirəm ki. 30 ildən artıqdır, ansambl “İrs” adı ilə fəaliyyət göstərirdi. Sidqi Mustafayev pensiyaya gedəndən sonra ansambla rəhbərlik etdim. 2014-cü ildən bu günə qədər ansamblımızın Beynəlxal Muğam Mərkəzi ilə birgə imzaladığımız müqaviləyə əsasən, AZTV-nin də lentə aldığı dövlət tədbirləri, böyük layihələr oldu. Hamısının ideya müəllifi mən idim. Vətən müharibəsində qazandığımız qələbə ilə bağlı ötən il gözəl bir konsert proqramımız baş tutdu. Sonra qazilərimiz, şəhid ailələrimiz üçün bir tədbir keçirdik. Nəsimiyə, Hüseyn Cavidə həsr olunmuş gecə, AXC-nin 100 illiyi ilə bağlı, eyni zamanda “Şuşa İli” çərçivəsində tədbir keçirdik. Bu kimi xeyli tədbirlərimiz oldu. Bilmirəm hansını deyim. Naxçıvanda böyük alim, folklorşünas, 174 növ “yallı” növünü nota köçürən bir insan – Əkrəm Məmmədlinin varlığını belə hiss etməmişdilər. Mən onu Bakıya gətirdim, kitabının təqdimatını etdik, böyük tədbir keçirdik. Uzun illər “İrs” ansamblında fəaliyyət göstərən Mələkxanım Əyyubovanın 60 illik yubileyini qeyd etdik. Sonuncu tədbirimiz Əhməd Cavada həsr olunmuş gecə idi. Bundan sonra növbəti tədbirimiz fevralın 15-də Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bir millət, iki dövlət” tədbiri olacaqdı. Tədbir Mədəniyyət Nazirliyi, AMEA, Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi idi, Türkiyədən gələn sənətçi Orxan Çakmakın dəstəyi ilə keçiriləcəkdi. Türkiyədə baş verən fəlakət səbəbilə tədbir təxirə salındı, fevralın 23-nə keçirildi. Yəqin ki, AMEA-nın adı artıq qeyd olunmayacaq. Türkiyədən də sənətçilər gələcək. Tədbirin proqramına dəyişiklik etdik, şən musiqilər çıxarıldı. Əsas Allah bizə maneə olmasın, bəndənin maneə olması mənim üçün önəmli deyil. Martın 16-na Yunis Əmrə İnstitutu ilə birgə Beynəlxalq Muğam Mərkəzində “Aşıq Veysəl”in gecəsini hazırlayırıq. Bu, mənim işimdir, zövqlə, sevə-sevə edirəm. Əməyimlə, zəhmətimlə buralara qədər gəlib çıxan sənətçiyəm. Amma belə çıxır ki, işləyən adam lazım deyil. Gözləyək…”

N.Hüseynova bildirib ki, Türkiyədə folklor musiqiləri, milli ansambllar həddən artıq çoxdur: “Türk Dünyası ilə bağlı tədbirlərə gedəndə hamısını görürəm. Bir qrupda 70-80 nəfər adam olur. Hamısı da dövlətdən maaş alır. Amma bizdə folklor ansamblı, demək olar, yoxdur. Rayonlarda var, amma dövlət səviyyəsində deyil. Mədəniyyət evlərinin nəzdində olurlar, ya da özəl fəaliyyət göstərirlər. “Qorqud” ansamblı isə sırf dövlətdən maliyyələşirdi. Çox deyildi, bir idi. Kaş belə olmazdı. Heç yaxşı şey deyil. Həmişə deyirsən ki, il ildən daha gözəl olacaq. Biz yaşımızın ən gənc vaxtlarından bu sənətə gəldik. Mən müsabiqədən keçib, ən birinci Heydər Əliyevin göstərişi ilə Bakıya gəlmişəm, ulu öndərin göstərişi ilə Bülbül adına məktəbdə, Konservatoriyada təhsil almışam. Bu boyda əziyyət, təhsil… Həm ailə, ev, uşaq, həm bu sənətin yükü… Çox çətindir. Mən bu yükü üzərimə alıb, çox çətinliklə bu günə qədər daşıyıb gətirmişəm. Düşünmüşəm ki, hər il daha yaxşı olacaq, əməyimə, zəhmətimə dəyər veriləcək. Gözləyə-gözləyə gəldik, müəyyən yaşa çatdıq. Gördük ki, yox, əməyin nə dəyəri, nə qiyməti var. Dünən şou ilə gəlib üzə çıxan, ölkənin mənəviyyatını pozan adamlar səndən qat-qat öndədir. Həm maddi, həm mənəvi – hərtərəfli səndən qat-qat üstün və gözəl yaşayır. Buna görə də insan qəribə hallara düşür ki, əcaba, onda mən nə üçünəm, kimə lazımam? Təkcə özümü nəzərdə tutmuram, mənim kimi xeyli sənət adamı var. Bu insanlara qarşı bu qədər laqeyd, diqqətsiz olmaq olmaz. Bu Vətən bizimdir. 44 günlük müharibədə oğlum, kürəkənim, bacımın oğlu – üç hərbçini Qarabağa, döyüş bölgəsinə göndərmişdim. Oğlum minlərlə yaralı əsgəri səhra hospitalında əməliyyatla həyata qaytarıb. Könüllü gedib, orda can qoyub. Bu ölkənin vətəndaşıdır, borcu idi, getməli idi. Kim hansı sahədə çalışırsa, əlindən gələni bu Vətən, millət, dövlət üçün etmək onun müqəddəs borcudur. Buna görə heç kimə təşəkkür düşmür. Bütün terror, xoşagəlməz hadisələr, zəlzələlər və s. niyə müsəlman ölkələrindədir? Niyə xristian ölkələrində baş vermir? Gəlin, bəzi şeyləri özümüzlə əlaqələndirək. Görək, “Quran”da yazılanlara, İslamın qaydalarına müsəlman ölkələrində nə dərəcədə əməl olunur? Əməl olunsaydı, Türkiyə kimi dindar bir ölkədə - ideal saydığımız Türkiyə dinə daha çox riayət edir – insan oğlu Allahın tövsiyyə etdiyi dürüstlüyə əməl edirmi? Etsəydi, bu faciə niyə yaşanırdı? Yerlə-yeksan oldu. Niyə? Göydən yerə gələn, toz olan binalar... Həlak olan dörd tələbəmizə baxanda ürəyimin yağı əriyir. Bacardığım qədər Vətənimə, mədəniyyətimə xidmət edirəm. Amma baxıram ki, bu qədər fəaliyyətimiz var, ölkəmizə sevgimiz, sayğımız… Görürəm ki, heç biri qiymətdə deyilmiş…”
Ardını oxu...
“Biz telekanalda ştatda olan işçisiyik. Verilən açıqlamada isə bizi kənar müəllif” adlandırıblar. Məsələ sadədir. Videomüraciət yayımlandı. Sabahı isə işdən dərhal verilişin bağlandığı deyildi. Amma indi özləri də narahat olublar. Çünki ölkə rəhbərinin bu videomüraciətə müsbət cavab verəcəyi ilə bağlı xəbərlər dolaşır”.

Gununsesi.info bildirir ki, bu sözləri bir neçə gün əvvəl Prezident İlham Əliyevə dublyaj sahəsində mövcud problemlərlə bağlı müraciət edən aktyor, aparıcı, Kamal Yaşar bildirib.

O bildirib ki, bu gün AZTV-nin kadrlar şöbəsinə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı müraciət etsə də bunu etməyiblər: “Mən hazırda şöbəsindən gəlirəm. Dedim ki, gətirin qol çəkim xitam müqaviləsinə. Dedilər yox, gözləyin, bir şey var onu araşdıraq. Yəni TV-nin bu absurd qərarı tələsik və mənasızcasına verilib”.

K.Yaşar bildirib ki, sabah Mədəniyyət Nazirliyi onu görüşə dəvət edib. “Ona görə tv də etdiyinin yanlış və tələsik qərar olduğunu anlayır”.

Aparcı bildirib ki, AZTV sədrinin iddia etdiyi kimi deyil: “Biz bu ayın verilişlərini çəkmişik. Hətta Xocalı faciəsinin ildönümü ilə bağlı kanalın tələb etdiyi verilişi də çəkmişik, ayın 25-i efirə getməli idi”.

O, daha sonra AZTV-nin əməkdaşı olmasını təsdiq edən vəsiqənin fotosunu paylaşıb.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti