Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina etdi
"Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir. Bir çox iş adamlarıdan aldığım məlumata görə yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib, özündən yeni sxem icad edib".


Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.


"Sadə dildə izah etməyə çalışım: Məsələn, Kamal dayı mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük deyir ki, mən bu qaiməyə inanmıram, həm də Kamal dayının gətirdiyi mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam. Kamal kişi deyir, a kişi, atan yaxşı, anan yaxşı, bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı. Gömrük də cavab verir ki, bunun mənə dəxli yoxdur, uzaq başı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm. Kamal dayı məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir, Kamal kişi bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən Gömrüyün yeni qaimə qiyməti malın üzərinə gələndə mayası 16 manat olur, Kamal kişi məcbur olub malını topdan 18 manata satır, o zamanda malın pərakəndə qiyməti artıq 20 manata qalxır.
Hə, indi məsəlğnin ardı da var axı, gələn ay eyni malı Kamal kişi yenə sifarış edib gətirir, adamın işi budur, gəlir Gömrüyə, ona deyirlər ki, qaiməni boş ver, baxdıq bazara, satış qiyməti artıq 18 deyil, 20 manatdır, deməli 19 manatdan rəsmiləşdirəcəyik. Bax beləcə Gömrük spiralvari qiymət artımına təkan verir, sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə hər ay çıxıb deyir ki, biz daha çox pul yığmışıq, elə bil ayaqqabı istehsal edib pul qazanırlar, yığdıqları hər manatın son ödəyicisi bizik - vətəndaşlardır..." - N.Cəfərli qeyd edib.

Bölmənin digər xəbərləri

12 Aprel 2021 AZAL-ın biletləri təyyarələrindən daha yüksəkdə uçur – QİYMƏTLƏR HAVALANIB
12 Aprel 2021 Sirri ortaya çıxdı! Bill Geyts pulunu baxın hara yatırdır?
11 Aprel 2021 Türkiyəni qlobal gücə çevirəcək LAYİHƏ: - İstanbul kanalının geosiyasi əhəmiyyəti...
11 Aprel 2021 Qod Nisanovun Xaçmazdakı aqrokompleksi niyə yarımçıq qalıb? – FOTOLAR
10 Aprel 2021 Pul söhbəti üç qurumu “üz-üzə” gətirdi
10 Aprel 2021 "Alibaba" şirkəti inhisarçılığa yol verdiyinə görə 2,78 mlrd. dollar cərimələnib
10 Aprel 2021 Gömrük Komitəsi 1,1 milyard xarici valyutanın Azərbaycandan çıxarılması haqda
09 Aprel 2021 Dünyanın 10 ən varlı ərəb biznesmeni - SİYAHI
08 Aprel 2021 Azərbaycana meyvə-tərəvəz idxalı niyə kəskin artıb? - Toy yox, restoranlar bağlı...
07 Aprel 2021 “Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...
06 Aprel 2021 Nazirlər Kabineti aksiz dərəcələrinə niyə dəyişikliklər etdi?
06 Aprel 2021 Yeni proqnoz: Dünya Bankı Rusiyanın başqa ölkələrə nisbətən tez dirçələcəyini təxmin edir
06 Aprel 2021 Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?
05 Aprel 2021 Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
05 Aprel 2021 Postpandemiya dövrünün dövlətləri: KİV-in proqnozu
05 Aprel 2021 Türkiyə Montrö razılaşmasından çıxır?
04 Aprel 2021 Milyarderlər pandemiya dövründə 4 trilyon qazandı
04 Aprel 2021 OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür
04 Aprel 2021 Paytaxt bölgələri “yeməyə” davam edir – Həm də toxqarına
03 Aprel 2021 Manatın qonşu ölkə valyutalarına nisbətən bahalaşması iqtisadiyyata necə təsir edir? - TƏHLİL

Dünyapress TV

Xəbər lenti