Nazirlər Kabineti aksiz dərəcələrinə niyə dəyişikliklər etdi?
Nazirlər Kabineti (NK) 87 və 88 №-li qərarlarına dair izahat verib.

NK-dan virtualaz.org-a bildirilib ki, 2021-ci il 23 fevral tarixində Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul olunub və Məcəllənin 164-cü, 188-ci və 190-cı maddələrində dəyişikliklər edilib. Bu dəyişikliklər əsasən (164-cü maddə) ƏDV-dən azadolmaların müddətinin uzadılması, aksiz vergisindən azadolma (188-ci maddə) və aksizli malların siyahısına və vergi dərəcələrinə dəyişiklik edilməsini əhatə edib.

Vergi Məcəlləsininnin 164-cü maddəsinə 164.1.54-cü maddə əlavə edilib və qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalı 01.01.2021-ci ildən 3 il müddətinə ƏDV-dən azad edilib.

Vergi Məcəlləsininnin 188-ci maddəsinə edilmiş dəyişikliklə idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 01.01.2021-ci ildən 3 il müddətinə aksiz vergisindən azad edilib.

Vergi Məcəlləsininnin 190-cı maddəsinə edilmiş dəyişikliklə aksizli malların siyahısı genişləndirilib, istehsal məqsədli istisna olmaqla, müxtəlif tütün məhsulların aksiz vergisinin dərəcələri artırılıb.

Bu dəyişikliklərdən irəli gələrək Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər edilməsinə zərurət yaranıb.

Müvafiq uyğunlaşdırmanın aparılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin qərarlarında dəyişikliklər öz əksini tapıb.

Məlum olduğu kimi, iqtisadi mahiyyətinə görə aksizlər bir tərəfdən yüksək rentabelli məhsul istehsalından əldə edilən əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə tutulması, digər tərəfdən isə sosial cəhətdən zərərli malların istehlakının məhdudlaşdırılması məqsədilə tətbiq edilir. Bu baxımdan qeyri-infeksion xəstəliklərin əsas risk faktorları olmaqla yanaşı, əhalinin orta ömrünü qısaldan və həyat keyfiyyətini aşağı salan tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcələrinin artırılması məqsədəuyğun hesab edilib.

Bölmənin digər xəbərləri

12 Aprel 2021 AZAL-ın biletləri təyyarələrindən daha yüksəkdə uçur – QİYMƏTLƏR HAVALANIB
12 Aprel 2021 Sirri ortaya çıxdı! Bill Geyts pulunu baxın hara yatırdır?
11 Aprel 2021 Türkiyəni qlobal gücə çevirəcək LAYİHƏ: - İstanbul kanalının geosiyasi əhəmiyyəti...
11 Aprel 2021 Qod Nisanovun Xaçmazdakı aqrokompleksi niyə yarımçıq qalıb? – FOTOLAR
10 Aprel 2021 Pul söhbəti üç qurumu “üz-üzə” gətirdi
10 Aprel 2021 "Alibaba" şirkəti inhisarçılığa yol verdiyinə görə 2,78 mlrd. dollar cərimələnib
10 Aprel 2021 Gömrük Komitəsi 1,1 milyard xarici valyutanın Azərbaycandan çıxarılması haqda
09 Aprel 2021 Dünyanın 10 ən varlı ərəb biznesmeni - SİYAHI
08 Aprel 2021 Azərbaycana meyvə-tərəvəz idxalı niyə kəskin artıb? - Toy yox, restoranlar bağlı...
08 Aprel 2021 Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina etdi
07 Aprel 2021 “Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...
06 Aprel 2021 Yeni proqnoz: Dünya Bankı Rusiyanın başqa ölkələrə nisbətən tez dirçələcəyini təxmin edir
06 Aprel 2021 Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?
05 Aprel 2021 Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
05 Aprel 2021 Postpandemiya dövrünün dövlətləri: KİV-in proqnozu
05 Aprel 2021 Türkiyə Montrö razılaşmasından çıxır?
04 Aprel 2021 Milyarderlər pandemiya dövründə 4 trilyon qazandı
04 Aprel 2021 OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür
04 Aprel 2021 Paytaxt bölgələri “yeməyə” davam edir – Həm də toxqarına
03 Aprel 2021 Manatın qonşu ölkə valyutalarına nisbətən bahalaşması iqtisadiyyata necə təsir edir? - TƏHLİL

Dünyapress TV

Xəbər lenti