Nazirliyin tender maxinasiyası:
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi 26 fevralda mobil mühafizə məntəqələri və it yeminin satınalınması müsabiqələrinə yekun vurub.

Qaynarinfo xəbər verir ki, ümumi məbləği 422 min manat olan iki tenderin qalibləri "Kamiloğlu” və "Metro İnvest” MMC-lər olub.

1614448718_2.jpg

296 min 121 min manat məbləğində olan mobil mühafizə məntəqələrinin satınalınması müsabiqəsini "Kamiloğlu” MMC qazanıb. Tenderin şərtlərinə görə, 10 bank günü ərzində şirkət 6 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 2,4M x 2,6M ölçülü, 14 ədəd mobil mühafizə məntəqəsi - 6M x 2,4M x 2,6M ölçülü, 1 ədəd mobil mühafizə məntəqəsi - 7M x 3M x 2,6M ölçülü, 7 ədəd mobil məntəqə (4 kabinalı tualet) - 6M x 2,4M x 2,6M ölçülü, 2 ədəd mobil məntəqə (4 kabinalı hamam) - 6M x 3M x 2,6M ölçülü təhvil verməlidir.

"Kamiloğlu” MMC Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin 02.04.2020 tarixində keçirdiyi daha bir tenderi qazanıb. Məbləği 289 min 100 manat olan tender tərtibat işlərinin satınalınması ilə bağlı olub.

"Kamiloğlu” MMC-nin hazırda 2812 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkətlər tenderlərdə iştirak edə bilməz.
1614448715_3.jpg

20100 manat nizamnamə kapitalına malik şirkətin qanuni nümayəndəsi Vüqar Rzaqulu oğlu Rzayevdir.

126 min manat məbləğində it yemlərinin satınalınması müsabiqəsini "Metro İnvest” MMC qazanıb. Tenderin şərtlərinə görə, şirkət 5 bank günü ərzində 1350 paçka it yemi (Large breed 18 kq) və 50 paçka it yemi (it yemi Kids 15 kq) təhvil verməlidir.

Qeyd edək ki, 10 manat nizamnamə kapitalına malik "Metro İnvest” MMC 2013-cü ildə yaradılıb.

Bölmənin digər xəbərləri

12 Aprel 2021 AZAL-ın biletləri təyyarələrindən daha yüksəkdə uçur – QİYMƏTLƏR HAVALANIB
12 Aprel 2021 Sirri ortaya çıxdı! Bill Geyts pulunu baxın hara yatırdır?
11 Aprel 2021 Türkiyəni qlobal gücə çevirəcək LAYİHƏ: - İstanbul kanalının geosiyasi əhəmiyyəti...
11 Aprel 2021 Qod Nisanovun Xaçmazdakı aqrokompleksi niyə yarımçıq qalıb? – FOTOLAR
10 Aprel 2021 Pul söhbəti üç qurumu “üz-üzə” gətirdi
10 Aprel 2021 "Alibaba" şirkəti inhisarçılığa yol verdiyinə görə 2,78 mlrd. dollar cərimələnib
10 Aprel 2021 Gömrük Komitəsi 1,1 milyard xarici valyutanın Azərbaycandan çıxarılması haqda
09 Aprel 2021 Dünyanın 10 ən varlı ərəb biznesmeni - SİYAHI
08 Aprel 2021 Azərbaycana meyvə-tərəvəz idxalı niyə kəskin artıb? - Toy yox, restoranlar bağlı...
08 Aprel 2021 Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina etdi
07 Aprel 2021 “Azərsun” sabotajla məşğuldur? - Qiymətlər hər gün bir az da artır...
06 Aprel 2021 Nazirlər Kabineti aksiz dərəcələrinə niyə dəyişikliklər etdi?
06 Aprel 2021 Yeni proqnoz: Dünya Bankı Rusiyanın başqa ölkələrə nisbətən tez dirçələcəyini təxmin edir
06 Aprel 2021 Ağstafada tender maxinasiyaları - İcra Hakimiyyəti izi necə itirməyə çalışır?
05 Aprel 2021 Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
05 Aprel 2021 Postpandemiya dövrünün dövlətləri: KİV-in proqnozu
05 Aprel 2021 Türkiyə Montrö razılaşmasından çıxır?
04 Aprel 2021 Milyarderlər pandemiya dövründə 4 trilyon qazandı
04 Aprel 2021 OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür
04 Aprel 2021 Paytaxt bölgələri “yeməyə” davam edir – Həm də toxqarına

Dünyapress TV

Xəbər lenti