Azərbaycanda un bahalaşdı
Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Toplantıda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Belə izah edilib ki, dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Görünür, yanacağın bahalaşması ilk “nəticə”sini verib. Tanınmış jurnalist Zülfiyyə Quluyeva Feysbuk profilində yazıb ki, unun 1 kisəsinin qiyməti 27 manatdan 33 manata qalxıb. Maraqlıdır, məlum bahalaşmadan sonra un məhsullarının da qiyməti yüksələ bilərmi?

İqtisadçı ekspert Nizam Bəydəmirlinin qənaətincə, siravi vətəndaşlar da bilirlər ki, enerji daşıyıcılarının qiyməti artanda bu, kənd təsərrüfatına, çörəyin istehsalına təsir göstərir:

“Ölkə daxilində 300 min tondan aşağı buğda istehsalı azalıb. Biz buğdanı Rusiyadan idxal edirik, lakin orada buğdanın qiyməti artıb. Məncə, bu sahibkarlara əlavə problem yaşadır.

Hökumət nümayəndələri özləri qiyməti artırırlar. O baxımdan bunu bazarla əlaqələndirmək və ya sahibkarları “qaralayıb” süni qiymət artımı demək doğru deyil.

Bu, inzibati yollarla sahibkara təzyiq göstərmək anlamına gəlir və bazar iqtisadiyyatına, kommersiya fəaliyyətinə müdaxilə deməkdir. Əslində belə reydlər “gözə kül üfürmək” məqsədi daşıyır. Ümumiyyətlə, bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Sahibkar fəaliyyətindən gəlir əldə edərək dövlətə vergi ödəməlidir. Onun başqa məsuliyyəti yoxdur, qiyməti bazar təyin edir. Təssüflənirəm ki, hökumətin “iqtisadiyyatçıları” bunu belə başa düşürlər.

Ekspert onu da əlavə edib ki, hökumət iqtisadi fəaliyyəti stimullaşdırmalı, kreditlərin dərəcələrini aşağı salmalı və iqtisadi fəaliyyətə təşviqedici addımlar atmalıdır:

“Xərclər azalmalı, Nazirlər Kabineti kiçilməli və bir-birini təkrar edən qurumlar ləğv edilib birləşdirilməlidir. Belə olan halda tariflər və enerji daşıyıcılarının qiymətlərinin azaldılması mümkündür. Büdcə xərclərini qarşılamaq üçün çox asan yol seçirlər: tarifləri artırırlar. İqtisadi fəaliyyəti stimullaşdırsaydılar sahibkarlar çox məhsul istehsal edib və gələn gəlirləri vergi kimi dövlət büdcəsinə yönəldə bilərdilər”.\Sherg.az

Bölmənin digər xəbərləri

25 Yanvar 2021 Azərbaycandan Gürcüstana pul köçürmələri niyə kəskin artıb?
25 Yanvar 2021 Ticarət obyektləri açıldı
23 Yanvar 2021  AQTA sahibkarlara necə problem yaradır - NARAZILIQ!
23 Yanvar 2021 Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edildi - VİDEO
23 Yanvar 2021 Şimaldan naxoş xəbər: Çörək və toyuq məhsulları bahalaşa bilər
23 Yanvar 2021 Mərkəzi Bankdan 500 manatlıqla bağlı AÇIQLAMA
23 Yanvar 2021 “BANK VTB”-də NƏ BAŞ VERİR? - Bankın sədri məhkəməyə verilib
23 Yanvar 2021 Rusiya azərbaycanlı pomidor və alma ixracatçılarına qapılarını açıb
22 Yanvar 2021 Əhmədzadənin kadırları bir gündə milyonluq müqavilələr bağladı – Tender əməliyyatı
22 Yanvar 2021 Qonşuların pomidor bəhanəsi: Yerli aqronomlar onları təkzib edir
22 Yanvar 2021 Qazaxıstana göndərilən pomidorla bağlı araşdırma başlanılıb
21 Yanvar 2021 Mərkəzi Bankın maliyyə bazarlarına nəzarəti qanunsuzdur - Anlayışlara görə idarəçilik
20 Yanvar 2021 Marketlərdə bahalaşma
20 Yanvar 2021 Bakı Nəqliyyat Agentliyinin tender "oyunları": milyonlar necə talanır?
20 Yanvar 2021 Azərbaycanda rus və türk məhsulları ucuzlaşmalı idi, olmadı
20 Yanvar 2021 Azərbaycanda dollar ajiotajını kim yaradır – CAVAB AXTARILIR
19 Yanvar 2021 Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
19 Yanvar 2021 Əhmədzadə keçmiş icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı – FOTO
17 Yanvar 2021 Financial Times: "Dolları taxtdan salacaqlar"
17 Yanvar 2021 Bakıda maaş artımı müəmması

Dünyapress TV

Xəbər lenti