Qubad İbadoğlu Qarbağa dəyən ziyanın dəqiqləşdirmək üçün müstəqil qiymətləndirici qrupu yaratmaq təşəbbüsünü irəli sürdü..
Ağdamdan yayımlanan kadrlar, Füzulidən "Euronews" kanalının reportajı, Cəbrayıldan görüntülər bir daha göstərdi ki, ermənilərin Azərbaycana bilərəkdən intiqam məqsədi ilə vurduqları ziyanların həcmi çox böyükdür. Hətta Misir ordusu Şimali Sinayda vəhşiliklər edib bu qədər bina yıxmamışdı, amma buna baxmayaraq Human Right Watch orda monitorinqlər aparıb, hesabatlar dərc etdi.
Teref.az xəbər verir ki, bunu ADR sədri Qubad İbadoğlu yazıb.
Daha sonra Qubad bəy yazır, Qarabağda ermənilər daşı-daş üstündə qoymayıb, qəbir daşlarından tutumuş binalara qədər hər şeyi yıxıblar, dağıdıblar. Hesab edirəm ki, onlardan bunun hesabını sormaq və təzminat istəmək lazımdır. Bunun üçün də ilk növbədə dəymiş ziyanın məbləğini bilməsk üçün müstəqil hesablamaların aparılması vacibdir. Çünki, adətən beynəlxalq məhkəmələr və insan haqlarının müdafiəsi təşkilatları hökümətin hesablamalarına inanmır, müstəqil mənbələrə istinad edirlər. Odur ki, iqtisadiyyat, statistika və ekonometrika sahəsində təhsil alan, tədqiqat aparan və dərs deyən gənclərdən ibarət müstəqil qiymətləndirici qrupu yaratmaq təşəbbüsünü irəli sürürəm. Özüm əvvəldən sonadək bu qrupda olacam. Kimlərsə bu tədqiqata və qiymətləndirmə işinə töhfə vermək qabliyyətində və marağındadırsa, xahiş edirəm ki, mənimlə əlaqə saxlasınlar. İşçi qrupunu formalaşdırmaq üçün Zoom müzakirəsi 25 noyabrda Bakı vaxtı ilə saat 22-də, Avropa vaxtı ilə 19-da, ABŞ vaxtı ilə (Eastern) saat 1 pm-ə planlaşdırılıb.
Xahiş edirəm ki, bu işin həcmini təsəvvür edən və özünün əvvəldən sonadək təmannasız olaraq bu işdə görənlər, ya şərh bölməsində, ya da şəxsi mesaj qutusunda yazsınlar. Vaxt itirmədən işə başlamaq və ən qısa zamanda hesablama aparıb, ortaya elmi metodlarla əsaslandırılmış rəqəmlər qoymaq lazımdır.
Xahiş edirəm ki, bu mesajı mümkün qədər çox qrupda paylaşın ki, uyğun şəxslərə çatsın.
Teref.az

Bölmənin digər xəbərləri

27 Noyabr 2020 Bitkoin kəskin şəkildə ucuzlaşıb – Səbəb
27 Noyabr 2020 Dünya Bankı Azərbaycanda bu layihənin müddətini uzatdı
27 Noyabr 2020 Xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərdən yol vergisi tutulacaq –Azərbaycanda
26 Noyabr 2020 Neft 50 dollara yaxınlaşır: Peyvənd “qara qızıl”ı ayaqda saxlaya biləcəkmi?
25 Noyabr 2020 İcra Hakimiyyəti tenderi qazanan şirkətin adını niyə gizləyib? - 2 milyonluq təmir...
25 Noyabr 2020 Böyük Britaniya şirkəti Azərbaycanda qızıl hasilatı üzrə proqnozunu artırıb –Hesabat
24 Noyabr 2020 Türk iş adamları azad edilmiş torpaqlara investisiya yatıracaq - VİDEO
24 Noyabr 2020 Mobil rabitə operatorlarının gəlirləri açıqlanıb
23 Noyabr 2020 İlon Mask bir həftəyə sərvətini 13.5 milyard dollar artırdı
22 Noyabr 2020 Düşmənlə beynəlxalq hüququn” dil”ində danışılacaq
22 Noyabr 2020 Ermənistanın qazandığından çox xərcləməsi onu “qırmızı zolağa” daxil edir - ŞƏRH
22 Noyabr 2020 Baş nazir bəyan etdi: Veto qoyacağam...
20 Noyabr 2020 Müharibədə işğalçılara sarsıdıcı zərbə: Ermənistan ianələrin ümidinə qalıb — VİDEO
20 Noyabr 2020 Beynəlxalq Valyuta Fondu: "Qlobal iqtisadiyyatın bərpası yavaşlaya bilər, risklər yüksəkdir"
20 Noyabr 2020 İlon Mask dünyanın ən varlı insanlarının üçlüyünə daxil olub- "Bloomberg"
19 Noyabr 2020 Bərpa olunan dəmir yollarımıza Rusiyanın artan marağının səbəb.......
19 Noyabr 2020 "SSRİ" çox bahalı layihədir, trilyonlarla dollar istəyir, daha vacibi isə ....
18 Noyabr 2020 Azərbaycana ödəniləcək təzminatın məbləği 100 milyarda çata bilər
18 Noyabr 2020 Ermənistanın xarici dövlət borcu ÜDM-in 66,5 faizinə çatdı
18 Noyabr 2020 ABŞ Azərbaycan və Ermənistana 10 milyon dollar ayırır - Pompeo

Dünyapress TV

Xəbər lenti