Büdcədə nələr dəyişəcək?-
Milli Məclisin Sədri Sahibə Qafarova qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb. Qeyd edək ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib. Spiker daha sonra qanunvericiliyə uyğun olaraq, deputatları avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıb.


İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi (MN) 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Qanun layihəsindəneftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürüləcək.Bundan başqa koronavirus pandemiyası ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün əlavə 100 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, müstəqil ekspertlər hələ 3 ay öncədən belə bir dəyişikliyə ehtiyac olduğunu bildirirdilər.

İqtisadçı Natiq Cəfərliazadliq.org-a şərhində bildirib ki, ya Maliyyə Nazirliyinin, ya hökumətin planlamasında qüsurlar var.

“Öncədən problemləri görüb həll etmək əvəzinə, dərinləşməsinə imkan yaratdıqdan sonra həlli ilə bağlı müəyyən addımlar atılır"-deyə ekspert qeyd edib.

N. Cəfərliyə görə, büdcəyə yenidən baxılması zərurəti həm xərc, həm də gəlir hissədə ciddi azalmaların olması ilə bağlı yaranıb. O deyib ki, İcmal büdcədə xüsusilə azalmalar var, çünki icmal büdcəyə Neft Fondunun büdcəsi də daxildir.

İqtisadçının fikrincə, amma Neft Fondunun büdcəsinin gəlir hissəsində bu il ciddi problemlər yaşanacaq: "Səbəb də budur ki, büdcənin gəlir hissəsində neftin orta qiyməti 55 dollardan hesablansa da, bu günə ortalama qiymət 39-40 dollar civarındadır".

İqtisadçı xatırladır ki, hökumət pandemiya ilə bağlı 3.5 milyard manatlıq iqtisadi paket açıqlayıb: "Bura həm 600 min insana 190 manatlıq birdəfəlik ödəmənin verilməsi, həm də vergi güzəştləri, biznes çevrələrinin götürdükləri kreditlərin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi daxildir. Belə güzəşt paketləri var ki, tam yerinə yetirilməyib, ilin sonuna kimi müəyyən dərəcədə yerinə yetirilə bilər. Bunların büdcənin xərc hissəsində yeri yox idi, indi xərc hissəsinə salınacaq".

N. Cəfərlinin dediyinə görə, büdcənin gəlir hissəsində də ciddi problemlər var. İqtisadçı hesab edir ki, Neft Fondu transfertlərdə üzərinə düşən öhdəliyi yerinə yetirəcək, amma vergi toplanmasında, gömrük ödəmələrində ilin geri qalan hissəsində ciddi problemlər yaşanacaq: "Çünki neft sektorundan gələn gəlirlərdə azalmalar müşahidə olunub, ilin sonuna kimi də müşahidə olunacaq".

İqtisadçınin fikrincə, bütün bu şəraiti nəzərə alaraq büdcəyə əlavə və dəyişikliklərin edilməsi bir zərurətə çevrilmişdi: "Çünki xərclər ayrılır, amma o xərcin yetərli mənbələri yoxdur, gələcəkdə də gəlirlərin azalmasını nəzərə alsaq, o gəlirlərin yerini kompensasiya edəcək mənbələr yoxdur. Çox güman ki, büdcədə dəyişikliklər olacaq, xərc və gəlir hissələrinəəl gəzdiriləcək. Böyük ehtimal, başqa mənbə olmadığıüçün Neft Fondunun xərc hissəsi artırılacaq".

AzPolitika.info

Bölmənin digər xəbərləri

08 Avqust 2020 Bakıdan möhtəşəm həmlə: Bu xətti aldı
08 Avqust 2020 Azərbaycanda bankirlərin şok əməlləri: Kimləri aldadıblar, kimlər güahkardır – TƏFƏRRÜAT
08 Avqust 2020 Deputat AZAL-ı tənqid etdi: “... Gərək mənfəətlə işləyəsən!”
07 Avqust 2020 “ÇOX CİDDİ PROBLEMLƏRLƏ ÜZLƏŞƏCƏYİK...” – "Sonra nə edəcəyik?..."
07 Avqust 2020 Azərbaycan Beynəlxal Bankın xidmətindən müştərilər razı deyillər - ŞİKAYƏT
07 Avqust 2020 PREZİDENT İQTİSADİYYATDA BÖYÜK LİBERALLAŞMANIN ANONSUNU VERDİ - "Bu təyyarələr alınır, istismar edilir, bəs gəliri haradadır?"
06 Avqust 2020 Türkiyədə dollar yenidən - BAHALAŞIR - SON QİYMƏT
06 Avqust 2020 Qızıl biraz da bahalaşıb - SON QİYMƏT
06 Avqust 2020 Bu sahibkarlar 2021-ci ilədək icarə haqqından azad olundu - RƏSMİ
05 Avqust 2020 “Aqrar tədarük və təchizat”ın FANTASTİK TENDERİ - 864 min manat nəyə xərclənəcək?
05 Avqust 2020 Siz də bir daha düşünün bu banka pul əmanət etməmişdən əvvəl - İTTİHAM
04 Avqust 2020 Türkiyə turlarının qiymətləri kəskin bahalaşdı — VİDEO
04 Avqust 2020 "Beynəlxaq Bankda Müştəri məmnuniyyəti ilə bərabər xidmət səviyyəsi də çox aşağıdır"- İTTİHAM/FOTO
03 Avqust 2020 Kim daha çox maaş alır: Azərbaycan, Gürcüstan yoxsa Ermənistan deputatları? - MƏBLƏĞ
03 Avqust 2020 Naxçıvanda “korrupsiyanın buynuzu”: Gömrükçülər 131% artıma necə nail ola biliblər?
03 Avqust 2020 Unibank müştərilərdə narazılıq yaradır - FOTOFAKT
02 Avqust 2020 "Tamam başlarını itiriblər! Nə etdiklərinin fərqində deyillər."- ŞİKAYƏT
01 Avqust 2020 "Express Bank" ölkə başçısının sözlərinə əməl etmədi - VİDEO
01 Avqust 2020 Dövlət büdcəsinə ediləcək dəyişikliklərin həcmi və vəsaitlərin hansı məqsədlərlə xərclənəcəyi məlum olub
31 İyul 2020 "Dünyanı ağır, amma iqtisadi məntiqə, elmə uyğun proseslər, bizi isə “əl ilə idarə olunan”, heç bir institutsional əsası, dayağı olmayan dövr gözləyir..."

Dünyapress TV

Xəbər lenti