Rusiyanın ən varlı varisi azərbaycanlıdır!
"Lukoyl" un prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusuf Forbes-un versiyasına görə, Rusiyanın ən varlı varisidir, baxmayaraq ki, atası oğlunu varis gözündə görmür.

"Lukoyl" un prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusuf Forbes-un versiyasına görə, yenə də ən zəngin varis kimi tanınıb. O, 18 milyard dollara arxalana bilər.

Jurnal artıq beşinci dəfədir ki, bu reytinqi dərc edir və birinci sətirdə həmişə Yusuf Ələkbərovun adı olub. Nəşr bu reytinqi müəyyən etmək üçün milyarderin varidatını götürərək onu bütün rəsmi uşaqları arasında bölür. Bu dəfəki siyahıda 20 ailə təmsil olunur ki, orada da hər bir uşağın payına təqribən 2,25 milyard dollar düşür. Ümumilikdə bu ailələrdəki uşaqların ümumi sayı 51-dir.

İkinci yerdə "Novatek" şirkətinin təsisçisi Leonid Mixelsonun qızı və oğlu (hər birinə 10,1 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə Ural dağ-metallurgiya şirkətinin əsas səhmdarı İsgəndər Mahmudovun oğludur (9 milyard).

İştirakçılardan biri "LetterOne" və "Alfa-group"-un ortağı Mixail Fridmanın 2019-cu ildə dünyaya gəlmiş qızıdır. İndi onun beş uşağı var. Bununla əlaqədar olaraq, onun uşaqlarının reytinqdəki yeri xeyli aşağı düşüb. Belə ki, ötən il onun uşaqlarının hər biri nəzəri cəhətdən 3,8 milyard dollara (12-ci yerə) bel bağlaya bilərdi. Bu il isə onların hər birinin payına 2,8 milyard dollar (16-cı yer) düşür.

Reytinqdə ötən illə müqayisədə iki ailənin beş yeni üzvü meydana çıxıb. Onlar Dağıstandan olan senator Süleyman Kərimovun oğlu və iki qızı, həmçinin "Fosagro"nun əsas sahibi Andrey Quryevin oğlu və qızıdır.

Onlar bu il öz mövqelərini Alfa-Bankın rəhbəri Peter Avenin uşaqlarına güzəştə gediblər. Bu il onun uşaqlarının sayı daha bir nəfər artıb. Daha bir yeri isə "Boru metallurgiya şirkəti"nin və "Sinara" qrupunun əsas sahibi Dmitri Pumpyanskinin oğlu Aleksandr tutub.

Forbes-in qiymətləndirmələrinə görə, 16 aprel 2020-ci ildə Rusiyada 103 milyarder var idi və onların ümumi varidatı 439 milyard dollar təşkil edirdi. "Əgər bu məbləğ onların uşaqlarının ümumi sayına (281) bərabər bölünsə, onda onların hamısı orta hesabla 1,56 milyard dollarla milyarder olacaqlar", - Forbes yazıb.

2018-ci ilin mart ayında Ələkbərov jurnalistlərə bildirmişdi ki, şirkətin səhmlərinin bütöv şəkildə vərəsələrə ötürülməsini rəsmiləşdirib, onlar miras paketini bölə bilməyəcəklər. 2017-ci ilin payızında isə Vahid Ələkbərov Bloomberg agentliyinə verdiyi müsahibədə etiraf etmişdi ki, özünə varis axtarır və onun oğlu bu rola uyğun gəlmir. Çünki o, atasının gördüyü işi olduqca çətin hesab edir.sputnik.az/

Bölmənin digər xəbərləri

30 May 2020 Neftin qiyməti 38 dolları ötdü
30 May 2020 Belarusdan “Qazprom”a sərt cavab: "Heç bir borcumuz yoxdur"
30 May 2020 Otuz altı ölkə borclarının ertələnməsi üçün G20-nin katibliyinə müraciət edib
29 May 2020 Ən böyük vaksin istehsalçısından ümidverici xəbər
29 May 2020 Azərbaycan Türkiyədən kimyəvi məhsul idxalını artırıb
28 May 2020 Ölkəyə 24 təyyarə ilə dollar gətirildi
27 May 2020 İnam Kərimov pambıq işini də BACARMADI... - ekspertlər danışır
27 May 2020 Qaz sayğacları ilə bağlı əhaliyə mühüm xəbər - VİDEO
26 May 2020 Avropa İttifaqı vətəndaşlarının 60 faizi maliyyə problemləri yaşayır- Koronavirus böhranına görə
26 May 2020 Deputat köməkçilərinin maaşı açıqlandı
26 May 2020 Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi - VİDEO
26 May 2020 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə edilən gəlir 2,6% azalacaq
24 May 2020 Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı
24 May 2020 AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"
24 May 2020 Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
24 May 2020 Acarıstan “yaşıl zona” elan edildi
23 May 2020 Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
23 May 2020 Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb – Statistika İdarəsi
22 May 2020 DİQQƏT: Bu mağazalarda ƏDV-ni geri almaq olur
22 May 2020 STP tarixində ilk dəfə olaraq Misirə məhsul ixrac edib

Dünyapress TV

Xəbər lenti