Pandemiya kölgə iqtisadiyyatını necə faş etdi… – Təkcə Azərbaycanda deyil, o cümlədən ABŞ-da
Koronavirus pandemyası qlobal iqtisadiyyatda xaos yaradıb, bizneslər bağlanıb, təchizat zəncirləri pozulub, milyonlarla insan işini itirib. Amma pandemiya xüsusən dünyadakı 2 milyarda yaxın qeyri-rəsmi işçi üçün dağıdıcı olub. Onlar qlobal işçi qüvvəsinin 60 faizini təşkil edir, günə iki dollardan da az qazanırlar. “Foreign Affairs” dərgisində Pascale Joassart-Marcelli xüsusilə inkişaf etməkdə olan ölkələrdə bu işçiləri iqtisadi fəlakət gözlədiyini yazır.

Qeyri-formal iqtisadiyyat necə yarandı

Müəllif qeyd edir ki, formal iqtisadiyyatda çalışanların hüquqi, sosial imtiyazları olur, qeyri-formal işçilər isə dolanışığını təhlükəsizlik şəbəkəsi olmadan qazanırlar. Onlar əsasən qadınlardır. Belə işçilər daha çox küçə ticarəti, ev işlərində, nəqliyyatda, zibilyığmada çalışırlar. Bir çox ölkələrdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində karantin tətbiq olunub, amma belə şəxslərə ciddi yardım ayrılmayıb. Bir neçə həftə ərzində dünya üzrə milyonlarla qeyri-rəsmi iş yeri itirilib, milyonlarla iş isə bağlanma riskilə üz-üzədir.

Təkcə yoxsul ölkələrdə deyil…

Ancaq qeyri-rəsmi iqtisadiyyat böhranı təkcə yoxsul ölkələrə deyil, zənginlərə də təsir göstərir. Birləşmiş Ştatlarda bütün işçilərin beşdə biri qeyri-formal çalışır, onlar həm yeni koronavirusun yaratdığı sağlıq böhranı, həm pandemiyanın iqtisadi fəsadları ilə üzləşiblər”, – yazan müəllif hazırda tipik amerikalı qeyri-formal işçi kimi Uber, yaxud Lyft taksi şirkətləri üçün çalışan sürücüləri misal çəkir. Amma onu da qeyd edir ki, daha böyük qeyri-formal iqtisadiyyata Prezident Ronald Reyqan administrasiyası dövründə meyl artıb. Belə ki, 1980-ci ildən sonra işəgötürənlər üçün qaydalar yumşaldılıb, şirkətlər getdikcə risklərini subpodratçılara, günəmuzd çalışanlara, digər çevik işçilərə yönəldiblər.

“İşçi qorumasının olmaması indi Birləşmiş Ştatlarda koronavirus böhranını özəlliklə kəskinləşdirir: bu, təkcə sağlıq böhranı, yaxud iqtisadi böhran deyil, onillər boyunca təkamül etmiş daha dərin sosial böhrandır”, – məqalədə deyilir.

Hindistanda isə iş yerlərinin 90 faizi qeyri-formaldır. Beynəlxalq Əmək Təşkilatının hesablamasına görə, pandemiya nəticəsində belə iş yerlərində işləyən 400 milyondan artıq işçi dərin yoxsulluğa yuvarlana bilər.

Qeyd edək ki, Azərbaycanda da kölgə iqtisadiyyatı dövlətin koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin rejimində iş yerlərini itirənlərə social yardım göstərməsini çətinləşdirmişdi. Prezident İlham Əliyevin göstərişi ilə ötən ay 190 manatlıq yardımı alacaq vətəndaşların sayı 200 mindən 600 minə çatdırıldı və həmin şəxslər əsasən aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini itirən və qeyri-formal məşğulluqla məşğul olan insanlardır.

“Onların da problemlərini dövlət öz üzərinə götürür. Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq”, – prezident bildirmişdi. (Virtualaz.org)

Bölmənin digər xəbərləri

26 May 2020 Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi - VİDEO
26 May 2020 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə edilən gəlir 2,6% azalacaq
24 May 2020 Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı
24 May 2020 AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"
24 May 2020 Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
24 May 2020 Acarıstan “yaşıl zona” elan edildi
23 May 2020 Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
23 May 2020 Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb – Statistika İdarəsi
22 May 2020 DİQQƏT: Bu mağazalarda ƏDV-ni geri almaq olur
22 May 2020 Rusiyanın ən varlı varisi azərbaycanlıdır! Forbes belə deyir
22 May 2020 STP tarixində ilk dəfə olaraq Misirə məhsul ixrac edib
21 May 2020 Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
20 May 2020 Bazarda sürətlə bahalaşma – VİDEO
20 May 2020 Bank əmanətlərinin qaytarılmasında “OTKAT” MEXANİZMİ: - “Rüşvət müqabilində güzəştlər...”
20 May 2020 Türkiyə Çinin yerini tuta bilər - Ekspertdən inanılmaz
20 May 2020 Koronavirus onları da "vurdu": "İstənilən qiymətə satmağa hazırıq"
19 May 2020 Almaniya və Fransa Avropanın iqtisadiyyatını xilas etmək istəyir
17 May 2020 Ötən il avtomobil yollarının layihələndirilməsi və tikintisinə ayrılan məbləğ açıqlandı
15 May 2020 Bakıda obyektlər və torpaqlar KƏSKİN BAHALAŞDI - QİYMƏTLƏR
14 May 2020 Nazirliyə "şapka" verən şirkətin qazandığı tenderlər - SİYAHI

Dünyapress TV

Xəbər lenti