Koronavirus onları da "vurdu":
"Bunları pula çevirmək mümkün olmasa, yeni mövsümdə müflisləşməylə üz-üzə qalacağıq. Bütün işlərimizi kreditlə gördüyümüzdən borcumuz artır, gəlir isə əldə edə bilmirik"
Koronavirus pandemiyası iqtisadiyyatın bir çox sahələrində öz təsirini göstərməkdədir. Bunlardan biri də üzümçülük - daha dəqiqi, üzüm satışı ilə bağlıdır.

Sputnik Azərbaycan xəbər verir ki, Tovuz rayonunun Aşağı və Dondar Quşçu kəndlərindən olan fermerlər payızda dərərək anbarlarda saxladıqları və mart-aprel aylarında satmağı planlaşdırdıqları onlarla ton üzümü sata bilməyiblər. Əziyyətlə toplanan məhsul soyuducu anbarlarda qalaraq tədricən xarab olur. Bu barədə danışan sahibkarlar məhsullarını sata bilmədiklərindən yeni mövsüm işlərinə başlaya bilmədiklərini deyirlər.

Rayonun Aşağı Quşçu kənd sakini Firuz Məmmədov hazırda 25 ton üzümünün anbarda qaldığını və maya dəyərindən iki dəfə aşağı qiymətə də sata bilmədiyindən gileylənib: “Anbarlara yığılan malı əsasən mart-aprel aylarında satışa çıxarırıq. Yazda satmağımızın əsas səbəbi oradan götürdüyümüz vəsaiti yeni mövsümdə bağların becərməsinə xərcləməyimizdir. Lakin mart ayının 5-dən, xüsusi karantin rejimi tətbiq edildikdən, sonra əsas alıcılıq obyektləri olan toy-yas mərasimləri qadağan edildi. Həmçinin bazarlar da bağlandığından alıcı kütləsi də azaldı. Nəticədə tonlarla üzüm anbarda qaldı”.

F.Məmmədov 1 kq üzümün maya dəyərinin 1-1,2 manat arası olsa da, hazırda 50-60 qəpiyə satmaq üçün alıcı tapa bilmədiklərini söyləyib.

Dondar Quşçu kəndində yaşayan sahibkar Cəlil Yusifov isə payızda tədarük etdiyi 120 ton üzümdən 12 tonunun hazırda anbarlarda qaldığını bildirib.

“Tovuz rayonunda bir neçə kənd var ki, orada əsas təsərrüfat sahəsi üzümçülüklə bağlıdır. Onlarla sahibkar var ki, 15-20 ton arası üzümü qalıb anbarlarda. Bunları pula çevirmək mümkün olmasa, yeni mövsümdə müflisləşməylə üz-üzə qalacağıq. Bütün işlərimizi kreditlə gördüyümüzdən borcumuz artır, gəlir isə əldə edə bilmirik”, - deyə C.Yusifov vəziyyəti izah edib.

Sahibkarlar vəziyyətdən çıxmaq üçün dövlət tərəfindən güzəştli kredit ayrılmasını istəyirlər. Bu barədə danışan sahibkar Kamil Hüseynov 30 tondan artıq üzümünün anbarlarda qaldığını və bunun ciddi ziyanla nəticələndiyini bildirib: “İstənilən qiymətə satmağa hazırıq. Təki pula çevirə bilək ki, bu il məhsulumuzu becərə bilək. Ötən il 2 manata satılan məhsulu indi 60 qəpiyə alan yoxdur. İndən belə yeni meyvələr çıxdığından üzümün də bazarda alıcısı olmayacaq. Bu vəziyyətdən çıxmaq üçün istərdik bizə güzəştli kreditlər ayrılsın ki, həm borclarımızı ödəyək, həm yeni mövsümün hazıqlıqlarına başlaya bilək”.

Sahibkarlar müdaxilə edilməzsə, yüzədək fermerin müflisləşmə həddinə düşəcəyinin qaçılmaz olduğunu bildiriblər.

Bölmənin digər xəbərləri

26 May 2020 Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi - VİDEO
26 May 2020 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə edilən gəlir 2,6% azalacaq
24 May 2020 Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı
24 May 2020 AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"
24 May 2020 Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
24 May 2020 Acarıstan “yaşıl zona” elan edildi
23 May 2020 Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
23 May 2020 Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb – Statistika İdarəsi
22 May 2020 DİQQƏT: Bu mağazalarda ƏDV-ni geri almaq olur
22 May 2020 Rusiyanın ən varlı varisi azərbaycanlıdır! Forbes belə deyir
22 May 2020 STP tarixində ilk dəfə olaraq Misirə məhsul ixrac edib
21 May 2020 Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
21 May 2020 Pandemiya kölgə iqtisadiyyatını necə faş etdi… – Təkcə Azərbaycanda deyil, o cümlədən ABŞ-da
20 May 2020 Bazarda sürətlə bahalaşma – VİDEO
20 May 2020 Bank əmanətlərinin qaytarılmasında “OTKAT” MEXANİZMİ: - “Rüşvət müqabilində güzəştlər...”
20 May 2020 Türkiyə Çinin yerini tuta bilər - Ekspertdən inanılmaz
19 May 2020 Almaniya və Fransa Avropanın iqtisadiyyatını xilas etmək istəyir
17 May 2020 Ötən il avtomobil yollarının layihələndirilməsi və tikintisinə ayrılan məbləğ açıqlandı
15 May 2020 Bakıda obyektlər və torpaqlar KƏSKİN BAHALAŞDI - QİYMƏTLƏR
14 May 2020 Nazirliyə "şapka" verən şirkətin qazandığı tenderlər - SİYAHI

Dünyapress TV

Xəbər lenti