Almaniya və Fransa Avropanın iqtisadiyyatını xilas etmək istəyir
Almaniya və Fransa Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində fond yaratmağı təklif ediblər. “Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Fransa prezidenti Emmanuel Makronla apardığı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, rəsmi Berlin və Paris Avropanın digər ölkələri ilə birlikdə işləmək istəyirlər.

“Biz bu mövzuda birik. Bu, Avropa Birliyinin tarixində ən ağır böhrandır. Belə bir böhran müvafiq cavab tələb edir. İqtisadiyyatı tez bir zamanda bərpa etmək vacibdir. Bununla əlaqədar olaraq, məhdud vaxt ərzində ən çox təsirlənən sektorlar və bölgələrə iqtisadi yardım üçün 500 milyard avro həcmində fond yaratmaq istəyirik.

Vəsait Aİ-nin çoxillik maliyyə planının bir hissəsi olaraq böhrandan təsirlənən ölkələrə kömək üçün ayrılacaq. Dövlətlərin ümumi Avropa büdcəsinə əlavə vəsait köçürmək məcburiyyətində qalması təcrübədə olub”-deyə, kansler bildirib.

Qeyd edək ki, cari ilin aprelin 9-da Avropa Qrupunun sədri Mariu Sentenu bəyan etmişdi ki, Avropa Qrupu (avrozonanın Maliyyə Nazirləri Şurası) videokonfransın gedişində pandemiyadan sonra Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində planın hazırlanması barədə razılığa gələ bilməyib.

Lakin, bu bəyanatdan bir gün sonra Fransanın İqtisadiyyat naziri Bryuno Le Mer bildirib ki, Avroqrup koronavirusla bağlı yaranmış iqtisadi vəziyyətə cavab olaraq 500 milyard avro dəyərində böhran əleyhinə paketi razılaşdırıblar.

Bölmənin digər xəbərləri

26 May 2020 Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi - VİDEO
26 May 2020 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə edilən gəlir 2,6% azalacaq
24 May 2020 Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı
24 May 2020 AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"
24 May 2020 Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
24 May 2020 Acarıstan “yaşıl zona” elan edildi
23 May 2020 Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
23 May 2020 Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb – Statistika İdarəsi
22 May 2020 DİQQƏT: Bu mağazalarda ƏDV-ni geri almaq olur
22 May 2020 Rusiyanın ən varlı varisi azərbaycanlıdır! Forbes belə deyir
22 May 2020 STP tarixində ilk dəfə olaraq Misirə məhsul ixrac edib
21 May 2020 Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
21 May 2020 Pandemiya kölgə iqtisadiyyatını necə faş etdi… – Təkcə Azərbaycanda deyil, o cümlədən ABŞ-da
20 May 2020 Bazarda sürətlə bahalaşma – VİDEO
20 May 2020 Bank əmanətlərinin qaytarılmasında “OTKAT” MEXANİZMİ: - “Rüşvət müqabilində güzəştlər...”
20 May 2020 Türkiyə Çinin yerini tuta bilər - Ekspertdən inanılmaz
20 May 2020 Koronavirus onları da "vurdu": "İstənilən qiymətə satmağa hazırıq"
17 May 2020 Ötən il avtomobil yollarının layihələndirilməsi və tikintisinə ayrılan məbləğ açıqlandı
15 May 2020 Bakıda obyektlər və torpaqlar KƏSKİN BAHALAŞDI - QİYMƏTLƏR
14 May 2020 Nazirliyə "şapka" verən şirkətin qazandığı tenderlər - SİYAHI

Dünyapress TV

Xəbər lenti