Azərbaycanda ilk ödənişli avtomobil yolu bu tarixdə istifadəyə veriləcək - Video
Daha bir ödənişli yolda təmir işləri yekunlaşmaq üzrədir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan tikinti işləri Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometirlik, həmçinin Şabran rayonunun Gəndov kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən 58 kilometrilik hissələrində bitmək üzrədir.

Yenisabah.az xəbər verir ki,Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən start götürən uzunluğu 150 kilometr olan ödənişli yolun tikinitisi davam edir.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yeni yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Qeyd edək ki, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.

''Avtomobil Yolları Dövlət Agentliyi'' nin mətbuat katibi Anar Nəcəfli ''Xəzər Xəbər''ə bildirib ki, hazırda tikinti işləri yeni magistralın ''Yaşma-Giləzi'' və ''Gəndov-Samur'' hissələri üzrə yekunlaşır. Yeni yolun 7 km-lik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb.

Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb. Ümumilikdə yeni inşa edilən 92 kilometrlik yol boyu 19 ədəd körpü və yolötürücülərin, 169 ədəd dairəvi və 43 ədəd düzbucaqlı suötürücü boruların, 20 ədəd avtomobil və mal-qara keçidinin tikintisi nəzərdə tutulub.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək. Qeyd edək ki, tikinti işlərinin 2021-ci ilin 1-ci yarısında yekunlaşdırılması planlaşdırılır.

Bölmənin digər xəbərləri

26 May 2020 Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi - VİDEO
26 May 2020 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə edilən gəlir 2,6% azalacaq
24 May 2020 Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı
24 May 2020 AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"
24 May 2020 Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
24 May 2020 Acarıstan “yaşıl zona” elan edildi
23 May 2020 Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
23 May 2020 Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb – Statistika İdarəsi
22 May 2020 DİQQƏT: Bu mağazalarda ƏDV-ni geri almaq olur
22 May 2020 Rusiyanın ən varlı varisi azərbaycanlıdır! Forbes belə deyir
22 May 2020 STP tarixində ilk dəfə olaraq Misirə məhsul ixrac edib
21 May 2020 Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
21 May 2020 Pandemiya kölgə iqtisadiyyatını necə faş etdi… – Təkcə Azərbaycanda deyil, o cümlədən ABŞ-da
20 May 2020 Bazarda sürətlə bahalaşma – VİDEO
20 May 2020 Bank əmanətlərinin qaytarılmasında “OTKAT” MEXANİZMİ: - “Rüşvət müqabilində güzəştlər...”
20 May 2020 Türkiyə Çinin yerini tuta bilər - Ekspertdən inanılmaz
20 May 2020 Koronavirus onları da "vurdu": "İstənilən qiymətə satmağa hazırıq"
19 May 2020 Almaniya və Fransa Avropanın iqtisadiyyatını xilas etmək istəyir
17 May 2020 Ötən il avtomobil yollarının layihələndirilməsi və tikintisinə ayrılan məbləğ açıqlandı
15 May 2020 Bakıda obyektlər və torpaqlar KƏSKİN BAHALAŞDI - QİYMƏTLƏR

Dünyapress TV

Xəbər lenti