“Dünyanı iqtisadi geriləmə və işsizlik gözləyir…” – 25 milyon insan işini itirəcək
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo belə bir xəbərdarlıqla çıxış edib ki, “koronavirus pandemiyasının nəticəsi olaraq, dünyanı iqtisadi geriləmə və iş yerlərinin itirilməsi gözləyir”.

“AzPolitika.info” xəbər verir ki, təşkilat rəhbərinin bu fikirlərinin əks olunduğu videomüraciət ÜTT-nin rəsmi internet saytında yayımlanıb.

Azavedo deyib ki, bu pandemiya dünya iqtisadiyyatına, ticarətə və bunun da nəticəsi olaraq, insanların rifah halına mənfi təsir göstərəcək. ÜTT rəhbərinin fikrincə, bu böhran 2008-ci ildə yaşanan böhrandan daha ağır və dərin ola bilər.

Bundan əvvəl “Bloomberg”-in mütəxəssisləri də dünya ölkələrini, xüsusilə də Avropanı dərin iqtisadi böhran gözlədiyini bildirmişdilər. Qeyd olunurdu ki, artıq işgüzar aktivliyin azalması səbəbindən Avropanın PSA (Peugeot, Citroën, Vauxhall və Opel), Fiat Chrysler (Alfa Romeo, Chrysler, Dodge və s.) və Volkswagen kimi avtomobil nəhəngləri fəaliyyətlərini demək olar, tam dayandırıblar.

Həmçinin, iqtisadçıların proqnozlarına görə, Avropa Birliyini yarandığı gündən indiyə qədər görünməmiş səviyyədə Ümumi Daxili Məhsulun(ÜDM) kəskin azalması gözləyir.

Ümumdünya Əmək Təşkilatı isə bu pandemiya nəticəsində dünyada 25 milyon insanın iş yerini itirəcəyini proqnozlaşdırıb.

“AzPolitika”

Bölmənin digər xəbərləri

14 İyul 2020 "Ziraat Bank Azərbaycan” rəhbərinin FETÖ sevgisi: - “Ərdoğan dönəmi bitdi“
14 İyul 2020 "Yaxşı olar ki, Mərkəzi Bank banklarda bu sistemlərin necə işlədiyinə nəzarəti gücləndirsin"
13 İyul 2020 10 manatlıq şirkətlər milyonluq tenderləri NECƏ QAZANIR? - ekspert izah edir
11 İyul 2020 Xaricdə işləyən vətəndaşlara vergi tətbiq ediləcək
11 İyul 2020 Elman Rüstəmova ilin sonuna kimi vaxt verildi – Mənimsədiyi 1 milyardı qaytarmalıdır
10 İyul 2020 Pakistanlıdan ABŞ-a iddia: 20 milyard istəyir!
10 İyul 2020 Bu şəxslərə bank kreditləri üzrə dövlət dəstəyi veriləcək - RƏSMİ
10 İyul 2020 “Günay Bank”ın sədri dəyişdi – rəhbərlikdə təyinatlar var
09 İyul 2020 Ölkədə maliyyə sabotajı yaradanlar kimlərdir? - MƏRKƏZİ BANK VƏ FOND RƏHBƏRLİYİNİN MƏQSƏDİ NƏDİR?
08 İyul 2020 "Deyirik də, indidən 6 aylıq bütün kredit faizlərinə tətil elan edin,.."- İqtisadçı ekspertdən çağırış
06 İyul 2020 Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər
05 İyul 2020 Bazarlarda meyvələrin qiyməti “od tutub yanır” – Siyahı
05 İyul 2020 Tesla Cybertruck amerikan istehsalçısına 65 milyon dollar gətirib
04 İyul 2020 Dünya birjaları - Təbii qaz ucuzlaşdı
04 İyul 2020 Qlobal ərzaq məhsulları iyunda yenidən bahalaşıb – FAO
03 İyul 2020 Neftdən itirdiklərimizi qazımız kompensasiya edəcək
03 İyul 2020 “Brent” neftinin qiyməti 43 dolları ötüb
03 İyul 2020 Qonşu ölkədə benzinin qiyməti rekord vurdu
03 İyul 2020 Səudiyyə yeni neft münaqişəsinə hazırlaşır
03 İyul 2020 Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək- Agentlik

Dünyapress TV

Xəbər lenti