Azərbaycanda avtomobil benzini istehsalı 15% artıb –DSK
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinİn verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 11,3% artıb.

Ayrı-ayrı neft məhsullarının istehsalına gəlincə, bu ilin yanvar-fevral aylarında 230 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 15,1% çoxdur.

Eyni zamanda, ilin iki ayı ərzində 371,8 min ton dizel yanacağı, 19,9 min ton yanacaq mazutu, 5,3 min ton sürtkü yağları, 30,2 min ton neft bitumu istehsal edilib.

Sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, dizel yanacağının istehsalı 9,5% artıb.

Hesabat dövründə 44,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 100,1 min ton ağ neft, 39,5 min ton neft koksu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 17,9%, ağ neftin istehsalı 3,3%, neft koksunun istehsalı 1,2% azalıb.
 
 

Bölmənin digər xəbərləri

10 Aprel 2020 Gürcüstanda yanacaq ucuzlaşdı
10 Aprel 2020 Bu şəxslərə 5000 manat ödənilə bilər
10 Aprel 2020 Koronavirusa görə zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb
09 Aprel 2020 Ölkədə ərzağı bahalaşdıran kimlərdir?
09 Aprel 2020 Azərbaycanda ərzaq qıtlığı yarana bilər? - RƏSMİ AÇIQLAMA + VİDEO
09 Aprel 2020 Prezidentdən 350 78 nəfəri sevindirəcək SƏRƏNCAM - 1 milyon ayrıldı
09 Aprel 2020 Nazirliyin milyonluq elektron tenderləri... - FOTO
08 Aprel 2020 “Belə davam edərsə, un və un məhsullarının qiyməti qalxacaq” - deputat
08 Aprel 2020 İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib
08 Aprel 2020 Azərbaycanla Gürcüstan arasında yük daşımaları xüsusi protokol əsasında həyata keçirilir
07 Aprel 2020 Azərbaycan əhalisinə ŞAD XƏBƏR - Bütün borclar SİLİNƏ BİLƏR
07 Aprel 2020 Azərbaycan Beynəlxalq Bankı:"Pensiyaları bütün bankomatlardan komissiyasız almaq olar"
07 Aprel 2020 BƏZİ MARKETLƏR UNUN QİYMƏTİNİ BAHALAŞDIRIB... – Prezidentin sərt mesajından sonra vəziyyət dəyişəcəkmi? + RƏYLƏR
06 Aprel 2020 İraqın neft naziri: “Yeni OPEC+ razılaşması üçün üçüncü tərəflərin dəstəyi lazımdır”
05 Aprel 2020 Vergi stimulları dövlətə 115 milyon manata başa gələcək
05 Aprel 2020 Sərnişindaşımaya 280 milyon manat ayrılacaq
05 Aprel 2020 Fərdi sahibkarlara nə qədər kompensasiya veriləcək?
03 Aprel 2020 İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI
03 Aprel 2020 Trampdan neft hasilatının ixtisarı ilə bağlı daha bir proqnoz
02 Aprel 2020 "Bank of Baku” "EvdəQal" çağırışına əməl edən müştəriləri faizlərlə yükləyir - İDDİA

Dünyapress TV

Xəbər lenti