Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq
Bu fərman 3 istiqamətdə çox önəmlidir: həm insanlarımızı kartla ödəniş etməyə sövq edir, çünki bu ödənişdə müəyyən faiz geri qayıdır, həm büdcədən yayınmaların qarşısı alınır, həm də koronavirusun yayılmasına səbəb olan əsginazlardan istifadəni aşağı salır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən deyib.

Ekspert bildirib ki, koronavirusa qarşı mübarizə çərçivəsində hökumət daha çevik addımlar atır və bu qərarın da tezləşməsinin bir səbəbi budur:

“Ötən il məsələ ilə bağlı bir qərar verilmişdi. Lakin bunun tədbiqi üçün mexanizm yox idi. Yəni əslində biz də gözləyirdik ki, tədbiqi mexanizimlər üzərində işlənsin və tədbiq edilsin.

Hazırkı vəziyyətdə nəğd ödənişlər təhlükəlidir və əsginazlar vasitəsi ilə virusa yoluxma halları çox ola bilər. Bu baxımdan nəğd ödənişlər azalmalıdır. Ona görə bu, çox yaxşı bir qərardır”.

N.Cəfərli Prezidentin fərmanı ilə nağdsız ödəniş edənlərin qazanacağı məbləği də açıqlayıb:

“Ölkə başçısı 15 gün ərzində bu mexanizmin tədiq edilməsi ilə bağlı göstəriş verib. Əslində bu mexanizim çox da çətin deyil. Məsələn, siz 100 faizlik bir ödəniş edirsinizsə, üzərinə 18 manat əlavə dəyər vergisi gəlir. Bu qərarla 18 manat əlavə dəyər vergisinin 15 fazi sizə geri ödəniləcək. Bu da 2 manat 70 qəpik edir. Yəni hər 100 manatlıq alış-verişə hesablanan əlavə dəyər vergisindən 2 manat 70 qəpik geri qaytarılacaq”.

Bölmənin digər xəbərləri

05 Aprel 2020 Vergi stimulları dövlətə 115 milyon manata başa gələcək
05 Aprel 2020 Sərnişindaşımaya 280 milyon manat ayrılacaq
05 Aprel 2020 Fərdi sahibkarlara nə qədər kompensasiya veriləcək?
03 Aprel 2020 İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI
03 Aprel 2020 Trampdan neft hasilatının ixtisarı ilə bağlı daha bir proqnoz
02 Aprel 2020 "Bank of Baku” "EvdəQal" çağırışına əməl edən müştəriləri faizlərlə yükləyir - İDDİA
02 Aprel 2020 COVID-19-la mübarizə üçün 80-dən çox ölkə BVF-dən yardım istəyib
02 Aprel 2020 Neft bahalaşdı – Son qiymət
02 Aprel 2020 Cəzalara görə əmək müfəttişlərinə ödənilən məbləğ azaldılır
02 Aprel 2020 Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
01 Aprel 2020 Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir
01 Aprel 2020 Neft səbətində “ölümcül ucuzlaşma”: YENİ RƏQƏM
01 Aprel 2020 Vüsal Qasımlı: "Yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik"
31 Mart 2020 KTN işçi haqqını beləmi qoruyur? - ARAŞDIRMA
31 Mart 2020 DÖVLƏT KİMLƏRƏ VƏ NƏ QƏDƏR YARDIM GÖSTƏRƏCƏK? - Mikayıl Cabbarov açıqladı
31 Mart 2020 "Böyük əzablar": şist sənayesi tənəzzülə doğru gedir
30 Mart 2020 Koronavirus mənzil bazarını da “vurdu” – Qiymətlər dəyişdi
30 Mart 2020 Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər –Açıqlama
29 Mart 2020 Fonda 1 manat köçürənlərə demək istəyirəm ki... - Prezident
29 Mart 2020 Dünya ulduzları koronavirusla mübarizəyə MİLYONLAR AYIRIR - SİYAHI

Dünyapress TV

Xəbər lenti