İlham Əliyev koronavirusla mübarizəyə bir illik əməkhaqqı məbləğində ianə köçürüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Reyting.az xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Qeyd edək ki, koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI
03 Aprel 2020 Trampdan neft hasilatının ixtisarı ilə bağlı daha bir proqnoz
02 Aprel 2020 "Bank of Baku” "EvdəQal" çağırışına əməl edən müştəriləri faizlərlə yükləyir - İDDİA
02 Aprel 2020 COVID-19-la mübarizə üçün 80-dən çox ölkə BVF-dən yardım istəyib
02 Aprel 2020 Neft bahalaşdı – Son qiymət
02 Aprel 2020 Cəzalara görə əmək müfəttişlərinə ödənilən məbləğ azaldılır
02 Aprel 2020 Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
01 Aprel 2020 Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir
01 Aprel 2020 Neft səbətində “ölümcül ucuzlaşma”: YENİ RƏQƏM
01 Aprel 2020 Vüsal Qasımlı: "Yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik"
31 Mart 2020 KTN işçi haqqını beləmi qoruyur? - ARAŞDIRMA
31 Mart 2020 DÖVLƏT KİMLƏRƏ VƏ NƏ QƏDƏR YARDIM GÖSTƏRƏCƏK? - Mikayıl Cabbarov açıqladı
31 Mart 2020 "Böyük əzablar": şist sənayesi tənəzzülə doğru gedir
30 Mart 2020 Koronavirus mənzil bazarını da “vurdu” – Qiymətlər dəyişdi
30 Mart 2020 Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər –Açıqlama
29 Mart 2020 Fonda 1 manat köçürənlərə demək istəyirəm ki... - Prezident
29 Mart 2020 Dünya ulduzları koronavirusla mübarizəyə MİLYONLAR AYIRIR - SİYAHI
29 Mart 2020 Fitch Böyük Britaniyanın kredit reytinqini 'AA-' səviyyəsinə endirib
28 Mart 2020 Neft $25 - Rusiya nə qədər davam gətirəcəyini - AÇIQLADI
26 Mart 2020 “Dünyanı iqtisadi geriləmə və işsizlik gözləyir…” – 25 milyon insan işini itirəcək

Dünyapress TV

Xəbər lenti