“Rusiya üçün fəlakət, ABŞ üçün qələbə...” - Vahid Ələkbərovun ortağı proqnoz verdi
Dünya bazarında neftin kəskin ucuzlaşması Rusiyada da böyük ajiotaja səbəb olub. Bunu rublun məzənnəsi də daxil olmaqla, ölkənin işgüzar həyatında baş verən bir çox neqativ proseslərdə görmək olar.

“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatında neft qiymətlərinin gələcək taleyi və Rusiya iqtisadiyyatını gözləyən təhlükələrə dair tanınmış iş adamı, milyarder Leonid Fedunun fikirləri yer alıb. Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” şirkətində 32 faiz payla vitse-prezident vəzifəsində təmsil olunan L.Fedunun həmin açıqlamaları maraqla qarşılanıb.

Milyarder deyib ki, hazırda dünya neft bazarında yaranan durum “Rusiya üçün fəlakət, ABŞ üçünsə qələbədir”.

“RBK”-ya açıqlama verən Fedunun fikrincə, Rusiya ən dəhşətli yuxuda da SəudiyyəƏrəbistanı ilə başlatdığı “neft müharibəsi”nin belə ağır nəticələr verəcəyini gözləmirdi. Vahid Ələkbərovun ortağı deyib ki, bu situasiyada istər Səudiyyə Ərəbistanı, istərsə də Rusiya uduzan tərəflərdir, qələbə çalan isə ABŞ-dır. Çünki, ABŞ ən böyük neft, benzin istehlakçısıdır. Və hazırkı qiymətlər onu tam qane edir.

Milyarder deyib ki, “Lukoyl”un hesablamalarına görə, neftin hazırkı ucuzlaşması sayəsində ABŞ-da benzin və dizel yanacağı ucuzlaşacaq və nəticədə ABŞ vətəndaşlarının gəlirləri 6 faiz artacaq. Rusiyada isə mövcud olan qiymət və vergi siyasəti nəticəsində yanacaq ucuzlaşmayacaq və inflyasiya, rublun dəyər itirməsi nəticəsindəəhalinin gəlirləri daha da azalacaq.

L.Fedun sonda onu da qeyd edib ki, neftin qiyməti 35 dollardan aşağı olarsa, Rusiya 2022-2023-cü illərdən başlayaraq, neft hasilatını azaltmağa məcbur olacaq.

Xatırladaq ki, martın 19-u səhər saatlarında Rusiyanın Urals markalı neftinin bir barreli cəmi 23.5 dollara satılıb.

Bölmənin digər xəbərləri

05 Aprel 2020 Vergi stimulları dövlətə 115 milyon manata başa gələcək
05 Aprel 2020 Sərnişindaşımaya 280 milyon manat ayrılacaq
05 Aprel 2020 Fərdi sahibkarlara nə qədər kompensasiya veriləcək?
03 Aprel 2020 İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI
03 Aprel 2020 Trampdan neft hasilatının ixtisarı ilə bağlı daha bir proqnoz
02 Aprel 2020 "Bank of Baku” "EvdəQal" çağırışına əməl edən müştəriləri faizlərlə yükləyir - İDDİA
02 Aprel 2020 COVID-19-la mübarizə üçün 80-dən çox ölkə BVF-dən yardım istəyib
02 Aprel 2020 Neft bahalaşdı – Son qiymət
02 Aprel 2020 Cəzalara görə əmək müfəttişlərinə ödənilən məbləğ azaldılır
02 Aprel 2020 Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
01 Aprel 2020 Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir
01 Aprel 2020 Neft səbətində “ölümcül ucuzlaşma”: YENİ RƏQƏM
01 Aprel 2020 Vüsal Qasımlı: "Yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik"
31 Mart 2020 KTN işçi haqqını beləmi qoruyur? - ARAŞDIRMA
31 Mart 2020 DÖVLƏT KİMLƏRƏ VƏ NƏ QƏDƏR YARDIM GÖSTƏRƏCƏK? - Mikayıl Cabbarov açıqladı
31 Mart 2020 "Böyük əzablar": şist sənayesi tənəzzülə doğru gedir
30 Mart 2020 Koronavirus mənzil bazarını da “vurdu” – Qiymətlər dəyişdi
30 Mart 2020 Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər –Açıqlama
29 Mart 2020 Fonda 1 manat köçürənlərə demək istəyirəm ki... - Prezident
29 Mart 2020 Dünya ulduzları koronavirusla mübarizəyə MİLYONLAR AYIRIR - SİYAHI

Dünyapress TV

Xəbər lenti