Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI
Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların siyahısı açıqlanıb.

2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 102,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 103,8 faiz, qeyri-ərzaq malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,0 faiz təşkil edib.

2019-cu ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 faiz, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 100,1 faiz təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, kolbasa məmulatlarının, pasterizə olunmamış üzlü südün, pendirin, yumurtanın, kəsmiyin, günəbaxan yağının, bananın, almanın, armudun, narın, xurmanın, üzümün, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, bibərin, badımcanın, sarımsağın, soğanın, kartofun, limonadın qiymətlərində bahalaşma, unun, toyuq ətinin, yoqurtun, xamanın, kərə, zeytun və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, heyvanın, kivinin, qozun, şabalıdın, çuğundurun, yerkökünün, şəkər tozunun, çayın, energetik içkilərin qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2019-cu ilin dekabr ayında noyabr ayına nisbətən qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, divar kağızlarının, yağlı və sulu boyaların, soyuducuların, velosipedlərin, tozsoranların qiymətlərində bahalaşma, kondisionerlərin, mobil telefonların, televizorların, kəsilmiş taxtanın, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, məişət cihazlarının təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər olmayıb. /Trend

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Devalvasiyadan 5 il sonra: Hələ də “barıt çəlləyinin” üstündəyik
27 Fevral 2020 İranla Avropa İttifaqı arasında hesablaşma mexanizmi işə salındı –ABŞ-ın sanksiyasından xilas yolu tapıldı?
26 Fevral 2020 “Koronavirus Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək” –İqtisadçıdan detallı şərh
25 Fevral 2020 Türkiyənin Naxçıvanla sərhədi bağlaması: "Əhali daha çox ərzaq almağa çalışır"
25 Fevral 2020 Anar Həsənov: “Kredit portfelini təkmilləşdirib faizləri azaldacağıq” – MÜSAHİBƏ
25 Fevral 2020 İrandan Azərbaycana məhsul idxalı dayandırılır
24 Fevral 2020 Sovet vaxtı "öləni" indi diriltmək məcburiyyətindəyik: o yoxdursa, pul da yoxdur
22 Fevral 2020 Aldadılan istehlakçılar, varlanan zərgərlər – VİDEO
21 Fevral 2020 Avtomobil kreditlərinə qoyulan məhdudiyyət götürülə bilər - Məsələ gündəmdədir
21 Fevral 2020 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlandı
21 Fevral 2020 Azərbaycan milyonlar itirir: Hotellər nə zaman qazandıracaq?
21 Fevral 2020 Çirkli pulları "yuyurlar" - rəsmi icazə verildi
20 Fevral 2020 Qızılın qiyməti 7 il sonra REKORD HƏDDƏ ÇATDI
18 Fevral 2020 Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?
18 Fevral 2020 Siqaretlə bağlı qərar verildi: 28 manatdan...
18 Fevral 2020 Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksi dərəcələr artırılıb
14 Fevral 2020 Bu ölkədə 1 milyard barrel neft ehtiyatı aşkarlandı
13 Fevral 2020 "Qaz armageddonu": nə baş verir?
13 Fevral 2020 “Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı oldu - YENİLƏNİB+FOTO
13 Fevral 2020 DİN bu şəxslərə xəbərdarlıq etdi: “Cəriməni ödəmədən...”

Dünyapress TV

Xəbər lenti