lham Əliyev: "Naxçıvanın 383 milyon manatlıq büdcəsinin cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır"
"Eyni zamanda, əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək".

Fins.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən bildirib.

Dövlət başçısı bir məsələyə də toxunmaq istədiyini söyləyib: "Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.

Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır".

Bölmənin digər xəbərləri

07 Dekabr 2019 Bu geyimin qiyməti dodaq uçuqladır - 765 min...
06 Dekabr 2019 DSK inflyasiyanı necə gizlədir? – “Bu il gizli inflyasiya 10%-in üzərindədir, gələn il daha ağır olacaq!”
05 Dekabr 2019 Azərbaycana idxal edilən quş ətinin 1 kiloqramı üçün gömrük rüsumu 1 dollar olacaq - MÜDDƏT
05 Dekabr 2019 Azərbaycana idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti uzadılıb
05 Dekabr 2019 Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib - QƏRAR
02 Dekabr 2019 Maşın bazarına böyük bahalanma gəlir....
01 Dekabr 2019 Gürcüstanın Azərbaycan qazının tranzitindən əldə etdiyi haqq 1,1 milyard kub metri ötəcək
30 Noyabr 2019 “Sabahdan benzin bahalaşacaqmı” sualına aydınlıq gətirildi
29 Noyabr 2019 Benzinlə bağlı bu qərar qüvvədən düşür - Sabahdan 1 manat əvəzinə 200 manat...
29 Noyabr 2019 Azərbaycan otellərinin “əl yandıran“ Yeni il qiymətləri - 3, 4, yoxsa, 5 min?
27 Noyabr 2019 Rusiya ilə 15 illik ticarətdən Azərbaycan tərəfi 21 milyard dollar valyuta itkisi verib...
27 Noyabr 2019 “Prezidenti inandırıblar ki, guya yağın qiyməti ucuzlaşıb, amma 18-24 manatdır” – Deputat
26 Noyabr 2019 Azərbaycanda avtomobil istehsalı artıb
25 Noyabr 2019 Azərbaycanda məşhur şirkətdən provokasiya - Qiyməti qaldırdı + FOTO
25 Noyabr 2019 Xaricə yatırılan sərmayə: Nə vaxt geri dönəcək?
25 Noyabr 2019 Camaata pul verən aparatın sahibini nə gözləyir? – hüquqşünasdan ilginc şərh
24 Noyabr 2019 Bu plyonkaya görə 150 manat CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
23 Noyabr 2019 "Nazirlər məni inandırmağa çalışır ki, monopoliya yoxdur" - Vahid Əhmədovdan kinayəli çıxış
22 Noyabr 2019 Sentyabrda Azərbaycanın ÜDM-i 3% artıb
22 Noyabr 2019 Azərbaycan neftinin daha bir daşınma xətti Aİ-nin perspektiv layihələri arasındadır

Dünyapress TV

Xəbər lenti