“Krediti manatla götürsəm də, dollarla hesablayırlar” - Qarabağ əlili Prezidentdən kömək istəyir
“Bank mənə pulu manatla verib, amma dollarla rəsmiləşdirib. Məndən götürdüyüm pulun 3 qatını tələb edirlər. Bu günə qədər ödədiyim pulları faizə çıxıblar”. DİA.AZ bildirir ki, Qazax rayon sakini, 2-ci qrup Qarabağ əlili Qurban Qurbanov belə deyib.

Qarabağ əlilinin sözlərinə görə, 2014-cü ilin oktyabrında “Xalq bank”dan 13 min manat məbləğində kredit götürüb. Bu zaman dövlətin Qarabağ əlili kimi ona verdiyi evi girov qoyub: “2014-cü ildə kreditimi müntəzəm olaraq - ayda 500 manat olmaqla ödəyirdim. Sonra səhhətimdə problem yarandı. Oğlum 11 il idi hərbiçiydi, onun da səhhətində problem yarandığı üçün işindən uzaqlaşdı. Hazırda o da 2-ci qrup əlildir. Sonradan təxminən 3-4 ay kreditin ödənişində fasilə oldu, ödəyə bilmədik. “Xalq bank”dan bizi çağırdılar, onda bildik ki, krediti manatla yox, dollarla veriblər. Mən onlara bildirdim ki, axı bu ədalətsizlikdir, belə olmaz. Amma onlar razılaşmadılar”.

“Mən kredit götürəndə dolların kursu 0.78 manat idi, sonra 1.05 manat oldu, daha sonra isə 1.72. Onlar kreditimi ən sonuncu kursla hesabladılar. Halbuki mən banka 9000 dollar ödəniş etmişəm, 5000 borcum qalmışdı. Ancaq dalbadal devalvasiya olandan sonra mən həmin pulları ödəməkdə çətinlik çəkdim. 300-400 manat, bəzən 200 manat ödəniş edirdim. “Xalq bank”dan məni yenidən çağırıb dedilər ki, biz buna qane olmuruq, sən hər ay 800, 900, 1000 manat ödəniş etməlisən. Ona isə mənim imkanım çatmır”, - Qarabağ əlili deyib.

Bank bundan sonra məhkəməyə müraciət edib. Qurban Qurbanov deyir ki, məhkəmədə nə qədər krediti manatla götürdüyünü desə də, hakimi inandıra bilməyib: “Azərbaycanda dollar nə vaxtdan milli pul vahidi olub? Mən dollarla maaş almıram, pensiya almıram. Krediti əlimə bank manatla verib, manatla da ödəməyə hazıram. Yaxşı, tutaq ki, dollarla verirsiniz, heç olmasa aşağı faizlə hesablayın, insafınız olsun, Allahdan qorxun. Mən nə qədər kredit ödəmişəm, boğazımdan kəsib borcumu ödəmişəm, deyirlər, sənin hələ 34 min borcun var. Bu, necə ola bilər? Bəs ədalət? İmkanım ayda 300 manat ödənişə çatır, hazırda da ödəyirəm. Məni məhkəməyə çağırdılar və qərar verildi ki, ev boşaldılmalıdır. Üstümüzə düşüblər ki, evi boşaltmalısınız. Özüm də, yoldaşım da, oğlum da əlildir. Ailədə 5 nəfərik, 3 nəfəri əlildir. 7 nəvəm var, biz indi evi boşaldıb harda yaşayaq? Küçələrdə gecələyək? “Krediti ödəmirəm” demirəm, amma o qədər məbləği dolların kursuna çevirib üstümə qoymaqla sanki bunlar mənə qəsd edirlər”.

Qarabağ əlilinin oğlu Fərid Qurbanov da çıxılmaz vəziyyətə düşdüklərini bildirib: “Prezident tərəfindən atama verilən 2 otaqlı evdir, ən azı 50 min qiyməti var. Amma bank bu evə 17 min manat qiymət qoyub və öz adına keçirib. 3 dəfə hərrac keçirilib. Həm atamın, həm də atamın adına olan dostunun maşınına həbs qoyulub. 8 min manat da atamın pensiyasına yönəldilib. Ayın 9-da növbəti məhkəmədir. Bu qədər pullar silinib, amma bank yenə bizdən əl çəkmir. Qanuna qalanda biz onların pulunu artıqlaması ilə ödəmişik. Biz bankdan krediti dollarla almamışıq, manat götürmüşük. Əvvəl aylıq ödəniş 382 manat idi, mən 500 manat ödəyirdim. Amma dolların bahalaşması bizi bəlaya saldı. Ödədiklərimizin hamısını faizə çıxdılar. Təsəvvür edin, biz bankdan 13 min manat götürmüşük, 9000 dollar ödəmişik, hələ deyirlər ki, 22 min verin, yaxanızı bizdən qurtarın”.

Qurban Qurbanov üzləşdiyi vəziyyətlə əlaqədar dövlət başçısına müraciət edib: “Mən prezident İlham Əliyevə, onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edirəm. Cənab baş komandan, sizin mənə verdiyiniz, içində sevə-sevə yaşadığımız evi haqsız olaraq əlimizdən alırlar. Haqsız olaraq - bunu təkrar-təkrar vurğulayıram, kim inanmırsa, gəlsin yoxlatsın. Manatla kredit götürmüşəm, dollarla hesablayıb əlimizdən alırlar. Bizə kömək eləyin, yazığıq, qışın günündə bir ailəni çölə tökmək olmaz. Mən “ödəmirəm” demirəm, ödəyirəm, ancaq bunu ədalətlə yoluna qoyun. Krediti manatla almışam, manatla ödəməyə qadirəm. Bizi o qədər yükləyiblər ki, onu ödəyib qurtarmaq qeyri-mümkündür. Mən 9 min dollar ödəmişəm, indi deyirlər, hələ 22 min borcun var. Halbuki mən bankdan 13 min manat kredit götürmüşdüm. Xahiş edirəm, səsimə səs verin”.

Bölmənin digər xəbərləri

26 May 2020 Avropa İttifaqı vətəndaşlarının 60 faizi maliyyə problemləri yaşayır- Koronavirus böhranına görə
26 May 2020 Deputat köməkçilərinin maaşı açıqlandı
26 May 2020 Ev tikənlərə ŞAD XƏBƏR: Qiymətlər endi - VİDEO
26 May 2020 2020-ci ildə mobil rabitə xidmətlərindən əldə edilən gəlir 2,6% azalacaq
24 May 2020 Pandemiya zamanı ən çox qazanan milyarderlərin adları açıqlandı
24 May 2020 AZAL: "Sərnişinlərə aviabiletin dəyərində vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur"
24 May 2020 Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
24 May 2020 Acarıstan “yaşıl zona” elan edildi
23 May 2020 Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
23 May 2020 Bakının ictimai iaşə dövriyyəsi 27%-dən çox azalıb – Statistika İdarəsi
22 May 2020 DİQQƏT: Bu mağazalarda ƏDV-ni geri almaq olur
22 May 2020 Rusiyanın ən varlı varisi azərbaycanlıdır! Forbes belə deyir
22 May 2020 STP tarixində ilk dəfə olaraq Misirə məhsul ixrac edib
21 May 2020 Bakıda “Kənddən Şəhərə” Ramazan yarmarkası keçiriləcək
21 May 2020 Pandemiya kölgə iqtisadiyyatını necə faş etdi… – Təkcə Azərbaycanda deyil, o cümlədən ABŞ-da
20 May 2020 Bazarda sürətlə bahalaşma – VİDEO
20 May 2020 Bank əmanətlərinin qaytarılmasında “OTKAT” MEXANİZMİ: - “Rüşvət müqabilində güzəştlər...”
20 May 2020 Türkiyə Çinin yerini tuta bilər - Ekspertdən inanılmaz
20 May 2020 Koronavirus onları da "vurdu": "İstənilən qiymətə satmağa hazırıq"
19 May 2020 Almaniya və Fransa Avropanın iqtisadiyyatını xilas etmək istəyir

Dünyapress TV

Xəbər lenti