Rektorun bankında 300 min dollarlıq fırıldaq – Prezidentə şok müraciət
Ağdam və Zəngilandan olan məcburi köçkünlər ölkə başçısı İlham Əliyevə müraciət edib. “Yeni Sabah” xəbər verir ki, məcburi köçkünlərin müraciətində “Muğanbank” ASC-nin müdhiş kredit fırıldağından bəhs edilir:
“Cənab prezident, Abbasov Bəxtiyar Abbasqulu oğlu tərəfindən “Zirə-Kəndli Fermer Təsərrüfatı” təsis edilib. Həmin təsərrüfat iri və xırda buynuzlu mal-qaranın saxlanılması, kökəldilməsi ilə məşğul olub. Bəxtiyar Abbasov kredit almaq üçün “Muğanbank” ASC-nin “Dostluq” filialının müdiri Samir Ələkbərova müraciət edib. Samir Ələkbərov Bəxtiyar Abbasovun qohumudur. Samir Ələkbərovun qardaşı isə həmin dövrdə bankın idarə heyətinin sədri olub. Bəxtiyar Abbasov şəxsi münasibətlərdən faydalanaraq bank filialından uzun müddətli və aşağı faizli kredit ayrılmasını xahiş edib.

“Muğanbank” təsərrüfata 19 sentyabr 2007-ci il tarixdə F125 saylı kredit müaviləsi ilə 45 min manat, 2007- ci il 26 oktyabr tarixdə F134 saylı müqaviləsi ilə Babayev Yelmar Qulu oğlunun adına 45 min manat, 05 dekabr 2007-ci il tarixdə F139 saylı müqaviləsi ilə 20 min manat, 15 dekabr 2007-ci il tarixdə H57 saylı müqavilə ilə 130 min manat kredit ayırıb.

Samir Ələkbərov Bəxtiyar Abbasovdan 75 min manat alıb ki, gələcəkdə həmin kreditlər birləşdiriləcək və illik 7 faizlə hesablanacaq. Həqiqətən də həmin məbləğlər birləşdirlib və 300 min dollar kreditin verilməsi ilə bağlı təsərrüfatla bank arasında 7 may 2008-ci il tarixdə H 58 saylı kredit müaviləsi hesablanıb.

Müqaviləyə uyğun olaraq 300 min dolların 7 illiyə və 13 faizlə verilməsi rəsmiləşib. Ancaq faktiki olaraq pul təsərrüfatın hesabına köçürülməyib və bununla bağlı heç rəsmi sənəd də yoxdur.

Bankın guya 300 min dollar kreditin təsərrüfata verilməsi ilə bağlı məhkəmə iddiasını 26 dekabr 2018-ci ildə Bakı Apellyiyasiya Məhkəməsi rədd edib təsərrüfatı haqlı çıxardıb. Ancaq bu qərarı Ali Məhkəmənin Mülki Kollegiyası ləğv edərək işi baxılmaq üçün yenidən Apellyasiya məhkəməsinə göndərib”.

Müraciət müəllifləri deyir ki, qətnamə Ali Məhkəmənin sədri Ramiz Rzayevin göstərişi ilə ləğv edilib və əsas kimi, bankın nizamnamə kapitalının 50 faizinin “Paşabank”a məxsus olması göstərilib:

“Cənab prezident, “Paşabank” tərəfindən Ramiz Rzayevə bu məsələ ilə bağlı hər hansı bir tapşırıq verilməyib. Bu Ali Məhkəmə sədrinin özbaşınalığıdır. Xahiş edirik, bu məsələni şəxsi nəzarətinizə götürüb, hüquqlarımızın bərpasına yardım edəsiniz”.

Müraciəti Zəngilandan olan məcburi köçkünlər Bəxtiyar Abbasov, Təranə Ərizanova, Eldar Cəfərquliyev, Ağdamdan olan məcburi köçkün Yelmar Babayev imzalayıb.

“Muğanbank” ASC “Odlar Yurdu” universitetinin retktoru Əhməd Vəliyevin nəzarətindədir. Bankın Müşahidə Şurasının sədri və səhmlərin 63.5 faizinin sahibi Əhməd Vəliyevin kürəkəni Mehdiyev Elmir Maqbet oğludur.

Əhməd Vəliyevin qızı Vəfa Vəliyeva isə səhmlərin 12,05 faizinə, rektorun qudaları Mehdiyev Maqbet Rəhim oğlu səhmlərin 13.10 faizinə, Mehdiyeva Fəridə Cahandar qızı isə11.35 faizinə sahibdir.

Bölmənin digər xəbərləri

12 Noyabr 2019 Azərbaycan bankları bir-birinə güvənmir - Nağdlaşdırma zamanı niyə komissiya tutulur?
12 Noyabr 2019 Evini satmaq istəyənlərə Şad xəbər
11 Noyabr 2019 Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib – FOTO – VİDEO
11 Noyabr 2019 SOCAR prezidenti dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib – FOTOLAR
10 Noyabr 2019 Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...
09 Noyabr 2019 "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sabahdan sərnişinlərin istifadəsinə veriləcək
09 Noyabr 2019 “Azərbaycanda 1000 kubmetr qazın istehlakçıya çatdırılması 156 manata başa gəlir” –Ekspert
08 Noyabr 2019 BVF: Dünya ölkələrinin borcu 188 trilyon dollar rekord həddə çatıb
07 Noyabr 2019 AZƏRBAYCANDA ORTA AYLIQ PENSİYA 293 MANAT OLACAQ
06 Noyabr 2019 Özbəkistan BTQ ilə daşımalara başlamaq niyyətindədir
04 Noyabr 2019 Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR
04 Noyabr 2019 NEFT BAZARINDA “ZƏLZƏLƏ”: Dünyanın ən böyük sövdələşməsi
01 Noyabr 2019 Müştərilər “Bank Avrasiya”dan niyə qaçır? - ASLANLININ BANKINDA 10 MİLYONLUQ AZALMA
01 Noyabr 2019 “Krediti manatla götürsəm də, dollarla hesablayırlar” - Qarabağ əlili Prezidentdən kömək istəyir
31 Oktyabr 2019 Trampı sevindirən, dünyanı düşündürən qərar gəldi
31 Oktyabr 2019 “Volkswagen” 15 milyard avroya yaxın mənfəət əldə edib
31 Oktyabr 2019 FED uçot dərəcəsini 1,5-1,75%-ə qədər endirib
31 Oktyabr 2019 Mərkəzi Univermaq rəhbərliyinin İLGİNC QIZIL BİZNESİ... - İDDİA
28 Oktyabr 2019 Azərbaycanda 9 ayda əsas kapitala 10 milyard manatdan çox vəsait yönəldildi
28 Oktyabr 2019 “Sahibkarlara, iş adamlarına dostluq təklif edirik” – Mikayıl Cabbarov + VİDEO

Dünyapress TV

Xəbər lenti