“Ziraat Bank Azərbaycan” ın rəhbəri ilə bağlı ŞOK İDDİA-FOTO
Azərbaycanda fəaliyyət göstərən ən böyük banklardan biri “Ziraat Bank Azərbaycan”dır. Türkiyənin 163 yaşlı bankının Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb. 5 ilə yaxındır ki, ölkənin bank sektorunda davamlı fəaliyyəti ilə nəzərə çarpan “Ziraat Bank Azərbaycan” ASC-də 2019-cu ildə xeyli geriləmə müşahidə edilir.
Bankın son bir ildə kredit portfeli 33% böyüməsinə baxmayaraq, aktivləri ötən illlə müqayisədə 15,5% azalıb. “Ziraat Bank Azərbaycan” ASC-nin aktivlərinin azalması və ölkənin bank sektorunda gücünün zəifləməsinin rəhbərliklə əlaqələndirənlər var. Redaksiyamıza daxil olan məlumata görə, son aylarda “Ziraat Bank Azərbaycan”nın rəhbəri Avni Dəmirçinin iş adamları ilə görüşlərdə səsləndirdiyi fikirlər heç də birmənalıq qarşılanmır.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2019-10_1570540799_2.jpg

Avni Dəmirçi
Adının açıqlanmasını istəməyən türk iş adamlarından biri iddia edir ki, Avni Dəmirçi onu bu vəzifəyə gətirən FETÖ-ya olan simptiyasını artıq açıq-aşkar biruzə verir və bundan heç də narahat deyil. Bu il Türkiyədə keçirilən bələdiyyə seçkilərində müxalifətin namizədi Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyə başqanı seçilməsi “Ziraat Bank Azərbaycan”ın rəhbərinin də fikirini dəyişməsinə səbəb olub.

İddia olunur ki, Avni Dəmirçi Əkrəm İmamoğlunun FETÖ-çularla yaxın əlaqədə olduğunu düşünür. Məhz buna görə son vaxtlar bağlantılarını açıq şəkildə biruzə verməyə başlayıb. Redaksiyamıza verilən məlumatda iddia olunur ki, Avni Dəmirçi özünə yaxın iş adamları ilə keçirilən görüşdə artıq AKP dönəminin bitirildiyini, Türkiyənin növbəti prezidentinin Əkrəm İmamoğlu olacağını və buna görədə İstanbul bələdiyyə başqanı ilə müəyyən əlaqələr yaratmağa cəhd etdiyini dilə gətirib.

AKP-nin bitirildiyini və Ərdoğan dönəminin sona yaxınlaşdığını bildirən “Ziraat Bank Azərbaycan”ın rəhbəri bu düşüncələrini artıq açıq şəkildə ortaya nümayiş etdirməkdən də çəkinmir. Buna misal olaraq son aylar Avni Dəmirçinin Türkiyə Cumhuriyyətinin ölkəmizdəki səfirliyinin keçirdiyi tədbirlərdə iştirak etməməsini göstərmək olar. Türkiyə səfiri Erkan Özoralın keçirilən tədbirlərlə bağlı Avni Dəmirçini şəxsən dəvət etməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə öz yerinə başqalarını göndərir. Bu isə onun artıq indidən AKP hökümətinə yaxın şəxslərlə məsafə saxlamağa başladığı anlamına gəlir.

Yəni, Avni Dəmirçini “Ziraat Bank Azərbaycan” ASC rəhbərliyinə gətirənlər onu inandıra biliblər ki, artıq AKP və Ərdoğan dönəmi bitir, buna görə də əlaqələrini kəsməyə başlayıb. Azərbaycanda fəaliyyət göstərən türk iş adamları “Ziraat Bank Azərbaycan” və Avni Dəmirçi ilə bağlı başqa məlumatlar da təqdim edib.

Həmin informasiyaları dəqiqləşdirdikdən sonra oxucularımıza təqdim edəcəyik.

Mövzu ilə bağlı Avni Dəmirçi ilə əlaqə yaratmaq cəhdlərimiz heç cürə alınmadı. Qarşı tərəfi də dinləyib, fikirlərini dərc etməyə hazırıq.(AzEuroNews)

Bölmənin digər xəbərləri

13 Oktyabr 2019 “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın tranzit gəlirlərini artıracaq
12 Oktyabr 2019 İpoteka kreditləri üçün əlavə 45 milyon ayrılacaq
11 Oktyabr 2019 Azərbaycanda turoperatorların gəlirləri çoxalıb
11 Oktyabr 2019 Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib
11 Oktyabr 2019 Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
11 Oktyabr 2019 BMT-nin pulları qurtarır: təşkilat ağır maliyyə böhranındadır
09 Oktyabr 2019 Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq –Saziş imzalandı
08 Oktyabr 2019 Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…
06 Oktyabr 2019 “2023-cü ildə qeyri-neft ixracımızın 3 milyard dolları ötməsi gözlənilir” – Şahin Mustafayev
05 Oktyabr 2019 «Gömrük bizdən qanunsuz ƏDV tələb edir» – ŞİRKƏTDƏN ŞİKAYƏT
05 Oktyabr 2019 Girov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏRGirov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏR
02 Oktyabr 2019 Azərbaycan nefti ucuzlaşdı
01 Oktyabr 2019 Ayda 200 manat maaş alır, 79 MİLYON MANAT VERGİ BORCU VAR – AZƏRBAYCANDA ŞOK
30 Sentyabr 2019 IFC Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir
28 Sentyabr 2019 Azərbaycan iqtisadiyyatının prioritetləri - təhlil
27 Sentyabr 2019 «Bahadırsa, deməli, keyfiyyətlidir» düzdürmü? - ARAŞDIRMA
25 Sentyabr 2019 Trampın BMT-dəki çıxışından sonra neftin qiyməti ucuzlaşıb
24 Sentyabr 2019 66 ölkə karbon qazı emissiyasını sıfra endirməyi vəd edir –2050-ci ilə qədər
22 Sentyabr 2019 Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?
22 Sentyabr 2019 MBNP tərcümə biznesinə başlayıb? - banklara qəribə tövsiyə

Dünyapress TV

Xəbər lenti