c22f7d73-e4a6-49ba-877e-73635972c645“Azərbaycanda xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir”. Report xəbər verir ki, bunu AzərTac-a müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Azərbaycanla xarici ticarət dövriyyəsində önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığına gəlincə, nazir deyib ki, ötən il ölkələr arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır. Ş. Mustafayev bildirib ki, bu məsələ Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclaslarında əsas diqqət yetirilən istiqamətlərdəndir.

“Komissiya tərəfindən ayrı-ayrı məhsullar üzrə təhlillər aparılır. Nəticələr göstərir ki, Azərbaycanın kənd təsərrüfatı və emal məhsullarının Rusiyaya ixracının 2 dəfə artırılması potensialı var və bu imkanın reallaşdırılması hədəf kimi müəyyən olunub. Təsadüfi deyildir ki, ticarət əməkdaşlığının inkişafı Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkinin Azərbaycana səfərləri çərçivəsində əsas müzakirə mövzularından olub”.
Nazir əlavə edib ki, bu ilin sonunadək keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində Azərbaycan və Rusiya arasında 2020-2022-ci illər üçün aqrar-sənaye kompleksi üzrə əməkdaşlıq Proqramının imzalanması planlaşdırılır: “İqtisadi əməkdaşlığımızda kənd təsərrüfatı önəmli yer tutur. Rusiya kənd təsərrüfatı və emal məhsullarımızın əsas alıcısıdır. Ötən il qonşu ölkəyə 560 min tondan çox məhsul ixrac olunub. Bununla yanaşı, Rusiya şirkətləri Azərbaycana kənd təsərrüfatı texnikası ixrac edir. Son illərdə Rusiyadan 900-ə yaxın müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası, 650 min tondan çox mineral gübrələr alınıb”.
Onun sözlərinə görə, Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda icra olunan layihələrin, o cümlədən “Şahdəniz”, Cənubi Qafqaz qaz boru kəməri kimi iri layihələrin fəal iştirakçısıdır: “Azərbaycan nefti digər marşrutlarla yanaşı, Bakı-Novorossiysk boru kəməri ilə də dünya bazarına ixrac olunur. Bununla yanaşı, ölkələrimizin enerji sistemləri paralel rejimdə fəaliyyət göstərir və elektrik enerjisi mübadiləsi aparılır. Belə ki, 2018-ci ildə Azərbaycandan Rusiyaya 121 milyon kVt/saatdan çox elektrik enerjisi ixrac edilib, Rusiyadan isə 76 milyon kVt/saatdan artıq elektrik enerjisi idxal olunub”.

Bölmənin digər xəbərləri

13 Oktyabr 2019 “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın tranzit gəlirlərini artıracaq
12 Oktyabr 2019 İpoteka kreditləri üçün əlavə 45 milyon ayrılacaq
11 Oktyabr 2019 Azərbaycanda turoperatorların gəlirləri çoxalıb
11 Oktyabr 2019 Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib
11 Oktyabr 2019 Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
11 Oktyabr 2019 BMT-nin pulları qurtarır: təşkilat ağır maliyyə böhranındadır
09 Oktyabr 2019 Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq –Saziş imzalandı
09 Oktyabr 2019 “Ziraat Bank Azərbaycan” ın rəhbəri ilə bağlı ŞOK İDDİA-FOTO
08 Oktyabr 2019 Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…
05 Oktyabr 2019 «Gömrük bizdən qanunsuz ƏDV tələb edir» – ŞİRKƏTDƏN ŞİKAYƏT
05 Oktyabr 2019 Girov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏRGirov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏR
02 Oktyabr 2019 Azərbaycan nefti ucuzlaşdı
01 Oktyabr 2019 Ayda 200 manat maaş alır, 79 MİLYON MANAT VERGİ BORCU VAR – AZƏRBAYCANDA ŞOK
30 Sentyabr 2019 IFC Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir
28 Sentyabr 2019 Azərbaycan iqtisadiyyatının prioritetləri - təhlil
27 Sentyabr 2019 «Bahadırsa, deməli, keyfiyyətlidir» düzdürmü? - ARAŞDIRMA
25 Sentyabr 2019 Trampın BMT-dəki çıxışından sonra neftin qiyməti ucuzlaşıb
24 Sentyabr 2019 66 ölkə karbon qazı emissiyasını sıfra endirməyi vəd edir –2050-ci ilə qədər
22 Sentyabr 2019 Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?
22 Sentyabr 2019 MBNP tərcümə biznesinə başlayıb? - banklara qəribə tövsiyə

Dünyapress TV

Xəbər lenti