gomruk

Azərbaycana tibb avadanlıqlarının gətirilməsi ilə məşğul olan «Şimal Servis» şirkəti Dövlət Gömrük Komitəsini (DGK) idxal edilən avadanlığa görə, qanunsuz ƏDV tələb etməkdə ittiham edib.

Şirkətdən FED.az-a verilən məlumata görə, bir aydan artıqdır ki, Almaniyadan lizinq müqaviləsi əsasında gətirilən tibb avadanlığı gömrükdə saxlanılır və həmin avadanlığa görə ƏDV ödənişi tələb edilir: «Halbuki, Mülki Məcəlləsinə əsasən, tərəflər beynəlxalq lizinq müqaviləsinə dair üçtərəfli müqavilə imzalamaqla, ölkəyə mallar idxal edə bilər. Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən, lizinq müqaviləsinin obyekti ƏDV-ə cəlb olunmamalıdır».

«Şimal Sevis» şirkətin qarşısına qoyulan tələbin qanunsuz olması ilə bağlı qanunvericiliyi də əsas gətirir: « ƏDV və lizinq müqaviləsi mübahisəsinə son qoymaq məqsədilə Vergi Məcəllənin 140.6-cı maddəsinin həmin maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Mülki Məcəllənin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli Plenumun qərarı ilə müəyyən etmişdir ki, maliyyə lizinqi əməliyyatı özündə lizinq və alqı-satqı müqavilələrini birləşdirən tam bir əməliyyatdır. ƏDV məqsədləri üçün maliyyə lizinqi əməliyyatı maliyyə xidmətlərinin tərkib hissəsi kimi ƏDV-dən azad edilir. Belə ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə görə, maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur».

«Amma təəssüflər olsun ki, gömrük orqanları lizinq müqaviləsi ilə ölkəyə idxal edilən mallardan qanunsuz və əsassız olaraq ƏDV tələb edirlər. Bu da ölkəmizdə investisiya yatırımının qarşısını alır, investorların hüquqlarının pozulmasına gətirib çıxarır. Həmin şirkətlərdən biri də “Şimal Servis” MMC-dir ki, hal hazırda bu problemlə üzləşdiyi üçün idxal etdiyi mallar qanunsuz olaraq gömrük orqanlarında saxlanılır»-deyə şirkətdən FED.az-a bildirilib.

Məsələnin detalları barədə FED.az-a məlumat verilərək «Şimal Servis»dən bildirilib ki, sözügedən tibbi avadanlıq ölkəyə 3 tərəfli imzalanan lizinq müqaviləsi əsasında Almaniyadan gətirilir. Müqavilə apreldə bağlanılıb, avadanlıq isə Bakıya avqustun 8-də daxil olub. İndi Bakı Baş Gömrük İdarəsinin anbarında saxlanılır.

Avadanlığın dəyəri 72 759 avrodur və ona aid büün ödənişlər həyata keçirilib. Amma avqustun 8-dən təqribən 2 ay keçməsinə baxmayaraq şirkət hələ də mallarını rəsmiləşdirib bitirə bilməyib. Səbəbi odur ki, gömrük xidməti şirkətdən 13 min avro ƏDV ödəməyi də tələb edir.

«Şimal Servis» bununla bağlı bir neçə dəfə Komitənin rəhbərliyinə müraciət etsə də, və qəbula yazılsa da, görüşmək mümkün olmayıb və məsələ həllini tapmayıb. Doğrudur, Gömrük Komitəsinin Apellyasiya Şurasına müraiciətinən sonra malın buraxılışına icazə verilib və bəyannaməyə möhür vurulub: «Amma avadanlığı gömrük ərazisindən çıxaranda yenidən geri qaytarıb və bəyannaməni də geri aldılarıb. Dedilər ki, rəhbərlik icazə vermədi».

Gömrük Komitəsindən şirkətə bildirilir ki, ƏDV-nin tətbiq edilməsinin səbəbi odur ki, şirkət bu malı istehsalçının özündən deyil vasitəçidən alıb. Amma şirkətdə bu arqumenti əsasız sayırlar: «Bu şirkətin şərtləri daha sərfəlidir, biz həmin avadanlığın pulunu hissə hissə ödəyirik».

Müraciətlərin nəticəsiz qaldığını görən şirkət Komitəni məhkəməyə verməyə qərara alıb: «Sonuncu dəfə avqustun 15-də komitəyə müraciət etdik, pretenziya qaydasında, yəni məhkəmədən əvvəl müraciət formasında».

Bölmənin digər xəbərləri

13 Oktyabr 2019 “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın tranzit gəlirlərini artıracaq
12 Oktyabr 2019 İpoteka kreditləri üçün əlavə 45 milyon ayrılacaq
11 Oktyabr 2019 Azərbaycanda turoperatorların gəlirləri çoxalıb
11 Oktyabr 2019 Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib
11 Oktyabr 2019 Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
11 Oktyabr 2019 BMT-nin pulları qurtarır: təşkilat ağır maliyyə böhranındadır
09 Oktyabr 2019 Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq –Saziş imzalandı
09 Oktyabr 2019 “Ziraat Bank Azərbaycan” ın rəhbəri ilə bağlı ŞOK İDDİA-FOTO
08 Oktyabr 2019 Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…
06 Oktyabr 2019 “2023-cü ildə qeyri-neft ixracımızın 3 milyard dolları ötməsi gözlənilir” – Şahin Mustafayev
05 Oktyabr 2019 Girov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏRGirov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏR
02 Oktyabr 2019 Azərbaycan nefti ucuzlaşdı
01 Oktyabr 2019 Ayda 200 manat maaş alır, 79 MİLYON MANAT VERGİ BORCU VAR – AZƏRBAYCANDA ŞOK
30 Sentyabr 2019 IFC Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir
28 Sentyabr 2019 Azərbaycan iqtisadiyyatının prioritetləri - təhlil
27 Sentyabr 2019 «Bahadırsa, deməli, keyfiyyətlidir» düzdürmü? - ARAŞDIRMA
25 Sentyabr 2019 Trampın BMT-dəki çıxışından sonra neftin qiyməti ucuzlaşıb
24 Sentyabr 2019 66 ölkə karbon qazı emissiyasını sıfra endirməyi vəd edir –2050-ci ilə qədər
22 Sentyabr 2019 Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?
22 Sentyabr 2019 MBNP tərcümə biznesinə başlayıb? - banklara qəribə tövsiyə

Dünyapress TV

Xəbər lenti