Girov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏR

Azərbaycanda əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına xidmət üçün sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan Oxu.Az-a verilən məlumata görə, son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyi daha da artırılıb.

Həyata keçirilmiş islahatlar çərçivəsində ölkədə kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına faiz subsidiyalarının verilməsi kimi maliyyə dəstəyi aləti yaradılıb.

2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinin tətbiqinə başlanılıb, bu dövr ərzində Fondun dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də, digər sənaye məhsullarının istehsalı və emalı) 41,759,000 manat məbləğində sahibkarlıq kreditlərinin verilməsinə nail olunub.

Dövr ərzində Fond tərəfindən mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb.

Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib.

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb.

Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Devalvasiyadan 5 il sonra: Hələ də “barıt çəlləyinin” üstündəyik
27 Fevral 2020 İranla Avropa İttifaqı arasında hesablaşma mexanizmi işə salındı –ABŞ-ın sanksiyasından xilas yolu tapıldı?
26 Fevral 2020 “Koronavirus Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək” –İqtisadçıdan detallı şərh
25 Fevral 2020 Türkiyənin Naxçıvanla sərhədi bağlaması: "Əhali daha çox ərzaq almağa çalışır"
25 Fevral 2020 Anar Həsənov: “Kredit portfelini təkmilləşdirib faizləri azaldacağıq” – MÜSAHİBƏ
25 Fevral 2020 İrandan Azərbaycana məhsul idxalı dayandırılır
24 Fevral 2020 Sovet vaxtı "öləni" indi diriltmək məcburiyyətindəyik: o yoxdursa, pul da yoxdur
22 Fevral 2020 Aldadılan istehlakçılar, varlanan zərgərlər – VİDEO
21 Fevral 2020 Avtomobil kreditlərinə qoyulan məhdudiyyət götürülə bilər - Məsələ gündəmdədir
21 Fevral 2020 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlandı
21 Fevral 2020 Azərbaycan milyonlar itirir: Hotellər nə zaman qazandıracaq?
21 Fevral 2020 Çirkli pulları "yuyurlar" - rəsmi icazə verildi
20 Fevral 2020 Qızılın qiyməti 7 il sonra REKORD HƏDDƏ ÇATDI
18 Fevral 2020 Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?
18 Fevral 2020 Siqaretlə bağlı qərar verildi: 28 manatdan...
18 Fevral 2020 Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksi dərəcələr artırılıb
14 Fevral 2020 Bu ölkədə 1 milyard barrel neft ehtiyatı aşkarlandı
13 Fevral 2020 "Qaz armageddonu": nə baş verir?
13 Fevral 2020 “Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı oldu - YENİLƏNİB+FOTO
13 Fevral 2020 DİN bu şəxslərə xəbərdarlıq etdi: “Cəriməni ödəmədən...”

Dünyapress TV

Xəbər lenti