Ayda 200 manat maaş alır, 79 MİLYON MANAT VERGİ BORCU VAR – AZƏRBAYCANDA ŞOKQuba rayonundakı Babayevlər ailəsi Azərbaycanın tarixində ən böyük vergi ödəyicilərindən ola bilər, əgər adlarına olan nəhəng vergi borcunu ödəsələr.

FED.az xəbər verir ki, Elxan və Nail Babayev qardaşlarının nə az, nə çox, düz 81 milyon manat vergi borcu var.

Amma maraqlıdır ki, onlar bu borcun necə yarandığından xəbərsiz olublar. Adında 79 milyon manat vergi borcu olan 1985-ci il təvəllüdlü Elxan Babayev ayda 200 manata gözətçi işləyir. Qardaşı Nail isə ümumiyyətlə işsizdir. E.Babayev FED.az-a bildirir ki, indi oliqarxlar qədər vergi borcu olan ailə borcunu ödəməkdən çox, bu məbləğdə vergi borcunun necə yarandığını araşdırmaqla məşğuldurlar.

Babayevlər ailəsi Qubanın Nüqədi kəndində yaşayırlar. Elxan Babayev belə böyük vergi borcunun olduğunu 2 il əvvəl bilib: «2017-ci ilin martın 21-də məni Nüqədi bələdiyyəsinə çağırıb dedilər borcun var, səni axtarırlar, ödəmək lazımdır. Vergilər idarəsinə yaxınlaşdım, dedilər sizin 79 milyon manat borcunuz var. Ona qədər mənim heç nədən xəbərim yox idi».

İndiyədək heç bir bizneslə məşğul olmayan Elxan Babayevin hesabında bir qəpik də pul yoxdur, daha dəqiqi ümumiyyətlə bank hesabı yoxdur. Bu borcun da necə yaranmasını təsəvvür edə bilmir: «Mən heç vaxt bizneslə məşğul olmamaışam. Heç kreditim də olmayıb. Bu borcun necə yarandığını da bilmirəm».

Artıq dəqiqdir ki, Elxan Babayevin və qardaşının sənədlərindən istifadə edərək şirkətlər yaradıblar və biznes quraraq vergidən yayınıblar. Qadaşlar 4-5 il bundan əvvəl bir müddət Bakıda və Sumqayıtda tikintidə işləyiblər. Rayona qayıtmazdan iki il əvvəl Şıxov ərazisində gündəlik 20 manat müqabilində muzdlu fəhlə işləyərkən şirkətin rəhbəri bir neçə fəhlənin şəxsiyyət vəsiqəsini tələb edib. O zaman vəsiqələrin sənədləşmə işi üçün lazım olduğunu bildiriblər: «Çox güman ki, sənədlərimin surətini çıxarıb istifadə ediblər».

Məsələni araşdıranda məlum olub ki, Elxan Babayev milyonlarla dövriyyəsi olan 5 müxtəlif şirkətin təsisçisidir. Həmin şirkətlər böyük tenderləri qazanaraq ölkədə milyonlarla manatlıq işlər görüb. Həmin dövrdə isə Elxan özü ayda 200 manat maaşla mühafizəçi işləyib.

Onun şəxsiyyət vəsiqəsi ilə 5 şirkət təsis edən şəxs və yaxud şəxslərin kimliyi isə hələ də ona məlum deyil: «5 şirkətin rəhbəri kimi gedir adım. Yalnız birinin adını dedilər - «Kapella» MMC-dir. Bizə dedilər ki, bu şirkətlər ASAN pəncərə vasitəsi ilə, Şəmkirdə açılıb».

Bir qədər sonra Elxanın qardaşı Nail Babayev də vergiyə çağrılıb və məlum olub ki, onun da böyük vergi borcu var: «Sonra qardaşıma zəng gəldi. Dedilər sizin vergiyə borcunuz var. Onda azdır, «cəmi» 2 milyon manat». Beləliklə Babayevlər ailəsi hazırda dövlətə 81 milyon manat borcludur.

Elxan Babayev məsələnin araşdırılması üçün ölkə rəhbərliyindən tütmuş Vergilər Nazirliyi, DİN, DTX kimi qurumlara müraciət edib, hələlik nəticəsi yoxdur: «Bütün aidiyyatı orqanlara yazılı sürətd müraciət ertmişəm. Bu yaxınlarda Vegilər Nazirinin qəbulunda olmalıyam. Vergilər Nazilriyindən gələn məktubda qeyd olunur ki, məsələ aradşrılır. Üstündən 3 il keçib bu məsələ ilə bağlı heç bir xəbər yoxdur. Nə kimsə tutulmayıb, nə də bir xəbər var».

Məsələnin əslində ona aid olmadığı aydınlaşsa da, Quba rayon məhkəməsinin qəraraına görə, Elxanın və qardaşının ölkədən çıxmasına qadağa qoyulub. E.Babayev bu qərarı gülüşlə qarşılayır: «onsuz da kasıb adamam hara çıxacam ki, amma bu məsələ araşdırılmalıdır ki, kim edib».

Elxan və qardaşı – 1981-ci il təvəllüdlü Natiq Babayev 2 ay əvvəl Vergilər naziri Mikayıl Cabbarovun qəbuluna yazılsalar da görüşə bilməyiblər. Sentyabrın sonunda da qəbula düşmək mümkün olmayıb: «Vergilərdən dedilər ki, heç olmasa, az-az da olsa, ödəməyə başla. Bu qədər borcu.200 manat əmək haqqı ilə necə ödəyim?».

Bölmənin digər xəbərləri

13 Oktyabr 2019 “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın tranzit gəlirlərini artıracaq
12 Oktyabr 2019 İpoteka kreditləri üçün əlavə 45 milyon ayrılacaq
11 Oktyabr 2019 Azərbaycanda turoperatorların gəlirləri çoxalıb
11 Oktyabr 2019 Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib
11 Oktyabr 2019 Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
11 Oktyabr 2019 BMT-nin pulları qurtarır: təşkilat ağır maliyyə böhranındadır
09 Oktyabr 2019 Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq –Saziş imzalandı
09 Oktyabr 2019 “Ziraat Bank Azərbaycan” ın rəhbəri ilə bağlı ŞOK İDDİA-FOTO
08 Oktyabr 2019 Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…
06 Oktyabr 2019 “2023-cü ildə qeyri-neft ixracımızın 3 milyard dolları ötməsi gözlənilir” – Şahin Mustafayev
05 Oktyabr 2019 «Gömrük bizdən qanunsuz ƏDV tələb edir» – ŞİRKƏTDƏN ŞİKAYƏT
05 Oktyabr 2019 Girov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏRGirov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏR
02 Oktyabr 2019 Azərbaycan nefti ucuzlaşdı
30 Sentyabr 2019 IFC Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir
28 Sentyabr 2019 Azərbaycan iqtisadiyyatının prioritetləri - təhlil
27 Sentyabr 2019 «Bahadırsa, deməli, keyfiyyətlidir» düzdürmü? - ARAŞDIRMA
25 Sentyabr 2019 Trampın BMT-dəki çıxışından sonra neftin qiyməti ucuzlaşıb
24 Sentyabr 2019 66 ölkə karbon qazı emissiyasını sıfra endirməyi vəd edir –2050-ci ilə qədər
22 Sentyabr 2019 Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?
22 Sentyabr 2019 MBNP tərcümə biznesinə başlayıb? - banklara qəribə tövsiyə

Dünyapress TV

Xəbər lenti