Azərbaycan iqtisadiyyatının prioritetləri - təhlil
Prezident İlham Əliyev 20 Sentyabr 2019-cu ildə "Əsrin kontraktı"nın 25 illiyinə həsr olunmuş tədbirdə "neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirib.

Azərbaycan neft-qaz ölkəsi olduğundan və ölkəyə neft dollarları axdığından prezidentin bu bəyanatında qeyri-adi heç nə yoxdur. Ölkə yaxınlarda həm də böyük qaz gəlirləri əldə edəcək və bu baxımdan neft-qaz gəlirləri indi və yaxın prespektivdə ölkə iqtisadiyyatı üçün prioritet olacağı mübahisə predmeti deyil.

Bununla belə, bəzi iqtisadçılar prezidentin sentyabrın 26-da Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman dediyi "Neft və qaz sahəsindən asılılığın azaldılması əsas prioritetlərimizdəndir" sözlərinin birinci bəyanatla ziddiyyət təşkil etdiyini iddia edir. Ancaq burada ziddiyyətdən söhbət fedə bilməz. Çünki bir prioritet o birini istisna etmir, əksinə, bir-birini tamamlayır.

Azərbaycan əldə etdiyi neft gəlirlərinin bir hissəsini qeyri-neft sektorunun inkişafına xərcləyir. Məsələn, Azərbaycan hökuməti həm də kənd təsərrüfatının inkişafını orioritet seçib. Təbii ki, məğul əhalinin 38 faizinin çalışdığı aqrar sektorun inkişafı çox önəmlidir və neft gəlirlərinin bu istiqamət üzrə xərclənməsi həm elmi, həm də praktiki baxımdan anlaşılandır.

Bundan başqa, hökumət həm də turizmin inkişafını prioritet seçib. Bu da anlaşılandır. Çünki Dünya Bankının hesablamalarına görə, post-neft dövründə Azərbaycanın iqtisadiyyatının ağırlıq mərkəzi 2 sektorun - kənd təsərrüfatı və turizmin üzərinə düşəcək. Bu baxımdan neft gəlirlərindən faydalanıb, bu 2 sektorun dayanaqlı inkişafını təmin etmək normaldır. Yəni sistemsizlikdən yox, sistemli fəaliyyətdən söhbət gedə bilər.

Təbii ki, qeyri-neft sektorunun, o cümlədən də kənd təsərrüfatı və turizmin problemləri çoxdur və oroblemlərin həll edildiyini söyləmək olmaz. Ancaq əsas məsələ budur ki, problemlərin çözülməsinə start verilib, maliyyə mənbəyi də neft gəlirləridir. Yəni prioritetlər bir-birini tamamlayır.

Qadir İBRAHİMLİ

Bölmənin digər xəbərləri

15 Noyabr 2019 OPEC: Azərbaycanda gündəlik neft hasilatı artacaq
13 Noyabr 2019 "XalqBank" 17 milyon dollar qanunsuz kredit verib - ŞOK FAKTLAR
13 Noyabr 2019 Azərbaycanda orta aylıq əmək haqqı 600 manatı keçib
13 Noyabr 2019 Paslı ayaqqabıları min dollardan baha satacaqlar
13 Noyabr 2019 Professor Saleh Məmmədov: “Dəmir yolu – gələcəyin nəqliyyatıdır”
12 Noyabr 2019 Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 2019 Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri dördüncü ticarət məclisi keçirilib
12 Noyabr 2019 Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
12 Noyabr 2019 "Alibaba" bir gündə satışdan 38,4 milyard dollar qazanıb
12 Noyabr 2019 Azərbaycan bankları bir-birinə güvənmir - Nağdlaşdırma zamanı niyə komissiya tutulur?
12 Noyabr 2019 Evini satmaq istəyənlərə Şad xəbər
11 Noyabr 2019 Əbu-Dabidə beynəlxalq neft-qaz məsələləri müzakirə edilib – FOTO – VİDEO
11 Noyabr 2019 SOCAR prezidenti dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib – FOTOLAR
10 Noyabr 2019 Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...
09 Noyabr 2019 "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sabahdan sərnişinlərin istifadəsinə veriləcək
09 Noyabr 2019 “Azərbaycanda 1000 kubmetr qazın istehlakçıya çatdırılması 156 manata başa gəlir” –Ekspert
08 Noyabr 2019 BVF: Dünya ölkələrinin borcu 188 trilyon dollar rekord həddə çatıb
07 Noyabr 2019 AZƏRBAYCANDA ORTA AYLIQ PENSİYA 293 MANAT OLACAQ
06 Noyabr 2019 Özbəkistan BTQ ilə daşımalara başlamaq niyyətindədir
04 Noyabr 2019 Mehriban Əliyeva 650 min ağac əkilməsinə start verib, Qubada isə əksinə- AĞAC SOYQIRIMI GEDİR

Dünyapress TV

Xəbər lenti