66 ölkə karbon qazı emissiyasını sıfra endirməyi vəd edir –2050-ci ilə qədər
Birləşmiş Millətlər Təşkilatı Nyu York şəhərində böyük iqlim sammitinə başlayıb.

Burada dünya liderləri karbon qazı emissiyalarının azaldılması sahəsində görülmüş və görüləcək işlər barədə hesabat verəcəklər.

Çıxış edənlərin arasında Fransa prezidenti Emmanuel Makronun və Britaniyanın baş naziri Boris Consonun da olacağı gözlənilir.

Bir gün davam edəcək tədbiri açan BMT baş katibi Antonio Quterreş deyib ki, 2050-ci ilədək dünyanın atmosferindəki karbonu sabitləşdirmək üçün indidən hərəkətə keçilməlidir:

“Yer tükürpədici bir səslə hayqırır: “Dayanın”. Əgər biz təcili qaydada həyat tərzimizi dəyişməsək həyatını özünü təhlükədə qoyacağıq”.

ABŞ prezidenti Donald Trampın bu yığıncaqda çıxışı gözlənilmirdi.

Lakin o BMT-nin sammitinə gəlib və nitqlərə qulaq asıb.

Gələn il keçiriləcək beynəlxalq iqlim danışıqlarından əvvəl 66 ölkə BMT-yə 2050-ci ilədək karbon qazı emissiyalarını sıfra endirəcəyini vəd edib.

2015-ci il Paris Razılaşamasına uyğun olaraq ölkələr qlobal temperaturu sənayeyəqədərki dövrdən iki dərəcə çox olaraq saxlamaq razılığına gəliblər. Bundan sonra bu rəqəmin 1, 5 dərəcə olmasına çalışalacaq.

Buna baxmayaraq alimlər bildirirlər ki, qlobal istiləşmənin əlamətləri və təsirləri sürətlənməkdədir.

Dünya Meteorologiya Təşkilatı bildirir ki, temperatur 1850-ci illərdən bəri 1, 1 dərəcə artıb və 2011 və 2015-ci illər arasında daha 0.2 dərəcə yüksəlib.

2015-2019-cu illər arasında istixana qazlarının atmosferə atılması əvvəlki 5 illə müqayisədə 20 faiz artıb. (azadliq.org)

Bölmənin digər xəbərləri

27 Fevral 2020 Devalvasiyadan 5 il sonra: Hələ də “barıt çəlləyinin” üstündəyik
27 Fevral 2020 İranla Avropa İttifaqı arasında hesablaşma mexanizmi işə salındı –ABŞ-ın sanksiyasından xilas yolu tapıldı?
26 Fevral 2020 “Koronavirus Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyəcək” –İqtisadçıdan detallı şərh
25 Fevral 2020 Türkiyənin Naxçıvanla sərhədi bağlaması: "Əhali daha çox ərzaq almağa çalışır"
25 Fevral 2020 Anar Həsənov: “Kredit portfelini təkmilləşdirib faizləri azaldacağıq” – MÜSAHİBƏ
25 Fevral 2020 İrandan Azərbaycana məhsul idxalı dayandırılır
24 Fevral 2020 Sovet vaxtı "öləni" indi diriltmək məcburiyyətindəyik: o yoxdursa, pul da yoxdur
22 Fevral 2020 Aldadılan istehlakçılar, varlanan zərgərlər – VİDEO
21 Fevral 2020 Avtomobil kreditlərinə qoyulan məhdudiyyət götürülə bilər - Məsələ gündəmdədir
21 Fevral 2020 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlandı
21 Fevral 2020 Azərbaycan milyonlar itirir: Hotellər nə zaman qazandıracaq?
21 Fevral 2020 Çirkli pulları "yuyurlar" - rəsmi icazə verildi
20 Fevral 2020 Qızılın qiyməti 7 il sonra REKORD HƏDDƏ ÇATDI
18 Fevral 2020 Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?
18 Fevral 2020 Siqaretlə bağlı qərar verildi: 28 manatdan...
18 Fevral 2020 Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksi dərəcələr artırılıb
14 Fevral 2020 Bu ölkədə 1 milyard barrel neft ehtiyatı aşkarlandı
13 Fevral 2020 "Qaz armageddonu": nə baş verir?
13 Fevral 2020 “Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı oldu - YENİLƏNİB+FOTO
13 Fevral 2020 DİN bu şəxslərə xəbərdarlıq etdi: “Cəriməni ödəmədən...”

Dünyapress TV

Xəbər lenti