MBNP tərcümə biznesinə başlayıb? - banklara qəribə tövsiyə
Maliyyə Bazarlarına Nəzarət Palatası 16 sentyabrda banklara məktub göndərərək tövsiyə edib ki, müştərilər tərəfindən xaricə köçürmələr həyata keçirilərkən xarici dillə birgə Azərbaycan dilində tərtib edilmiş müqavilələr və ya xarici dillərdə tərtib edilmiş müqavilələrlə yanaşı həmin müqavilələrin Azərbaycan dilinə tərcümə edilmiş nüsxələri də əməliyyatla bağlı sənədlərə əlavə olunsun.


AFN xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, artıq banklar müştərilərinə bunu tövsiyə etməyə başlayıb: "Əlbəttə, hər kəs başqasına tövsiyə verə bilər. Amma nəzarət orqanı tövsiyə verəndə təbii, nəzarət olunan bunu göstəriş kimi başa düşür. Nəzarət olunanın müştərisi də, çünki əks halda işi çətinə düşə bilər. Buna görə də Palatanın bu “tövsiyəsi” biznes üçün əlavə əngəldən başqa bir şey deyil! Sahibkarlığa dəstək, xarici investisiyaların cəlb edilməsi və s. necə olsun bəs? Palata maliyyə sektorunu inkişaf etdirə bilmir deyə keçib tərcümə biznesinin inkişafına? Bəlkə öz “obyektləri” də var bu biznesdə?
Yaxud da sadəcə Palatada xarici dilləri bilən yoxdur. Amma məsələ burasındadır ki, banklarda xarici dilləri bilən çoxdur, buna görə də onlar üçün müqavilələrin xarici dillərdə olması problem deyil. Vaxt var idi banklar Mərkəzi Bankın kadrlarına göz dikmişdi, çünki Mərkəzi Bank həqiqətən güclü kadrlar yetişdirirdi. İndi isə bankların kadr potensialı Palatanın kadr potensialından, savadından qat-qat yüksəkdir. Savadsızlar savadlılara nəzarət edəndə nəticəsi belə olur…

Bölmənin digər xəbərləri

13 Oktyabr 2019 “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın tranzit gəlirlərini artıracaq
12 Oktyabr 2019 İpoteka kreditləri üçün əlavə 45 milyon ayrılacaq
11 Oktyabr 2019 Azərbaycanda turoperatorların gəlirləri çoxalıb
11 Oktyabr 2019 Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib
11 Oktyabr 2019 Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
11 Oktyabr 2019 BMT-nin pulları qurtarır: təşkilat ağır maliyyə böhranındadır
09 Oktyabr 2019 Rusiya və Türkiyə milli valyutada hesablaşma aparacaq –Saziş imzalandı
09 Oktyabr 2019 “Ziraat Bank Azərbaycan” ın rəhbəri ilə bağlı ŞOK İDDİA-FOTO
08 Oktyabr 2019 Fazil Məmmədovun bankı rəsmən çökdü – Yüksək vəzifəli şəxslər…
06 Oktyabr 2019 “2023-cü ildə qeyri-neft ixracımızın 3 milyard dolları ötməsi gözlənilir” – Şahin Mustafayev
05 Oktyabr 2019 «Gömrük bizdən qanunsuz ƏDV tələb edir» – ŞİRKƏTDƏN ŞİKAYƏT
05 Oktyabr 2019 Girov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏRGirov tələbi götürüldü: Sahibkarlara - ŞAD XƏBƏR
02 Oktyabr 2019 Azərbaycan nefti ucuzlaşdı
01 Oktyabr 2019 Ayda 200 manat maaş alır, 79 MİLYON MANAT VERGİ BORCU VAR – AZƏRBAYCANDA ŞOK
30 Sentyabr 2019 IFC Azərbaycana birbaşa investisiyaların cəlb olunması imkanlarını öyrənir
28 Sentyabr 2019 Azərbaycan iqtisadiyyatının prioritetləri - təhlil
27 Sentyabr 2019 «Bahadırsa, deməli, keyfiyyətlidir» düzdürmü? - ARAŞDIRMA
25 Sentyabr 2019 Trampın BMT-dəki çıxışından sonra neftin qiyməti ucuzlaşıb
24 Sentyabr 2019 66 ölkə karbon qazı emissiyasını sıfra endirməyi vəd edir –2050-ci ilə qədər
22 Sentyabr 2019 Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?

Dünyapress TV

Xəbər lenti