Kölgədəki milyardlar üzə çıxacaqmı?
Ölkədə kölgə iqtisadiyyatının payının 40 faizdən yuxarı olduğu deyilir.

Bu haqda rəsmi informasiya olmasa da, müstəqil ekspertlərin müxtəlif araşdırmaları var. Bu araşdırmalar göstərir ki, kölgə iqtisadiyyatı hesabına oliqarxlar böyük rəqəmlərlə ifadə olunan milyonlara sahib olublar. Bu hesabla bəzi indiki və keçmiş oliqarx məmurların böyük biznes imperiyasına sahib olduqlarını, onların rəhbərlik etdiyi holdinqlərin nizamnamə kapitalını diqqətə alsaq, onların kölgə iqtisadiyyatının ən böyük iştirakçıları olduğunu söyləmək olar.

Kölgə iqtisadiyyatında böyük pay sahibi olan oliqarx məmurların biznes tarixçəsinin məmurluqla eyni dövrə aid olması bu məsələdə həqiqət payının nə qədər çox olduğunu göstərir. Məsələn, keçmiş vergilər naziri Fazil Məmmədov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, nəqliyyat naziri Ziya Məmmədov, o cümlədən hazırda da işləyən bir sıra icra başçıları, bəzi deputatlar və digər məmurlar da vəzifə ilə yanaşı, həm də biznes sahibinə çevriliblər. Digər maraqlı məqam isə məmurlara məxsus şirkətlərin nizamnamə kapitalının sözün həqiqi mənasında “gülünc” rəqəm olmasıdır. Məsələn, Fazil Məmmədovun sahibi olduğu “ATA HOLDİNG”in nizamnamə kapitalı cəmi 9 manatdır. Amma sözügedən holdinqin tərkibində hotellər, restoranlar, istehsal müəssisələri, bank və sığorta şirkəri fəaliyyət göstərir. 9 manatla bu böyüklükdə holdinq yaratmaq və idarə etmək isə iqtisadi nəzəriyyə baxımından "yenilik" və ya "kəşfdir".

Təbii ki, sabiq məmurların oliqarxa çevrilməsi vəzifə maaşları ilə mümkün olmayıb. Qeyd edək ki, Azərbaycanda vəzifə maaşları belədir:

- Baş nazir - 2460 + 615. Cəmi 3 075 manat.
- Baş nazirin birinci müavini - 2160 + 540. Cəmi 2 700 manat.
- Baş nazirin müavini - 2060 + 515. Cəmi 2 575 manat.
- Nazir və Komitə sədri - 1925 + 481,25. Cəmi 2 406,25 manat.
- Bakı şəhər İcra Hakimiyyətinin başçısı - 1925 + 481,25. Cəmi 2 406,25 manat.
- Gəncə və Sumqayıt şəhərlərinin İcra Hakimiyyətinin başçısı - 1280 + 320. Cəmi 1 600 manat.
- 100 mindən çox əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 1045 + 261,25. Cəmi 1 306,25 manat.
- 50-100 min əhalisi olan rayonların İcra Hakimiyyətinin başçısı - 990 + 247,5. Cəmi 1 237,5 manat.
- 50 min nəfərədək əhalisi olan rayonlarda İcra Hakimiyyətinin başçısı - 880 + 220. Cəmi 1100 manat.

Bu maaşlarla səhmləri milyardlarla dəyərləndirilən holdinq qurmaq mümkün deyil. “Biznesin qurulması üçün sərf olunan ilk investisya çirkli puldur” termini bu məqamda oliqarx məmurlara şamil olunur.

Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərlə bağlı açıqlamasında onları milyardları talamaqda ittiham etməsi bu məsələni yenidən gündəmə gətirib.

“Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Sən bütün nəsil-nəcabətini təmin etmisən. Çıx ortaya! Onlardan YAP Siyasi Şurasının, hətta İdarə Heyətinin üzvləri də var”-deyən S.Novruzov sabiq nazirləri açıq şəkildə prezidentə xəyanət etməkdə, xaricdə hakimiyyət əleyhinə olan qrupları maliyyələşdirməkdə, təxribat xarakterli məlumatlar yaymaqda ittiham edib. Siyavuş Novruzovun dediklərinə deputat həmkarları Tahir Rzayev, Hadi Rəcəbli və Elman Məmmədovdan da dəstək gəlib.

Bu cür ittihamın birbaşa hakim partiyanın rəhbərliyində təmsil olunan deputatdan gəlməsi sabiq nazirlərin milyardları mənimsəməsi ilə bağlı mütəmadi yayılan məlumatları təsdiqləmiş olur.

Sabiqlərdən Ziya Məmmədov və Fazil Məmmədov böyük biznes imperiyasının sahibi kimi “tarixə” düşüblər. Eldar Mahmudov və qudası, hazırda həbsdə olan Cahangir Hacıyev 10 milyard dolları ölkə xaricinə çıxarması, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə 2 milyard dollar mənimsəməsi xəbərləri ilə yadda qaldı.

Təbii ki, sözügedən mənimsəmələrin rəsmi qeydiyyata alınması mümkünsüzdür. Kölgə iqtisadiyyatının böyük ölçüdə olmasının da səbəbi məhz gizli yolla mənimsənilən, ölkədən çıxarılan, ofşor zonalara daşınan milyardlardır. Gizlədilən vəsaitlərin ölkə iqtisadiyyatına vurduğu zərbə isə 10 milyardlarla ölçülür.

Siyavuş Novruzovun da dediyi kimi, milyardları mənimsəyən oliqarx məmurların cəzasız qalması əslində, hazırda yaranan problemlərin əsas səbəbidir. Milyardların oğurlanmasında ittiham olunan sabiq nazirlərin bu gün ciddi resurslara sahib olması və YAP funksionerinin dediyi kimi, ölkə başçısına qarşı fəaliyyət göstərmələri əslində sabiqlərə “əcəl zəngi” kimi dəyərləndirilməlidir. Təklif olunur ki, həmin milyardlar şəffaf şəkildə ölkə iqtisadiyyatına yatırılsın. Ekspertlərin fikrincə, əgər həmin milyardlar iqtisadiyyata qaytarılsa, o zaman kölgə iqtisadiyyatının həcmi ən az 15-20 faiz azalar ki, bu da biznes mühitinin ciddi inkişafına səbəb olar.

Xatırladaq ki, ölkədən qanunsuz yolla çıxarılan, mənimsənilən milyardların geri qaytarılması üçün maliyyə amnistisiyasının elan olunması da bir müddətdir gündəmdədir. Hələlik bununla bağlı rəsmi məlumat olmasa da, bəzi rəsmilər də çıxışlarında dəfələrlə bu təklifə müsbət münasibət sərgiləyiblər. Son proseslərə nəzər saldıqda, görünən odur ki, yaxın zamanlarda maliyyə amnistiyası qəbul oluna bilər. Bu, sabiqlər üçün də son şans hesab olunur. /Cebhe.info/

Bölmənin digər xəbərləri

22 Sentyabr 2019 Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir?
22 Sentyabr 2019 MBNP tərcümə biznesinə başlayıb? - banklara qəribə tövsiyə
20 Sentyabr 2019 “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür
20 Sentyabr 2019 Artım var, rəqəm yox: Rəqəmlər statistikadan gizlədilir?
20 Sentyabr 2019 Neftin üzərində qara buludlar – Bu dəfə Ərəb Əmirlikləri vurula bilər
20 Sentyabr 2019 Dar günümüzün dostları: Neftin əvəzində ölkəmizə pul gətirənlər
19 Sentyabr 2019 Neft qiymətləri ucuzlaşıb, Səudiyyə Ərəbistanı zədələnmiş obyektləri bərpa edir
17 Sentyabr 2019 2 TƏHSİL NAZİRİ DƏYİŞİB, QANUNUN TƏLƏBİ İSƏ HƏLƏ YERİNƏ YETİRİLMİR: - MİLYONLAR BELƏCƏ ÖLKƏDƏN AXIR
16 Sentyabr 2019 KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
14 Sentyabr 2019 “Neft 40 dollara düşəcək, hazırlaşın…” – Rusiyanın keçmiş iqtisadi inkişaf naziri
14 Sentyabr 2019 Azərbaycan iqtisadi azadlığa görə 116, Gürcüstan 12-ci yerdə
12 Sentyabr 2019 Səfər Mehdiyev ABŞ-ın qadağa qoyduğu Çin şirkəti ilə əməkdaşlığa başlayır - Müqavilə imzalandı
12 Sentyabr 2019 Əkin sahəsilə bazar arasında 5 dəfə fərq var, KTN isə kefdədir - Kef Təsərrüfatı Nazirliyi
11 Sentyabr 2019 Direktor, müavinlər, mühasiblər, dərs hissə müdirləri… –Onların da maaşları qalxdı
11 Sentyabr 2019 Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşları da artırıldı –Nazirlər Kabinetindən daha bir qərar
10 Sentyabr 2019 KƏSKİN BAHALAŞMA! – Səbəb nədir? + VİDEO
10 Sentyabr 2019 Azərbaycan şirkətlərinin Türkiyədəki kapitalı nə qədərdir?- Statistika
05 Sentyabr 2019 Gizli iqtisadiyyat leqallaşmağa başlayır - təhlil
05 Sentyabr 2019 Abşerondan kənara çıxmayan bankın - PROBLEMLİ KREDİTLƏRİ MƏLUM OLDU
03 Sentyabr 2019 Rövnəq Abdullayev işçilərin maaşını artırdı- ƏMƏK HAQQI 20% ARTIRILIB

Dünyapress TV

Xəbər lenti