Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşları da artırıldı –Nazirlər Kabinetindən daha bir qərar
Baş nazir Novruz Məmmədov Daxili İşlər Nazirliyinin əməkdaşlarının maaşları haqqında qərar imzalayıb.

Teref.az xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiqlənib.

Qərarla həmçinin Daxili İşlər Nazirliyinin (DİN) dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri, DİN dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq olunub.

Maliyyə Nazirliyinə Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirmək, Daxili İşlər, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu Qərarın əlavəsində nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyən etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artımı ilə əlaqədar olaraq bu Qərarın 1-ci hissəsində göstərilən xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanunu ilə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin büdcədən maliyyələşən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərini müəyyən etmək tapşırılıb.

Bölmənin digər xəbərləri

17 Sentyabr 2019 2 TƏHSİL NAZİRİ DƏYİŞİB, QANUNUN TƏLƏBİ İSƏ HƏLƏ YERİNƏ YETİRİLMİR: - MİLYONLAR BELƏCƏ ÖLKƏDƏN AXIR
16 Sentyabr 2019 KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
14 Sentyabr 2019 “Neft 40 dollara düşəcək, hazırlaşın…” – Rusiyanın keçmiş iqtisadi inkişaf naziri
14 Sentyabr 2019 Azərbaycan iqtisadi azadlığa görə 116, Gürcüstan 12-ci yerdə
12 Sentyabr 2019 Səfər Mehdiyev ABŞ-ın qadağa qoyduğu Çin şirkəti ilə əməkdaşlığa başlayır - Müqavilə imzalandı
12 Sentyabr 2019 Əkin sahəsilə bazar arasında 5 dəfə fərq var, KTN isə kefdədir - Kef Təsərrüfatı Nazirliyi
12 Sentyabr 2019 Kölgədəki milyardlar üzə çıxacaqmı?
11 Sentyabr 2019 Direktor, müavinlər, mühasiblər, dərs hissə müdirləri… –Onların da maaşları qalxdı
10 Sentyabr 2019 KƏSKİN BAHALAŞMA! – Səbəb nədir? + VİDEO
10 Sentyabr 2019 Azərbaycan şirkətlərinin Türkiyədəki kapitalı nə qədərdir?- Statistika
05 Sentyabr 2019 Gizli iqtisadiyyat leqallaşmağa başlayır - təhlil
05 Sentyabr 2019 Abşerondan kənara çıxmayan bankın - PROBLEMLİ KREDİTLƏRİ MƏLUM OLDU
03 Sentyabr 2019 Rövnəq Abdullayev işçilərin maaşını artırdı- ƏMƏK HAQQI 20% ARTIRILIB
02 Sentyabr 2019 Məzahir Pənahovun maaşı 3060 manat oldu- SƏRƏNCAM
29 Avqust 2019 DGK VN-yə birləşdirilirmi? - "Bu addımı atmaq hələ tezdir, amma..."
28 Avqust 2019 Azərbaycana idxal edilən 92 və 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib
26 Avqust 2019 İNAM KƏRİMOV “ALVERÇİ MAFİYASI” İLƏ BACARMIR? - “BU QURUMLARIN İŞİNƏ NƏZARƏT OLMASA...”
25 Avqust 2019 “ŞAPKA MAMED”in BANKI ZİYANLA İŞLƏYİR – “TuranBank”ın yarım milyonluq zərəri
24 Avqust 2019 Azərbaycanda ucuzlaşan məhsulların- SİYAHISI
22 Avqust 2019 Azərbaycanda məmurların biznesinə böyük təhlükə - Qanun işə düşür

Dünyapress TV

Xəbər lenti