KƏSKİN BAHALAŞMA! – Səbəb nədir? + VİDEO
Əksər alıcılar paytaxt bazarlarındakı meyvə-tərəvəzin qiymətinin çox olmasından şikayətlənirlər. Bəs, bahalaşmanın əsas səbəbləri nələrdir?
ARB TV-nin “Günə Doğru” proqramında məsələ ilə bağlı maraqlı süjet hazırlanıb.

Bahalığın əsas səbəblərdən biri rayonlarda meyvə-tərəvəz yetişdirən fermerlərin şəhər bazarlarına çıxış probleminin olmasıdır. Rayonlardan meyvə-tərəvəz gətirilərək, paytaxt bazarlarındakı alverçilərə satılır. Bu alverçilər də həmin meyvə-tərəvəzin üzərinə istədikləri məbləği əlavə edərək satışa çıxarırlar.

Eyyub Hüseynov – AİB-Sədri: “Alverçilər səhərə kimi bazarda olurlar. Gecə kəndli gətirəndə ondan topdan-satış qiymətinə alırlar. Lakin baha qiymətə realizə edirlər”.

Leyla Məmmədova – AQRAR Tədarük və Təchizat ASC-nin Direktoru: “Fermer və son alıcı arasında bəzən kifayət qədər çox vasitəçi olur. Bu vasitəçilərin sayəsində qiymətlər sahədən çox fərqlənir. 20 qəpiyə olan pomidor Bakıda bəzən 2 manata satılır”.

Bu məhsulları alverçidən, yoxsa məhsulun yiyəsindən alırsınız?

Satıcı: “Alverçidən alsaq bizə sərf etmir, baha verir. Gətirəndən alanda həm bizim üçün, həm də alıcı üçün yaxşı olur”.

Satıcı: “Kəndli özü sata bilməz. Vaxt sərf etməlidir, geri qayıtmalıdır. Ona görə biz ondan məhsul alırıq. Hamı üstünə müəyyən qədər məbləğ qoyur”.

Satıcı: “Alverçidən alırıq. Mən yarım qəpik alıram, biri 2 qəpik qoyur. Beləcə gəlib çıxır 15 qəpiyə”.

Məhsul bolluğu yaratmaq və süni qiymət artımının qarşısını almaq məqsədilə artıq bir müddətdir ki, paytaxtda “Kənddən Şəhərə” yarmarkaları təşkil edilir. Bu yarmarkalarda fermerlerin iştirakı ödənişsizdir. Məhsulunu paytaxta gətirmək üçün nəqliyyat problemi olan fermerlər də nəzərə alınır.

Leyla Məmmədova – AQRAR Tədarük və Təchizat ASC-nin Direktoru: “Yarmarkada qeydiyyatdan keçmək istəyən fermer hər həftənin 4-cü gününə qədər bizdə iştirakı ilə bağlı və nə qədər məhsul çıxaracağını bildirdikdən sonra, biz cümə günü onun məhsullarını öz resurslarımız hesabına Bakı şəhərindəki yarmarkalara çatdıracağıq”.

Hazırda paytaxtın 2 ünvanında fəaliyyət göstərən yarmarkaların sayının ilin sonuna qədər 5-ə çatdırılması planlaşdırılır.

Bölmənin digər xəbərləri

21 Fevral 2020 Əhalinin banklarda olan əmanətlərinin məbləği açıqlandı
21 Fevral 2020 Azərbaycan milyonlar itirir: Hotellər nə zaman qazandıracaq?
21 Fevral 2020 Çirkli pulları "yuyurlar" - rəsmi icazə verildi
20 Fevral 2020 Qızılın qiyməti 7 il sonra REKORD HƏDDƏ ÇATDI
18 Fevral 2020 Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?
18 Fevral 2020 Siqaretlə bağlı qərar verildi: 28 manatdan...
18 Fevral 2020 Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksi dərəcələr artırılıb
14 Fevral 2020 Bu ölkədə 1 milyard barrel neft ehtiyatı aşkarlandı
13 Fevral 2020 "Qaz armageddonu": nə baş verir?
13 Fevral 2020 “Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı oldu - YENİLƏNİB+FOTO
13 Fevral 2020 DİN bu şəxslərə xəbərdarlıq etdi: “Cəriməni ödəmədən...”
12 Fevral 2020 "Exchange"lər geri qayıdır? (VİDEO)
12 Fevral 2020 Bizim deputatlar çox qazanır yoxsa xaricilər? - Deputatlara ən çox maaş verən ölkələr - SİYAHI
11 Fevral 2020 Türkmənistan Ermənistana qaz satacaq - Ermənilər Azərbaycanın mane olacağından ehtiyatlanır
11 Fevral 2020 Bu məhsulların satışı və idxalına nəzarət gücləndirilir
09 Fevral 2020 Azərbaycanda yeni avtomobillər istehsal ediləcək - VİDEO
07 Fevral 2020 Dünya bahalaşma dalğası ilə silkələnir....
06 Fevral 2020 1 milyondan çox vətəndaşa MÖHTƏŞƏM XƏBƏR - Pensiyaları BU QƏDƏR ARTIRILDI
06 Fevral 2020 Azərbaycan gömrüyündə “qızıl” qayda
06 Fevral 2020 Bakı taksilərində vahid qiymət tətbiq olunacaq — Köhnə taksilərin aqibəti necə olacaq? (AÇIQLAMA)

Dünyapress TV

Xəbər lenti