Azərbaycan şirkətlərinin Türkiyədəki kapitalı nə qədərdir?- Statistika
Bu ilin yanvar-iyul aylarında Türkiyədə Azərbaycan kapitalı olan 109 şirkət qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9 şirkət çoxdur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin yeddi ayı ərzində Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 15,278 milyon türk lirəsi olduğu halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 33,919 milyon türk lirəsi təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan şirkətlərinin əksəriyyəti, ümumi kapitalı 11,521 milyon türk lirəsi olan İstanbulda (89 şirkət) qeydiyyata alınıb.

Göstərilən müddətdə Türkiyənin Antalya vilayətində Azərbaycan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb. Bu ilin yeddi ayı ərzində Antalya əyalətində qeydə alınan Azərbaycan şirkətlərinin ümumi kapitalı 1,777 milyon lirə təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında Türkiyədə üç mədən, 12 sənaye, 11 tikinti, topdan və pərakəndə ticarətdə 53 şirkət, altı turizm şirkəti, eyni zamanda, Azərbaycan kapitalı olan bir maliyyə və sığorta şirkəti qeydiyyata alınıb. Azərbaycan kapitalı ilə qalan 23 şirkət iqtisadiyyatın digər sahələrində iştirak edir.

Hesabat dövründə qeydə alınan topdan və pərakəndə ticarətdə 53 şirkətin ümumi kapitalı 8,373 milyon lirə təşkil edib.

Bölmənin digər xəbərləri

20 Fevral 2020 Qızılın qiyməti 7 il sonra REKORD HƏDDƏ ÇATDI
18 Fevral 2020 Azərbaycanda avtomobili sığortalamaq neçəyə başa gəlir?
18 Fevral 2020 Siqaretlə bağlı qərar verildi: 28 manatdan...
18 Fevral 2020 Azərbaycana idxal edilən spirtli və energetik içkilər üçün aksi dərəcələr artırılıb
14 Fevral 2020 Bu ölkədə 1 milyard barrel neft ehtiyatı aşkarlandı
13 Fevral 2020 "Qaz armageddonu": nə baş verir?
13 Fevral 2020 “Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı oldu - YENİLƏNİB+FOTO
13 Fevral 2020 DİN bu şəxslərə xəbərdarlıq etdi: “Cəriməni ödəmədən...”
12 Fevral 2020 "Exchange"lər geri qayıdır? (VİDEO)
12 Fevral 2020 Bizim deputatlar çox qazanır yoxsa xaricilər? - Deputatlara ən çox maaş verən ölkələr - SİYAHI
11 Fevral 2020 Türkmənistan Ermənistana qaz satacaq - Ermənilər Azərbaycanın mane olacağından ehtiyatlanır
11 Fevral 2020 Bu məhsulların satışı və idxalına nəzarət gücləndirilir
09 Fevral 2020 Azərbaycanda yeni avtomobillər istehsal ediləcək - VİDEO
07 Fevral 2020 Dünya bahalaşma dalğası ilə silkələnir....
06 Fevral 2020 1 milyondan çox vətəndaşa MÖHTƏŞƏM XƏBƏR - Pensiyaları BU QƏDƏR ARTIRILDI
06 Fevral 2020 Azərbaycan gömrüyündə “qızıl” qayda
06 Fevral 2020 Bakı taksilərində vahid qiymət tətbiq olunacaq — Köhnə taksilərin aqibəti necə olacaq? (AÇIQLAMA)
05 Fevral 2020 “Böhranı uduşa da çevirmək olar” - Bu məhsulların qiymətindəki kəskin eniş Azərbaycana problem yaradacaq?
05 Fevral 2020 “Rayondakılar adam deyil, yoxsa sahibkar deyil?!” - Deputatdan banklara ETİRAZ
05 Fevral 2020 “Hyundai Motors” fəaliyyətini dayandırır? - AÇIQLAMA

Dünyapress TV

Xəbər lenti