Dünyanın ən gəlirli neft şirkəti bəlli oldu
Səudiyyə Ərəbistanının “Saudi Aramko” milli neft şirkəti 2019-cu ilin birinci yarısının nəticələrinə görə dünyanın ən gəlirli şirkəti olub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, şirkətin xalis gəlirlərinin 46,9 milyard dollara qədər (12 faiz) azalmasına baxmayaraq, “Saudi Aramko” ən gəlirli neft şirkətidir. İlin birinci yarısında onun ümumi gəliri bir il bundan əvvəlki 167,68 milyard dollardan 163,88 milyard dollara qədər aşağı düşüb. Bununla belə, “Saudi Aramko”nun gəliri dünyanın digər iri neft korporasiyasının gəlirlərindən dəfələrlə çoxdur.

“Saudi Aramko” şirkətinin Baş direktoru Amin Naser bildirib ki, 2019-cu ilin birinci yarısında neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, şirkət sabit gəliri və güclü azad pul axınını təmin etməyə davam edib. Qeyd olunub ki, gəlirin azalması əsasən neftin orta satış qiymətinin bir barrel üçün 69 dollardan 66 dollara enməsi ilə əlaqədardır.

Şirkətin 2019-cu ilin altı ayında neft hasilatı sutkada 10 milyon barrel təşkil edib.

Bölmənin digər xəbərləri

20 Avqust 2019 Avtomobil bazarında qiymətlər yenə də qalxdı
18 Avqust 2019 Kirayə evlərin qiyməti qalxdı
18 Avqust 2019 Geri dönüşü olmayan milyonlar... - TƏHLİL
16 Avqust 2019 Azərbaycanın bu il ixrac etdiyi əsas məhsullar - SİYAHI
11 Avqust 2019 AMEA işçilərinin maaşları artırılıb
07 Avqust 2019 Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər
07 Avqust 2019 "İstixana effekti" bu dəfə iqlimə yox, fermerlərimizin cibinə zərbə vura bilər
05 Avqust 2019 ŞOK: Azərbaycan bütün qızıl ehtiyatlarını satdı
05 Avqust 2019 6 milyardlıq sərmayə: Hansı sahələrə yatırılıb?
03 Avqust 2019 Sığorta şirkətləri icbari sığorta ödənişinə dair hesabat verəcək- Dövlət Agentliyinə
02 Avqust 2019 AZƏRBAYCANDA 1 MİLYONA MAŞIN SATILIR - DYP STATİSTİKANI GİZLƏDİR, MƏLUMATLAR AÇIQLANMIR
02 Avqust 2019 Tekstil sənayemizin bərbad durumu: keyfiyyətsiz məhsul idxalı daxili istehsalı ləngidir
01 Avqust 2019 FED qərarını açıqladı –Faiz dərəcəsi endirildi
31 İyul 2019 Azərbaycan milyardlardan məhrum edilir - GƏLİŞMƏ
30 İyul 2019 Azərbaycanda ətin qiymətini kimlər qaldırır?
29 İyul 2019 Qadın başı tikilmiş kişi cəsədi tapıldı- DƏHŞƏTLİ CİNAYƏT FAKTLARI
29 İyul 2019 Onların ikisindən biri dövlətdən artıq maaş alır... - DGK və VN-nin birləşdirilməsi yenidən GÜNDƏMDƏ!
27 İyul 2019 Pomidorun qiyməti 20 faiz ucuzlaşdı
27 İyul 2019 Restoran-kafelərin 10 faiz xidmət haqqı oyunu - vəsait vergidən yayındırılır, xidmətçilər bir qəpik də almır...
26 İyul 2019 İşçilərin sayını və maaşını gizlədənlər aşkarlanacaq - VERGİLƏRDƏN XƏBƏRDARLIQ

Dünyapress TV

Xəbər lenti