Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər
"Mərkəzi Bank ilə Neft Fondu istəsə manatı bahalaşdıra bilər"

"Hazırda manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var və bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı. Manat devalvasiya yox, revalvasiya (bahalaşma) təzyiqi altındadır. Lakin bunun mənfi tərəfləri, müsbətdən daha çoxdur". Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, valyutanın qiymətini sərbəst bazar müəyyən etməlidir, yəni bu, tələb və təklifdən asılı olmalıdır: "Artıq 2 ildən çoxdur ki, manatın məzənnəsi sabit qalıb. Yəni bütün dünya valyutalarının məzənnəsi dəyişir, bizdə isə dəyişmir. Bir mənalı demək olmaz ki, manatın məzənnəsi necə olmalıdır, çünki əslində biz tələb ilə təklifi bilmirik. Mərkəzi Bank ilə Neft Fondu daimi əsaslarla bazara müdaxilə edir və qoymur ki, məzənnə dəyişsin".

Onun sözlərinə görə, Mərkəzi Bank ilə Neft Fondu istəsə manatı bahalaşdıra bilər: "Bunun üçün Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Neft Fondunun valyuta ehtiyatı 40 milyard dolları keçib. Bu gün Azərbaycanın təxminən 50 milyard dollar valyuta ehtiyatı var. Azərbaycanda pul bazası təxminən 10 milyard manatdır. Bu gün dövlət istəsə manatı bahalaşdıra bilər, amma bunu etmək olmaz. Məsələn, Azərbaycan bütün valyuta ehtiyatlarını bazarda satsa, bu zaman 1 dollar təxminən 22 qəpik olacaq. Amma milli valyutamızı qorumaq üçün bütün valyuta ehtiyatlarını götürüb xərcləmək düzgün olmaz və bunun effekti də yoxdur".

"Mən deyə bilmərəm ki, manat ucuzlaşmalıdır, yoxsa bahalaşmalıdır. Ancaq deyirəm ki, bütün normal iqtisadiyyatlarda olduğu kimi, manatı da Mərkəzi Bank sərbəst buraxmalıdır. Manatın məzənnəsini də bazar müəyyən etməlidir"- ekspert qeyd edib.

Onu da qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, bütövlükdə manatın məzənnəsi sabitdir və sabit olaraq qalır: "Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb".

Bölmənin digər xəbərləri

13 Dekabr 2019 Azərbaycan Dünya Bankının kreditindən imtina etdi
13 Dekabr 2019 Azərbaycanda iqtisadi artım və geriləmə olan – RAYONLAR/ŞƏHƏRLƏR - TAM SİYAHI
12 Dekabr 2019 Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb
12 Dekabr 2019 YAXIN 10 İLDƏ DÜNYA İQTİSADİYYATI NECƏ DƏYİŞƏCƏK? - Məşhur alman nəşrindən proqnozlar
11 Dekabr 2019 Neftdən asılı olmayan büdcə: 5 il sonra...
09 Dekabr 2019 Neft qiymətləri sürətlə bahalaşır: Azərbaycanı nə gözləyir?
07 Dekabr 2019 ® “Azercell” ilə Nəsimi irsindən zövq al
07 Dekabr 2019 İİTKM-də aparıcı şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb
07 Dekabr 2019 Gürcüstan Prezidenti: TANAP Gürcüstan, Azərbaycan və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır
07 Dekabr 2019 Bu geyimin qiyməti dodaq uçuqladır - 765 min...
06 Dekabr 2019 DSK inflyasiyanı necə gizlədir? – “Bu il gizli inflyasiya 10%-in üzərindədir, gələn il daha ağır olacaq!”
05 Dekabr 2019 Azərbaycana idxal edilən quş ətinin 1 kiloqramı üçün gömrük rüsumu 1 dollar olacaq - MÜDDƏT
05 Dekabr 2019 Azərbaycana idxal olunan kərə yağı üçün aşağı rüsum həddinin müddəti uzadılıb
05 Dekabr 2019 Nazirlər Kabineti bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik edib - QƏRAR
02 Dekabr 2019 Maşın bazarına böyük bahalanma gəlir....
01 Dekabr 2019 Gürcüstanın Azərbaycan qazının tranzitindən əldə etdiyi haqq 1,1 milyard kub metri ötəcək
30 Noyabr 2019 “Sabahdan benzin bahalaşacaqmı” sualına aydınlıq gətirildi
29 Noyabr 2019 Benzinlə bağlı bu qərar qüvvədən düşür - Sabahdan 1 manat əvəzinə 200 manat...
29 Noyabr 2019 Azərbaycan otellərinin “əl yandıran“ Yeni il qiymətləri - 3, 4, yoxsa, 5 min?
27 Noyabr 2019 Rusiya ilə 15 illik ticarətdən Azərbaycan tərəfi 21 milyard dollar valyuta itkisi verib...

Dünyapress TV

Xəbər lenti